Analitika

  • 3 265

Azərbaycan pandemiyadan uğurla çıxır bəs Ermənistan? ANALITIK+AKTUAL

image

Rəsmi statistik rəqəmlər qonşu ölkədə yeni və daha dəhşətli yoluxmaların yaşanacağı siqnallarını verməkdədir

Dünyanın bir sıra ölkələrində COVİD-19-a yoluxmaların sayının azalması sərt karantin rejimlərinin yumşaldılması ilə müşahidə olunmaqdadır. Bu yolla Azərbaycan da irəliləməkdədir, May ayının 31-dən etibarən sərt karantin rejimində tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb, yumşaldılma qərarları verilib. Belə ki, yanvar ayından tətbiq edilən ölçülər effektivliyi təmin etdi, eləcə də vətəndaşların çox hissəsinin vaksinasiya olunması da müsbət dəyişikliklərə səbəb oldu.Lakin elə ölkələr də var ki, onlarda tamamilə fərqli mənzərədir. Misal üçün, Ermənistan: bu ölkədə iyunun 1-dən yumşaldılma qərarları verilsə də, bir sıra problemlər həll olunmamış qalıb. Belə ki, ilk növbədə illik vaksinasiya proqramının müddəti iflasa uğrayıb. Əbəs deyil ki, Ermənistan MDB ölkələri sırasında peyvəndlənməyə görə sonuncu yerlərdən birini tutur.
Azərbaycanda cari ilin yanvar ayından may ayının sonlarına qədər təqribi hesabla 2,253 milyon antikovid vaksin dozları istifadə olunub
Ermənistandan fərqli olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəfələrlə Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizəsini digər ölkələrə örnək göstərib, qazanılan nailiyyətlər barədə qeydlər edib. Məsələn, ölkəmiz regionda irimiqyaslı peyvəndlənmə prosesinə ilk başlayan dövlətlər sırasın da yer alır. Statistikalar da bunu sübut edir. Cari ilin yanvar ayından may ayının sonlarına qədər təqribi hesabla 2,253 milyon antikovid vaksin dozları istifadə olunub.Əsasən, ikili dozlar vasitəsi ilə immunlaşdırma prosesində 900 min insan iştirak edib, 1,353 milyon vətəndaşımız isə birinci dozadan keçib. Proqram xarakterli immunlaşdırma ölkənin 20% əhalisini əhatə etməklə yanaşı, proses tam sürətlə davam edir, göstəricilər isə postsovet məkanında liderlik səviyyəsinə yüksəlib.Qeyd olunanlarla yanaşı, ölkəmizdə tətbiq edilən karantin qaydaları, eyni zamanda, aparılan effektli müayinə və profilaktik tədbirlər ölüm sayının azalmasına səbəb olub. Təsadüfi deyil ki, pasientlərin azalması səbəbi ilə son vaxtlar bir neçə pandemiya xəstəxanalarının da fəaliyyəti dayandırılıb. Nəticədə sərt karantin rejimində ardıcıl yumşaldılma prosesinə start verilib və mərhələli şəkildə metropolitenin işi bərpa edilib, küçədə qoruyucu maskalardan istifadə qərarına son qoyulub, rayonlararası sərnişindaşıma vasitələri açılıb, yaxın günlərdə isə məscidlərin, iri ticarət və əyləncə obyektlərinin, idman qurğularının, çimərlik mövsümünün, hovuzların açılışı gözlənilir.Ümumilikdə yüksək vaksinasiya səviyyəsinə görə eyni proseslər bir çox inkişaf etmiş ölkələrdə davam edir, amma mövcud tendensiyanı özü-özünü aldadan Ermənistanda görmək mümkün deyil.
Erməni cəmiyyətində yeni pandemiya partlayışının ola biləcəyi qorxusu qalmaqdadır
Məsələyə daha dəqiq yanaşma edək. Belə ki, Ermənistanda da sərt qərarların aradan qaldırılması bəyan edilsə də, onların sayının məhdud olduğunu deyə bilərik. Misal üçün, açıq havada maska taxmaq qadağası götürülüb, həmçinin, tam vaksinasiya kursu keçənlər qapalı məkanlarda da maska taxmaya bilərlər. Fəqət, Ermənistanda bundan başqa heç bir yumşaldılma qərarlarını görmək mümkün deyil. Onda belə nəticə hasil etmək mümkündür ki, bu qərarlar yalnız görüntü xarakteri daşıyır. Əslində, erməni cəmiyyətində yeni pandemiya partlayışının ola biləcəyi qorxusu qalmaqdadır. Əlbəttə ki, bunun da bir sıra səbəbləri var.Ötən il göstərdi ki, pandemiya böhranı Ermənistanı cənginə alanda bu ölkənin səhiyyə sistemi sıfır həddindədir. Effektsiz tibbi vasitələr və həkim qıtlığı, sanitar nəzarət mexanizminin olmaması, adi dərman preparatlarının çatışmazlığı ilə yanaşı, büdcənin yetərli olmaması Ermənistanda modul tipli xəstəxanaların da açılmasının qarşısını aldı. Üstəlik, adi xəstələri qəbul etmək qabiliyyətində olan kalinikaların qıtlığı, süni nəfəs apartlarının çatışmazlığı, digər reanimasiya vasitələrinin az sayda olması nəinki infeksiyalaşmış insanların sayənə artırdı, üstəlik ölüm halları ən yüksək dərəcəyə qədər artdı. Əbəs deyil ki, 2020-ci ilin mayından etibarən Ermənistan uzun müddət koronavirusdan ölüm hallarına görə postovet məkanında ikinci yeri tuturdu.
Aprelin ortalarından başlayaraq mayın sonuna qədər Ermənistanda təxminən 26 mindən artıq vətəndaş peyvənd edilib - bu isə əhalinin 0,8%-i deməkdir
Cari ildə Ermənidtandakı vəziyyət çox cüzi şəkildə yaxşılığa doğru dəyişdi və may ayının ortalarında ölkə koronavirus səbəbindən yaranmış ölüm hallarına görə dünya üzrə 31-ci yerdə qərarlaşdı. Bir il əvvəl isə ÜST tərəfindən verilmiş müvafiq statistik cədvəldə Ermənistan 71-ci yerdə idi. Ölüm cədvəlindəki belə bir ağır irəliləmə deməyə əsas verir ki, üçüncü dünya ölkələrinin bir çoxu yüksək ölüm hallarını azalda bilsələr də, Ermənstanda həmin istiqamətdəki cəhdlər boşa çıxdı, ölüm statistikasının azalması demək olar ki, ağırlığını qoruyub-saxladı. Lakin ən pisi bu oldu ki, Ermənistan MDB məkanında vaksinasiya prosesinə başlayan ən sonuncu ölkə kimi qeydiyyata düşdü, özü də kifayət qədər məhdudiyyətlərlə. Çünki prepararlar çatışmazlığı qalmaqda idi və bu gün də eyni hal davam edir. İrəvanda kommersiya kanalları vasitəsi ilə lazım olan qədər münbit, keyfiyyətli peyvəndlər əldə edilmədi, onun yerinə isə COVAX beynəlxalq təşəbbüs xətti ilə dünyanın ən kasıb ölkələri üçün nəzərdə tutulmuş AstraZeneca vaksinləri gətirildi. Bu gün Ermənistan əvvəlki kimi vaksinasiya proqramını tam qaydada maliyyələşdirmək üçün imkanlara malik deyil. Ölkə yalnız Rusiya və Çinin donor dəstəyinə arxalanır. Nəticədə aprelin ortalarından başlayaraq mayın sonuna qədər Ermənistanda təxminən 26 mindən artıq vətəndaş peyvənd edilib. Bu isə əhalinin 0,8%-i deməkdir.Ümumilikdə bu ölkəyə 153 min doz preparat çatdırılıb və bu da 80 min insan edir. Belə templərlə ölkənin səhiyyə nazirliyinin ilin sonuna qədər 700 min insanın vaksinasiya olunacağı ilə bağlı verdiyi vədinin də yerinə yetirilməyəcəyini deyə bilərik.Bu gün Ermənistan vətəndaşlarının vaksinasiyası göstəricilərinə görə regionun ən pis göstəricilərinə malikdir. Mövcud sferada uğurun qazanılmamasına baxmayaraq, yumşaldılma qərarlarının verilməsi isə yeni və təhlükəli pandemiyanın partlayışı siqnallarını verməkdədir. O cümlədən, Ermənistan pandemiya planına uyğun olaraq turizmin, sərnişin daşıyıcılarının, aviarabitənin, sərhədyanı ticarətin istifadəyə verilməsi prosesində də ciddi çətinliklərlə üz-üzə qalmaq təhlükəsini qoruyub-saxlamaqdadır.

sia.az

Digər xəbərlər