Analitika

  • 6 722

YAP: kreativlik, modern idarəçilik və uğur faktoru ANALİTİK

image

Partiyanın idarəçilik mexanizmindəki müasirlik yüksək tərəqqi meyarlarının məntiqi nəticəsidir

Yeni Azərbaycan Partiyası yarandığı dövrdən hazırkı zamanımıza qədər öz dinamik siyasi fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət nümunəsi gətirib. Eyni zamanda, partiyanın əsas fəaliyyət mexanizmi novatorluq üzərində qurulub. Daha dəqiq desək, hakim partiyanın idarəçilik mexanizmi son zamanlarda öz çoxsaylı kreativliyi, ideyaları ilə seçilməkdədir. Müasir zamanımızda bu kimi xüsusiyyətlər isə həm də bir çağırışdır. Ölkənin ictimai-siyasi proseslərində, dövlətçilik maraqlarının qorunmasında və təbliğində aparıcı, mühüm rol oynayan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi palitrasının lokomotivi, xalqın maraqlarını qoruyan siyasi qüvvə olaraq həm də xalqın partiyası kimi tərənnüm edilməkdədir.
Potensial gənclərin Yeni Azərbaycan Partiyasında təmsil olunmaları hakim siyasi təşkilatın fəaliyyətini şaxələndirir
Bu məqamda biz 44 günlük Vətən müharibəsi zamanı partiyada fəaliyyət göstərən gənclərin istər torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmalarını, qəhrəmanlıq səlnamələri yazmalarını, istərsə də arxa cəbhədəki yorulmaz fəaliyyətlərini, həmçinin Şanlı Zəfərimizdən sonrakı örnək fəaliyyətlərini vurğulaya bilərik.Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Müzəffər Sərkərdə İlham Əliyevin rəhbərliyi altında vətənsevər gənclərimiz dövlətə, xalqa, Vətənə nə qədər bağlı olduqlarını əməli şəkildə isbatladılar, bu gün də isbatlamağa davam edirlər. Bu baxımdan, onu da qeyd edə bilərik ki, belə bir potensial gənclərin Yeni Azərbaycan Partiyasında təmsil olunmaları hakim siyasi təşkilatın fəaliyyətini şaxələndirir
YAP cəmiyyətimizin bütün fəal təbəqələri üçün geniş imkanlar təqdim edir
Lakin YAP-ı digər partiyalardan fərqləndirən digər bir mühüm cəhət isə siyasi təşkilatda cəmiyyətin bütün təbəqələrindən olan insanların fəal təmsilçiliyinə şərait yaradılmasıdır. O cümlədən, partiyada gəncləşdirmə siyasətinin uğurla davam etdirilməsi, struktur və idarəçiliyində modern üsulların tətbiqi, həmçinin qadınlara verilən üstünlüklər də belə qənaətə gəlməyə zəmin yaradır ki, YAP cəmiyyətimizin bütün fəal təbəqələri üçün geniş imkanlar təqdim edir. Misal üçün, işgörmə potensialı, siyasi bilgisi, yetkinliyi olan gənclər irəli çəkilir, onlara müxtəlif istiqamətlərdə mühüm vəzifələr həvalə olunur.
Digər tərəfdən, bu gün partiyanın sosial şəbəkələrdə qurduğu fəaliyyəti ilə yanaşı, onun media-informasiya bazasının da mövcudluğu özündə bir sıra məqamları ehtiva etməkdədir. Əsasən, Prezident İlham Əliyevin fəaliyyəti, işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti-quruculuq işləri, Silahlı Qüvvələrimizin uğurları, gündəmdə olan mühüm hadisələri, ümumiyyətlə, Azərbaycanın uğur gerçəklikləri və regional gücdən beynəlxalq gücə çevrilməsi reallığının təbliğində mühüm rol alan partiyanın “Yeni TV” adlı media vasitəsi eyni zamanda, ölkəmizə qarşı qərəzli çıxışlar edən, sözdə müxalifətçilər kimi görünməyə çalışan xəyanətkar toplumlara qarşı da öz qətiyyətli, faktlara əsaslanan sözünü deyir. Bu kimi məsələlərdə YAP-ın sosial şəbəkə qrupları da kifayət qədər təcrübəli və peşəkar işlər ortaya qoymaqdadırlar..
YAP-da daha bir yenilik: Gender məsələləri şöbəsi
Başqa mühüm strktur dəyişiklikləri, yeni şöbələrin yaradılması da partiyadaxili islahatların davamı olaraq dəyərləndirilə bilər. Misal üçün, demək olar ki, hər zaman yeniləşmə və inkişaf istiqamətini öndə tutan YAP-da daha bir şöbənin - Gender məsələləri şöbəsinin yaradılması da bu reallığı əks etdirməkdədir. Bu, həm də təşkilat daxilində gender bərabərliyinin, o cümlədən, hüquqlarının tənzimlənməsi cəhəətindən çox mühüm amil kimi dəyərləndirilə bilər.Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransdakı çıxışında vurğulayıb ki,hakim siyasi partiya olaraq, ölkə Başçısının, partiya Sədrinin tapşırıqlarına uyğun olaraq bu sahədə işlər davam etdiriləcək.Bütün bunlar isə əlbəttə ki, partiyanın idarəçilik mexanizmindəki müasirlik yüksək tərəqqi meyarlarının məntiqi nəticəsidir. Necə deyərlər, zaman yeniləndikcə, tələblər də yenilənir və zamana görə ayaqlaşır, bütün bunların müqabilində isə proqressiv fəaliyyətin mövcud olması şərtdir.
YAP üzərinə götürdüyü vəzifələrin öhdəsindən qısa müddətdə, eləcə də uğurla gəlməyi qarşısına qətiyyətli məqsəd kimi qoyub
Bu şərtlərin həyata keçirilməsi isə YAP rəhbərliyi tərəfindən qısa müddətdə və uğurla rezlizə olunmaqdadır. Lakin hər şey bununla da başa çatmır. Artıq mövcud uğurlu proseslərdən həm də belə də nəticə hasil etmək olar ki, hakim siyasi təşkilatın bütün daxili strukturlarında - gənclər və s. qollarında rayon və şəhər təşkilatlarında, şöbələrində modern idarəçilik prisnipləri öncüllük təşkil edir. Daha dəqiq desək, yeni ideyalar, təkliflər və müzakirələr fonunda YAP üzərinə götürdüyü vəzifələrin öhdəsindən qısa müddətdə, eləcə də uğurla gəlməyi qarşısına qətiyyətli məqsəd kimi qoyub.

Rövşən RƏSULOV

Digər xəbərlər