Analitika

  • 16 740

Dünyanın temperaturu rekord həddə çatıb - ARAŞDIRMA

image

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da şiddətli istilər yaşanır. Son günlər dünyanın müxtəlif yerlərində istilik rekord qırıb. 2011-2021-ci illər dünyanın ən isti 10 ili sırasındadır. Qlobal istiləşmə yalnız iqlim böhranına səbəb olmur, eyni zamanda kənd təsərrüfatından sağlamlığa qədər bir çox sahələrə sərf olunan xərcləri artırır və insan həyatına mənfi təsir göstərir. Sənayeləşmə təsiri ilə 2021-ci il 1850, 1900-cu illərə görə 1,2 dərəcə isti olaraq qeyd edilib.

Dünyada yaşanan istilik dalğasına diqqət yetirək. Kanada son 84 ildə ən isti yayı yaşayır, ABŞ-ın Sakit okean sahillərində görünməmiş istilik dalğası yaşanır. Kanadanın qərbini təsir altına alan istilik dalğası ölkədə ən isti yayına səbəb olub. Kanada Meteoroloji Xidmətinin verdiyi məlumata görə, İngiltərə Kolumbiyası əyalətində qeydə alınan istilik 46,1 dərəcədir. Bu isə ölkədə indiyə qədər qeydə alınan ən yüksək temperaturdur. Qeyd edək ki, Kanada tarixində keçmiş rekord 1937-ci ilə aiddir, 45 dərəcə. Selsiçevan əyalətinin Pemberton vadisində istilərə görə qar daha sürətlə əriyib, beləliklə, çayın səviyyəsi yüksəldiyi üçün evlər sel təhlükəsi ilə üzləşib.

Kanadada bu il qeydə alınan ən yüksək dərəcə +46,1 dərəcədir. Bu qədər istilik ölkədə indiyədək qeydə alınan ən yüksək həddir. İngiltərə Kolumbiyasında istilərdən qorunmaq üçün sərinləmə mərkəzləri yaradılıb. İstilərə görə bəzi pərakəndə ticarət obyektləri bağlanıb.

ABŞ-ın şimal-qərb əyalətlərində həftə sonu istiliyin görünməmiş həddə çatdığı bildirilib. Hava proqnozu xidmətindən verilən məlumata görə, bu istilər “tarixi”, “həyati təhlükəli”dir. Oregon əyalətinin Portland şəhərində hər il iyun ayının sonunda temperatur dərəcəsi 2-i göstərir. Lakin, bu il tarixdə ilk dəfə olaraq tempuratur 44 dərəcəyə çatıb. Bu şəhərdə ən yüksək istilik daha öncə 1939-cu ildə 47 dərəcəyə qədər yüksəlib.

Moskvada 120 ilin ən yüksək istilik dərəcəsi

Keçən həftə, Rusiyanın paytaxtı Moskvada havanın temperaturu 34,7 dərəcəyə çatıb və bu, son 120 ildə ən yüksək həddir. Səlahiyyətli şəxslər bu temperaturun qlobal istiləşmə ilə əlaqəli olduğunu vurğulayıblar.

“Roshidromet”dən Marina Makarova deyib: "Bu günlərdə Moskvada qeydə alınan istilik artımı görünməmiş bir hadisədir".

Ətraf mühit üzrə mütəxəssis Roger Harrabin isə baş verən anomal istiliyin səbəbini belə ifadə edib: “Bu istilik dalğasının baş verməsinə səbəb sənaye tullantılarının atmosferə təsiridir.

Elm adamları həddindən artıq iqlim dəyişikliklərinin qlobal istiləşmə ilə əlaqəli olduğunu sübut etməkdə insanları düşündürən addımlar atılmasının vaxtı yetişdiyini bir daha isbat ediblər. Məsələn, mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, 2019-cu ildə Avropanı bürüyən həddindən artıq istilər, karbon emissiyaları sayəsində yüz dəfə çoxalıb.

Beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalarda məlum olub ki, qlobal istiləşmə və iqlim dəyişikliyi Covid-19 pandemiyası səbəbilə yavaşlayacaq. Bunun səbəbi isə odur ki, atmosferə daha az zəhərli qazlar buraxılacaq.

Qeyd edək ki, ötən il qlobal çirklənmə 17% azalıb. Lakin statistika 2020-də yenidən yüksəli.

Qlobal istiləşmə sadəcə iqlim böhranının yaranması demək deyil, eyni zamanda insan vərdişlərinin və həyatın da dəyişməsidir.

Qlobal istiləşmə bitki örtüyünün zəifləməsi, yağışların artması və buzlaqların əriməsinə səbəb olur. Dünya oksigeninin 80 faizini istehsal edən okeanlar təhlükə altındadır.

Dünyadakı oksigenin böyük miqdarı meşələrdən deyil, əksinə olaraq, ən çox okeanlardan alınır. Okeanlardakı yosunlar dünya oksigenin 70-80%-ni istehsal edərkən, qlobal istiləşmə okeanlardakı həyatı da təhdid edir.

Digər xəbərlər