Analitika

  • 3 681

Quldurlar məhv edilməlidir: Ukrayna və Rusiya ekspertlərinin fikirləri fərqlidir ŞƏRH

image

Məlum olduğu kimi, oktyabrın 14-də, təxminən saat 18:15 radələrində hələ də Qarabağda (Rusiya sülhməramlıları kontingentinin (RSK) nəzarət etdiyi ərazilərdə-R.R.) mövcud olan erməni quldur dəstələri tərəfindən snayper silahı ilə açılan atəş nəticəsində hərbi qulluqçumuz Həmzəyev Əfqan Bəhram oğlu şəhid olmuşdur.

Regionda son hadisələrin təhlilini apararkən (erməni quldurlarının mülki avtomobil karvanımızı atəşə tutması, kəşfiyyat PUA-nın Füzuli rayonu ərazisinə göndərilməsi, həmçinin həbrçimizin xaincəsinə qətlə yetirilməsi) iki sual yaradır: nə baş verir və RSK nə işlə məşğuldur?

"SƏS" qəzeti xəbər verir ki, bu barədə Ukraynanın analitik mərkəzinin direktoru Aleksandr Orximenko və Rusiyanın millətlərarası münaqişələr üzrə eksperti, eləcə də Rusiyanın jurnalistlər ittifaqının üzvü Yevgeni Mixaylov rusdilli “Caliber” analitik informasiya mərkəzi ilə mövzuyla bağlı öz fikirlərini bölüşüblər.

Ukraynalı ekspert: “Onlar nə qədər ki Qarabağdadırlar, təxribatlar və terror hadisələri daim mövcud olacaq”

A.Oxrimenkonun sözlərinə görə, Qarabağdakı gərginlik, əsasən, Rusiyanın maraqlarına uyğundur. Ukraynalı ekspert bilavasitə Kremli ittiham edir və Moskvanın bu kimi məsələlərdə dolayısı ilə erməni tərəfini müdafiə etdiyini bildirir.

“Kremldə daim Rusiya imperiyası barədə xəyallar qururlar. Ona görə də Qarabağdakı sülh faktoru Kremlin maraqları dairəsinə daxil deyil. Çünki bu zaman onlar öz ordularını (RMK-nı nəzərdə tutur) Azərbaycan ərazilərindən çıxarmalıdırlar. Bax, bunun üçün də Rusiya Cənubi Qafqazda müxtəlif növ terror aksiyaları həyata keçirən radikalları dəstəkləyirlər. Rusiya Qarabağda müharibənin davamını istəyir”, deyə Oxrimenko hesab edir.

Ukraynalı ekspert Qarabağda sülhün bərqərar olması üçün RSK-nin bu əraziləri tərk etməsində gördüyünü bildirib.

“Hazırkı situasiyada yalnız bir həll mümkündür - rus ordusu Azərbaycandan çıxarılmalıdır və onda Qarabağda sülhə nail olunacaq. Ancaq onlar nə qədər ki sülhməramlı görüntüsündə Qarabağdadırlar, təxribatlar və terror hadisələri daim mövcud olacaq”, ekspert qeyd edib.

Rusiyali ekspert: “Regionda sülhün bərqərar olmasını istəməyən təsiredici güclər mövcuddur”

Ukraynalı həmkarından fərqli olaraq Rusiya eksperti Yevgeni Mixaylov hesab edir ki, hansısa üçüncü qüvvələr müvəqqəti olaraq Qarabağ ərazisində yerləşdirilmiş rus sülhməramlı kontingentini pis vəziyyətdə qoymağa çalışır.

“Qanunsuz erməni silahlı dəstələrinin təxribatları nəticəsində baş vermiş kədərli hadisələr 2020-ci ilin noyabrında əldə olunmuş üçtərəfli razılaşmanı kölgədə qoymağa davam edir. Mənim nəzərimcə, RSK-nın nəzarət etdikləri ərazidən erməninin açdığı snayper atəşi nəticəsində azərbaycanlı hərbi qulluqçunun xaincəsinə öldürülməsi təsadüfi hadisə deyil”, Mixaylov deyib.

Onun sözlərinə görə, hadisənin məhz Minskdə - Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü zamanı törədilməsi də sübut edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin birdəfəlik tənzimlənməsi ətrafında müzakirələrin aparılmasını, eləcə də regionda sülhün bərqərar olmasını istəməyən təsiredici güclər mövcuddur: “Bundan başqa həmin güclər rus sülhməramlılarını məqdəsli şəkildə etibarsız etməyə çalışırlar və bununla da xaincəsinə arxadan zərbələr endirirlər. Bəli, əlbəttə, mən 2020-ci ilin noyabrındakı üçtərəfli bəyanatın bəndlərindən birini xatırlayıram ki, RF-nın sülhməramlıları Qarabağa daxil olduqları zaman erməni silahlı dəstələri oradan çıxarılırlar. Bunun nəyə görə baş vermədiyini mən anlamıram. Lakin kifayət qədər aydındır ki, bu məsələdə Rusiyanı ittiham etməyə dəyməz. Moskva sülhün əldə olunması üçün maksimum güc nümayiş etdirir, lakin müxtəlif səbəblərə görə quldurların tam şəkildə məhv edilməsi mümkün deyil. Rusiya yenə də erməni siyasətçilərinə inandı ki, onlar Qarabağ ərazilərindən silahlıları çıxarmağa boyun olurlar, hansı ki, İrəvanda biriləri bir söz deyirlər, digərləri isə kəskin olaraq əks fəaliyyət göstərirlər, ümidlər isə boş yerə imiş”.

“Azərbaycan hərbi quluqçusunun öldürülməsindən sonra məsələ kardinal şəkildə həll edilməlidir”

Y.Mixaylov antiterror əməliyyatlarının keçirilməsinin tərəfdarı olduğunu ifadə edib: “Bu zaman belə bir fikirə imkan verə bilərəm ki, rus sülhməramlıları Bakı ilə müəyyən razılaşmalardan sonra Azərbaycan SQ-nə daha əvvəl əldə edilmiş razılaşmaları pozanların məhv edilməsi üçün antiterror əməliyyatlarını keçirməyə razılıq versinlər. Sülhməramlılar isə dinc sakinlərin təhlükəsizliklərini qorusunlar. Bu, bir variantdır”.

O, bildirib ki, növbəti təxribatların baş verməməsi üçün, xüsusilə Azərbaycan hərbi quluqçusunun öldürülməsindən sonra məsələ kardinal şəkildə həll edilməlidir.

“İstənilən halda iş sülh sazişinin imzalanmasına doğru gedir və Qarabağın Azərbaycandan kənar hər hansı statusu barədə isə söhbət ümumiyyətlə mövcud deyil. Orada qalan qanunsuz silahlıların sıxışdırılaraq çıxarlılmalarına gəlincə isə onlar ya tam şəkildə məhv edilməli, ya da tərksilah edilərək törətdikləri cinayətlərinə görə cəzalandırılmalıdıalr. Əgər cinayət edənlər yoxdursa, bu zaman Azərbaycan Resublikasının qanunlarına görə amnistiya verilməlidir”, Y.Mixaylov bildirib.

Rövşən RƏSULOV

Digər xəbərlər