Analitika

  • 9 610

Millətin mənəvi, mədəni simasını göstərən adət-ənənələri, mənəvi dəyərlər sistemidir - TƏHLİL

image

Dünyanın ən qədim dövlətçilik ənənələrinə malik xalqlarından olan Azərbaycan xalqının, təqribən 5 min illik dövlətçilik tarixinə malik Azərbaycanın inkişafı mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisi ilə nəticələnib. Dünya ictimaiyyəti artıq Azərbaycan haqqında, onun dövlətçilik tarixi haqqında kifayət qədər məlumatlıdır və bu da ölkəmizin uğurlarının, ilk növbədə də dövlətçilik tariximizin, elm və mədəniyyətimizin, milli adət-ənənələrimizin təbliği sayəsində olub.

Hər bir millətin mənəvi, mədəni simasını göstərən onun milli adət-ənənələri, eləcə də həmin adət-ənənələri özündə formalaşdıran yüksək mənəvi dəyərlər sistemidir. Azərbaycan xalqını da dünyada tanıdan, digər xalqlardan fərqləndirən adət-ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sistemidir. Özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşəriyyətə əvəzsiz töhfələr verən Azərbaycan xalqının adət-ənənələri, dövlətçilik tarixi hər zaman diqqəti cəlb edib, maraq doğurub. "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", deyən Ulu Öndər Heydər Əliyev adət-ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirib.

Şübhəsiz ki, mütərəqqi adət-ənənələrin yaradıcısı da, bu adət-ənənələri zənginləşdirən də, qoruyaraq gələcək nəsillərə çatdıran da xalqdır və bu baxımdan dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği olduqca önəmlidir. Azərbaycan xalqı da öz adət-ənənələrini yaradıb, zaman-zaman onu zənginləşdirib və gələcək nəsillərə çatdırıb. Sözsüz ki, müəyyən əxlaqi məna daşıması adət-ənənələrin milli mənəvi dəyərlər sistemində əvəzsiz rol oynamasıdır. Xalqımızın adət-ənənələri hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi olaraq başa düşülür.

Adət-ənənələrlə, onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətmilik quruculuğu arasında sıx vəhdət olmalıdır. Biz ölkəmizdə bu vəhdətin canlı şahidləriyik. Yəni, bizdə, ölkəmizdə belə bir vəhdət var. Bu da ona görədir ki, dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır və biz bunu qoruyub saxlamağa çalışırıq. Çünki adət-ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir işi görür. Bir az daha dəqiq ifadə etmiş olsaq, milli dövlətçilik milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir və hazırda güclü dövlətçilik ənənələrimizin olması da təsadüfi deyil, bu mənada anlaşılandır.

Bəli, hazırda milli dövlətçilik ölkəmizdə milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir və Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkədir. Sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən Azərbaycan bunu Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, eləcə də həmin kursun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində qazanıb. Bu isə nəticə etibarı ilə ona gətirib çıxarıb ki, artıq Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq beynəlxalq müstəvidə söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edə bilib.

Qeyd olunduğu kimi, adət-ənənələrin yaradıcısı da, bu adət-ənənələri zənginləşdirən də, qoruyaraq gələcək nəsillərə çatdıran da, təbliğ edən də xalqdır, xalqın layiqli, tanınmış nümayəndələridir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsi göz önündədir və bu irsdən bəhrələnərək Azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində Heydər Əliyev Fondu böyük layihələr həyata keçirir. Fondun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamının, Novruz bayramının, aşıq sənətinin, xalçaçılığın, tar ifaçılıq sənətinin və digərlərinin YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın adət-ənənələrinin, dövlətçilik tarixinin təbliği olaraq yüksək qiymətləndirilir. Hər bir azərbaycanlı Mehriban xanım Əliyevanın ali dəyərlərin təbliği istiqamətdində fəaliyyətini görür və dəyərləndirir. Çünki bu fəaliyyət Azərbaycanın maddi və mədəniyyət xəzinəsinə ayrılan diqqətdir və bütün dünyada onun təbliğidir. Fondun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız-hesabsız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanmaqla yanaşı, müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır və etiraf etmək lazımdır ki, ölkəmizə olan diqqət, maraq ənənələrimizin, dövlətçilik tariximizin təbliği ilə reallaşıb. Ölkədə son illər ərzində 250-yə yaxın məscidin tikilməsi, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir və ölkəmiz dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Təsadüfi deyil ki, bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib və bir çox ölkələrin nümayəndələrinin məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər etməsi də bunu təsdiq edir.

Müəllif: İnam Hacıyev

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Digər xəbərlər