Analitika

  • 6 809

Paşinyanın hansı cavabı revanşistləri susdurdu? ANALİTİKA

image

Erməni baş nazir: “Əgər müxalifət üçtərəfli bəyanatın geri çağırılması və ləğv edilməsi prosesini həyata keçirəcəklərini rəsmən bəyan edəcəklərsə, mən istefa verməyə hazıram”
Ermənistanda siyasi gərilmə prosesi davam edir və bu məsələdə daha çox önə çıxan tərəf “Hayastan” blokudur. Bu blokda, əsasən, Ermənistanın əvvəlki hakimiyyətlərinin təmsilçiləri fəaliyyət göstərirlər, onlar, eyni zamanda, Qarabağ klanı kimi tanınırlar. Məqsədlərinin baş nazir Nikol Paşinyanı devrilmək və bu yolla hakimiyyətə gəlmək olduğunu gizlətməyən klan təmsilçiləri artıq bəyanatlarla çıxışlar edir, əsasən, həmin bəyanatlarında mövcud hakimiyyətin Qarabağ müharibəsindəki məğlubiyyəti ilə bağlı erməni ictimaiyyətinə əvvəl-axır hesabat verməli olduqlarını deyirlər.
“Hayastan” bloku yalnız onun istefa məsələsini müzakirə etmək üçün müzakirə masasına otura biləcəyini bəyan edir
Nikol Paşinyan bir neçə dəfə müxalifətlə masa arxasına oturub-müzakirə aparmağa hazır olduğunu desə də, “Hayastan” bloku yalnız onun istefa məsələsini müzakirə etmək üçün müzakirə masasına otura biləcəyini bəyan edir.Bugünlərdə Nikol Paşinyanın Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı fikirləri isə Qarabağ kanının üzvlərini daha da hiddətləndirib. Xatırladaq ki, erməni baş nazir Azərbaycanla dövlət sərhədlərinin müəyyən edilməsi prosesinin məhz Rusiya prezidenti Vladimir Putinin 1920-ci illərin xətirəsi əsasında aparılması təklifini dəstəkləməsi və buna hazır olması ilə bağlı çıxış edib və bu çıxışdan sonra Qarabağın işğalında əsas rol oynamış revanşçı qüvvələr, xüsusilə Robert Koçaryan, Seyran Ohanyan və başqaları Paşinyanın bağlı qapılar arxasında dialoq təklifini yalnız onun istefa verəcəyi halda dəyərləndirəcəklərini bəyan ediblər.
Lakin Paşinyan da necə deyərlər, “az aşın duzu” deyil...
Lakin Paşinyan da necə deyərlər, “az aşın duzu” deyil. Erməni baş nazir revanşçı Qarabağ klanının üzvlərinin onun təklifinə qarşı irəli sürdükləri şərtə öz şərti ilə cavab verib. “Əgər müxalifət 9 noyabr (10 noyabr-R.R.) üçtərəfli bəyanatın geri çağırılması və ləğv edilməsi prosesini həyata keçirəcəklərini rəsmən bəyan edəcəklərsə, mən istefa verməyə hazıram”, deyən Paşinyan “Hayastan” blokunu çıxılmaz vəziyyətə, hətta daha dəqiq desək, seyt-nota salıb. Çünki o yaxşı bilir ki, müxalifət Ermənistanı tamamilə məhv olmaqdan qurtaran üçtərəfli bəyanatın qüvvədən düşməsi istiqamətində hər hansı addım atmağa cürət etməyəcək. Bu bəyanatda Azərbaycan Prezidenti ilə yanaşı, Rusiyanın dövlət başçısının da imzası var və əgər Ermənistan nəyəsə cəhd edərsə, bu zaman həmin ölkənin bir dövlət olaraq xəritədə qalmaq şansları “0” həddinə düşəcək, yəni xəritədən silinəcək. Bütün bunlardan sonra Qarabağ klanının revanşçı qüvvələri gərəkli cavabı tapa bilməyiblər və görünür, bundan sonra da tapa bilməyəcəklər.
1920-ci ilin xəritəsi masa üzərindədir!
Onlar, sadəcə, sözdə müxaifətçi qismində Ermənistanın siyasi arenasında var-gəl edərək populizmlə, quru patriotizmlə fəaliyyət göstərəcəklər. Belə ki, artıq istər noyabrda, istərsə də başqa tarixlərdə sərhədlərin delimitasiyası prosesi baş verəcək və buna şübhə də yoxdur.Düzdür, hələlik, nə Rusiya, nə də Ermənistan mümkün üçtərəfli görüşlə bağlı rəsmi məlumat verməyiblər, lakin bu yaxınlarda Vladimir Putinin 1920-ci ilin xəritəsinin Rusiya Müdafiə Nazirliyinin Baş qərargahında olduğunu deməsi, onun ardınca isə Nikol Paşinyanın həmin xəritə əsasında sərhədlərin müəyyən edilməsi ilə bağlı fikirlərini bəyan etməsi artıq özü-özlüyündə bütün kartları açığa çıxarmış olur.

Rövşən RƏSULOV

Digər xəbərlər