Analitika

  • 3 157

Azərbaycan Konqo münasibətləri yeni inkişaf mərhələsində ŞƏRH

image

Cari ilin 3 aprel tarixində Azərbaycan Respublikasına Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilk rəsmi səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfər çərçivəsində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.

Hər iki ölkə rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib. Ölkə rəhbərləri ilk növbədə “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Sonra eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb.

Hər iki dövlətin Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd edilib ki, Azərbaycan-Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu sənəd iki ölkə arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edəcəkdir. Ölkələr bundan sonra da qarşılıqlı dəstək əsasında beynəlxalq təşkilatlar çərçivəsində, əsasən BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyətilərini davam etdirəcəklər. 2024-cü ilin yanvar ayına qədər Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir.

Həmçinin iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Ölkəmiz Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir. Ölkələr arasında əməkdaşlıq üçün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar. O cümlədən Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq göstərişlər verilib.

Azərbaycan Prezidenti İlham Əliyev görüş zamanı Konqo Prezidenti Deni Sassu-Nqessonu noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. Dövlətimizin başçısı İlham Əliyev bildirilib ki, “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”. Konqo Prezidenti Deni Sassu-Nqessonun qeyd edib ki, Azərbaycanla Konqo Respublikası arasında çox böyük potensial vardır və bu potensial inkişafa töhfə verə bilər. Belə ki, Konqonun çox böyük kənd təsərrüfatı potensialı mövcuddur və bu əkin sahələrinin cəmi üç faizi istifadə edilir. Yerdə qalan sahələr istifadə üçün hazırdır. Eyni zamanda Konqoda bol su mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına imkan verir. Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən Konqoda istifadə etmək mümkündür və istehsal edilən məhsulun ixracı gəlirli sahəyə çevrilə bilər. Bundan əlavə Konqoda bərpaolunan enerji sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlanmaq olar.

Sonda isə hər iki ölkə Prezidenti Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacağına əmin olduqlarını bildirdilər.

Talıbova Pərvanə

Yap Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər