Analitika

  • 1 709

Dörd günlük müharibə - Azərbaycanın qürur tarixi - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”

2016-cı il aprelin 2-də işğalçı Ermənistanın silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə 24 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.

APREL DÖYÜŞLƏRİ İŞĞALÇILAR ÜÇÜN BİR MESAJ, BİR SİQNAL İDİ Kİ, İŞĞALA SON QOYUN, TORPAQLARIMIZDAN ÇIXIN, RƏDD OLUN

Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı bildirmişdir: "Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq”.

"Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik", – dövlət başçısı vurğulayıb.

“BİZ GÜCLÜ ORDU YARATMIŞIQ, BUNDAN SONRA DA BU İSTİQAMƏTDƏ İŞLƏR APARILACAQ”

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bildirib ki, ulu öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başladı və illər keçdikcə ordumuz öz gücünü artırdı: "Bunu biz işğal dövründə müxtəlif zamanlarda, o cümlədən Aprel döyüşlərində görmüşük". Aprel döyüşlərinin işğalçılar üçün bir mesaj, bir siqnal olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq".

“XÜSUSİ TƏYİNATLILAR VƏTƏN MÜHARİBƏSİNDƏ TARİXİ ZƏFƏRİMİZİN ƏLDƏ OLUNMASINDA XÜSUSİ ROL OYNAYIBLAR”

Bəli, mübaliğəsiz demək demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də böyük şücaət göstəriblər. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışlarında da trpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olduğunu bildirib: «Mn sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq".

APREL DÖYÜŞLƏRİ “BÖYÜK QAYIDIŞ”A START VERDİ

2 aprel 2016-ci ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun yazmağa başladığı döyüş səlnaməsi davam edərək ötən ilin sentyabr ayının 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə 23 saatda Qarabağdakı erməni separatizmin kökünü kəsməklə bütün ərazilərdə suverənlik bərpa olundu. Xankəndidə keçirilmiş prezident seçkilərində erməni separatizimin tabutuna axırıncı mismarı vurmaqla başa çatdı. Bütün bunlar isə, Qalib Diderimiz, Prezident İlham Əliyev cənablarının "dəmir yumruq" siyasətinə əməl ğedən güclü ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə əldə olundu.

Artıq Aprel döyüşlərinin qələbəsi sayəsində "Böyük Qayıdış" prosesinə start verildi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 24 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı. Artıq 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur. Belə ki, bu gün artıq 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtmışdır. 2026-cı ilin sonuna qədər isə 140 min keçmiş məcburi köçkünün qaytarılması planlaşdırılmışdır. 100 - dən çox şəhər və kəndin baş planları təsdiq olunmuşdur. Yeni şəhərlər və kəndlər tikilir. Bu bir daha Prezident İlham Əliyevin Liderliyinin və dəyişilməz mövqeyinin təntənəsi, xalqımızın böyüklüyünün göstəricisidir. Bu gün xalqımızın başı ucadır. Çünki üzərimizdən məğlub xalq adı götürülmüşdür. Biz qalibik, qürurluyuq və öz yurdumuzun sahibiyik. Bundan böyük xoşbəxtlik ola bilməz.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər