Analitika

  • 8 637

Ulu Öndər Azərbaycanı güclü dövlətə çevirdi - ŞƏRH

image

Güclü dövlətin ən əsas göstəricisi onun iqtisadi potensialıdır. İqtisadi potensial dövlətə müstəqil siyasət aparmaq, öz vətəndaşının rifahını uğurlu şəkildə təmin etmək üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan o dövlətlərdəndir ki, onun güclü iqtisadi potensialı var. Müasir Azərbaycanın iqtisadiyyatı Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Milli iqtisadiyyatımızın banisi olan Ulu Öndər müstəqilliyimizin ilk illərində dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşən ölkəmizi uzaqgörən və müdrik siyasət nəticəsində güclü və perspektivli iqtisadiyyata malik müstəqil ölkə etdi. Ulu Öndər Heydər Əliyev sovet dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə də digər ittifaq respublikalarından iqtisadi-sosial cəhətdən geridə qalmış Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirmişdir. Bu isə onu göstərir ki, iqtisadi potensialın formalaşması üçün təkcə ölkənin sahib olduğu resurslar əsas rol oynamır. Burada həyati əhəmiyyət kəsb edən məqam ölkənin rəhbərliyində olan liderin dövlətin iqtisadi siyasətini formalaşdırmaq və icra etmək qabiliyyətidir.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin milli iqtisadiyyatımızın banisi olaraq atdığı ən önəmli addımlardan biri ölkəmizin sahib olduğu milli sərvətlərin xüsusilə neft ehtiyyatlarının vətəndaşların rifahının qarşıdakı 10 illiklər boyunca təmin edəcək şəkildə istifadə edilməsi oldu.

“Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.” 5 fevral 1994-cü il tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən söylənmiş bu fikirlər neft ehtiyyatlarının ölkənin gələcək inkişafı üçün nə dərəcə vacib olduğunu göstərir.

11 avqust 1994-cü il tarixdə Ulu Öndər Heydər Əliyev söyləmişdir: “Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir.” Ulu Öndər Heydər Əliyev birbaşa dünya sularına çıxışı olmayan, ərazisi işğal olunmuş, sosial-iqtisadi böhran vəziyyətində olan Azərbaycanı qısa zaman çərçivəsində dünyanın aparıcı ölkələrinin əməkdaşlığa can atdığı, sabit, təhlükəsiz bir ölkəyə çevirdi.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər