Analitika

  • 11 851

Satılan, alınan müxalifət – reallıq budur...

image

Prezident seçkilərinin üzərindən uzun müddət keçməsinə baxmayaraq, radikal düşərgənin siyasi oyunbazlıqları, yəni gündəmdə qalmaq cəhdləri hələ də ortadadır. Söhbət “Milli Şura” şəkilində birləşən müxalifətin xarici orqanlar tərəfindən idarə olunmasından gedir. Elə götürək AXCP sədri Əli Kərimlinin son maliyyə maxinasiyalarını. Bu maxinasiyaların bir ucu Rusiyaya, digər ucu Avropaya, daha bir ucu isə digər yerlərə gedib-çıxır.Misal üçün, “Milli Şura”nın üzvləri Eldəniz Quliyevlə, Mehdibəy Səfərov bu qurumda müəyyən bir islam dövlətinin maraqlarını qorumağa çalışıblar, bu gün də belədir. Qeyd edək ki, hər iki şəxs artıq uzun illərdi ki, qonşu dövlət olan İranın qaranlıq qüvvələri ilə sıx bağlıdırlar və dəfələrlə məhz həmin qüvvələrin təkidi və istəyi ilə ölkədə separatizmi inkişaf etdirməyə çalışıblar. Buna fakt olaraq, elə “Milli Şura” daxilində "Azəri-Talış" adlı birliyini göstərə bilərik. Qeyd edək ki, elə hər iki şəxs bu gün Ermənistanda yaşayan Əlikram Hümbətova dəstək verən şəxslərdir. Hətta E.Quliyev qondarma “TMR”in yaradılmasında Hümbətovun sağ əli rolunu oynayıb. Və bu gün “Milli Şura”nın anti-milli bir qurum olması illər öncəyə söykənir.

Hələ o zaman artıq müxalifətin tanınmış bəzi simaları “Milli Şura”nı Rusiyanın projesi adlandırdılar və kənara çəkildilər
Hələ 2013-cü ilin prezident seçkilərindən qabaq Rusiyanın qaranlıq dairələrində gözlənilmədən Azərbaycan ətrafında müzakirələr bir nömrəli mövzuya çevrildi. Məsələn, bazar adamı kimi tanınan və siyasətdə naşı olan, sifarişlərini gözübağlı şəkildə həyata keçirən Söyün Sadıqov hakimiyyətə qarşı sərt bəyanatlar verməyə başladı. Bunun davamı olaraq “Milyarderlər İttifaqı” ortaya çıxdı və hər zaman hakimiyyətə sadiqlik nümayiş etdirən Abbas Abbasov kimi şəxslər belə əks-cəbhəyə keçdilər. Bu isə vəziyyətin kifayət qədər kritik olduğunu göstərirdi. Amma Azərbaycan hakimiyyətinin vaxtında prosesə qoşulması səbəbindən “Milyarderlər İttifaqı” cəmiyyətdə özünə yer tuta bilmədi. Buna görə Rusiya planını dəyişdi və Rüstəm İbrahimbəyov rus rublunun sahibinə çevrildi. Hələ o zaman artıq müxalifətin tanınmış bəzi simaları “Milli Şura”nı Rusiyanın projesi adlandırdılar və kənara çəkildilər. Rüstəm İbrahimbəyov isə artıq kisənin ağzını açmışdı və özünə AXCP və Əli Kərimli simasında dəstək də tapmışdı. Bu biri tərəfdən ruslarla qohumluğu olan Eldar Namazovda həmin layihəsinin bir nömrəli fiqruna çevrilməkdə idi.Lakin təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti prinsipialıq göstərdi və Rusiyanın qaranlıq qüvvələrinə məlum oldu ki, müxalifət onun istədiyini verə bilməyəcək.
Piyada rolunda çıxış edən,satılan və alınan müxalifət özünü bir dəfəlik dəfn etdirib
Onu da qeyd edək ki, artıq Qərb və ABŞ da uzun müddət radikal müxalifətə müxtəlif istiqamətdə dəstəklər göstərsələr də, bunun heç bir nəticəsini görə bilmədilər. Sonradan bir sıra Qərb fondları “Milli Şura”ya müəyyən yardımlar etməkdən vaz keçdilər. Çünki onlar da İlham Əliyevə alternativin olmadığını bilirdilər.
Digər tərəfdən, radikal və iranmeylli dindarlarında müxalifətə meyillənməsi ABŞ-i narahat etdi. Bütün seçkilərdə aktivlik göstərən və maliyyə ayıran Soros fondu da necə deyərlər, reallığı dərk edib yaxasını kənara çəkdi. Çünki ortada digər faktorlar var. Bu faktorlardan biri və ən əsası isə Azərbaycanın regional və beynəlxalq layihələrdə təşəbbüskar rolunda çıxış etməsidir. Bu gün reallaşdırılan hər bir layihə Azərbaycanın dinamik inkişafının, qüdrətlənməsinin bariz göstəricisi olaraq qiymətləndirilməkdədir. Bir çox Qərb və s. şirkətlərinin maraqları bu layihələrdən bəhrə götürmək istəyidir ki, bunun üçün Azərbaycanla daha isti münasibətlər qurmalıdırlar. Belə olan halda, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək bu gün qərbin enerji təhlükəsizliyini təmin edə bilir. Beləliklə göründüyü kimi böyük oyunlarda, piyada rolunda çıxış edən,satılan və alınan müxalifət özünü bir dəfəlik dəfn etdirib. Artıq onları nə rus rublu, nə ABŞ dolları, nə Qərb avrosu, nə də dirhəm və tümənlər xilas edə bilməyəcək.

sia.az

Digər xəbərlər