MİA

  • 3 483

İctimai və dövlət maraqlarının müdafiəsi ön plandadır - TƏHLİL

image

Cəmiyyət üçün həyati əhəmiyyət kəsb etdiyi üçün ictimai və dövlət maraqlarının qorunması hər zaman, hər bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunub və yenə də başlıca məqsəd hesab olunmaqdadır. İctimai və dövlət maraqlarının qorunması, müdafiəsi məsələsinin daim öz aktuallığını qoruması da bu baxımdan heç də təsadüfi sayılmır. Ölkəmizdə, Azərbaycanda da ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi ön planda durur, prioritet hesab olunur və sözsüz ki, bu da aparılan uğurlu siyasətin təzahürüdür.

İctimai maraqlar dedikdə, tək bir fərdin maraqları deyil, cəmiyyəti təşkil edən fərdlərin rifahını ifadə edən maraqlardır. Bu anlayış əlbəttə ki, individual mahiyyəti ümumi anlayışa yönləndirən, xüsusən də çoxluğun marağını üstün sayan bir anlayış olaraq qəbul edilməkdədir. Təbii ki, ictimai maraq fərdi maraq anlayışı ilə qətiyyən əlaqələndirilməməlidir. İctimai maraq daha böyük anlayışdır və bunu fərdlər özləri də yaxşı bilirilər. Onu da yaxşı bilirlər ki, ictimai maraqları da tənzimləyən, müdafiə edən elə məhz dövlətdir. Ölkəmizin təcrübəsinə belə istinad etdikdə görürük ki, dövlət ictimai maraqların keşiyindədir. Bəli ölkəmiz üçün bu hal xarakterikdir və cəmiyyətimiz tərəfindən də yüksək qiymətləndirilir.

Dövlət maraqlarının, ictimai və milli maraqların təmin olunması məsələsi bizim üçün hər zaman olduğu kimi, ən birinci, ən qabaqcıl yerdə dayanır. Daha dəqiq desək, Azərbaycan Respublikasında bu məsələ hər zaman olduğu kimi indi də prioritetdir. Onu da unutmaq lazım deyil ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini özündə birləşdirir. Eləcə də nəzərə almaq lazımdır ki, milli maraqlar, ictimai maraqlar, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu hesab olunmaqdadır. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyətdir. Ona görə də cəmiyyətimiz intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. Cənab Prezident İlham Əliyevin məhz ölkəmizin apardığı siyasətin təməlində dövlət maraqlarının, xalqla iqtidar arasında birliyin dayandığını bəyan etməsi heç də təsadüfi deyil. Bu o deməkdir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən, üst-üstə düşən ideal cəmiyyət formalaşıb.

İctimai və dövlət maraqları barədə düşündükdə belə bəlli olur ki, həmin maraqların vəhdəti məhz azərbaycançılıq ideologiyasına əsaslanır. Həmin ideologiyanın da, həmin konseptin də müəllifinin Ulu Öndər Heydər Əliyev olduğunu hər birimiz çox yaxşı bilirik. Yaxşı bilirik ki, Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü qeyd etdiyimiz konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdir. Bizi, bütün azərbaycanlıları birləşdirən bu konseptin bu gün də qüvvədə olduğunu öz gözlərimizlə görməkdəyik və Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin məhz ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verdiyi də heç kim üçün sirr deyil. Sirr deyil ki, dövlətimizin başçısı ictimai və dövlət maraqlarının müdafiəsinə, mühafizəsinə, qorunmasına xüsusi önəm verir və diqqət ayırır. Sözsüz ki, dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsinin vacibliyi hər zamankından da artıq dərəcədə nəzərə alınır və bu səbəbdəndir ki, Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsinin hər an şahidi olmaqdayıq.

Təkcə dövlətin deyil, fərdlərin də öz üzərinə öhdəliklər düşür və onlar da bunu başa düşsələr və nəzərdən qaçırmasalar ictimai və dövlət maraqlarının qorunması məsələsində irəliləyişin qarşısını qətiyyən almaq mümkün deyil. Bir halda ki, dövlətimiz öz üzərinə düşənin öhdəsindən layiqincə gəlir, fərdlər də nəyə görə və necə olaraq öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçıra bilərlər? İctimai və dövlət maraqlarının müdafiəsində, mühafizəsində irəliləyişə, inkişafa nail olmaq üçün vətəndaşlar da öz üzərinə düşəni etməli, dövlətin yanında olmalı, dövlətin siyasətini dəstəkləməli olduqlarını başa düşdükləri təqdirdə inkişaf labüddür. Ölkəmizdə bu məsələ ilə bağlı irəliləyiş və inkişafı gördükdə belə məlum olur ki, ictimaiyyətimiz dövlətimizin yanındadır və dövlət siyasətini dəstəklədiyi də günümüzün reallığıdır.

Bilmək lazımdır ki, dövlətimiz ictimai asayişi təmin etdiyi kimi, maraqlarımızı hər zaman qoruduğu kimi, vətəndaşlar da vətənə bağlı olmalı, bu bağlılığı qətiyyən itirməməlidirlər. Özü də təkcə ölkə daxilində yaşayan vətəndaşlarımız deyil, ölkəmizin hüdudlarından kənarda olar həmvətənlərimiz özləri də vətən anlayışına həssas yanaşmalı, vətənlə bağlarını qətiyyən itirməməlidir. Yeri gəldiyi zaman ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz yaşadıqları, məskunlaşdıqları ölkələrdə Azərbaycan Azərbaycan həqiqətlərinin çatdırılmasında səy və bacarıqlarını ortaya qoymalıdırlar və var güclərini buna sərf etməlidirlər. Bununla yanaşı həm ölkəmizdə yaşayan azərbaycanlılar, həm də ölkəmizin sərhədlərindən kənarda, xarici ölkələrdə olan həmvətənlərimiz daim öz öz övladlarını vətənə bağlılıq tərbiyəsində yetişdirməlidirlər. Elə yetişdirməlidirlər ki, onların övladları da məhz 44 günlük savaşda canını, qanını belə əsirgəməyən vətən oğulları kimi vətən uğrunda hər şeydən keçməyə hazır olsunlar, vətən uğrunda heç nədən çəkinməsinlər və yurdumuza yağıların bir daha ayaq basmasına imkan verilməsin. Deməli, belə məlum olur və belə çıxır ki, ictimai və dövlət maraqlarının qorunması kontekstində kimliyindən, hansı peşənin sahibi olmasından, harada yaşamasından, harada məskunlaşmasından asılı olmayaraq hər bir vətəndaşımızın, hər bir həmyerlimizin üzərinə böyük məsuliyyət düşür.

Biz məhz 44 günlük savaş zamanı, torpaqlarımızın işğaldan azad edilməsi zamanı bir daha əmin olduq ki, vətəndaşlarımız, həmvətənlərimiz ictimai və dövlət maraqlarının qorunmasına həssas yanaşırlar və həmin maraqlar uğrunda canından belə keçən oğullarımızın olması bunu bir daha təsdiq etdi. Təsdiq etdi ki, Azərbaycan xalqının oğul və qızları milli maraqlar, ictimai və dövlət maraqları naminə vuruşmağa, bu yolda canını belə fəda etməyə qadirdirlər. Bu isə onu deməyə əsas verir ki, milli maraqlar, ictimai və dövlət maraqlarının qorunmasının vacibliyi istiqamətində ölkəmizdə davamlı şəkildə maarifləndirmə işi uğurla aparılıb və vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı yönündə nəticələr də qənaətbəxşdir. Belə məlum olur ki, xalqımıza, dövlətimizə, bizə məxsus olanın müdafiəsi, mühafizəsi üçün milli maraqların, ictimai və dövlət maraqlarının qorunması təbliğatı bundan sonra da uğurla aparılmalıdır. İstər orta məktəbdə, istər ali məktəbldə, istərsə də hər hansı təhsil ocağında azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması, milli maraqların, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğatn aparılması, bu istiqamətdə maarifləndirmənin həyata keçirilməsi öz aktuallığını qoruyur. Məhz elə bu təbliğat, bu maarifləndirmə, övladların vərənpərvərlik ruhunda tərbiyə edilməsi sayəsində Azərbaycan gəncləri vətənin ərazi bütövlüyü uğrunda, dövlət ətrafında birləşməyə, milli maraqları, ictimai və dövlət maraqlarını qorumağa hər zaman hazır olublar. Bu hazırlıq isə bizə ən tez zamanda qələbə bəxş etdi və buna hər birimiz şahid olduq. Şahid olduq ki, milli maraqlara, ictimai və dövlət maraqlarına böyük önəm verməsi sayəsində, həmrəyliyimiz, birliyimiz sayəsində, rəşadətli Azərbaycan Ordusu məhz Müsəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi, liderliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoydu, torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bu gün də Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyinin ən parlaq nümunəsini görməkdəyik. Gördüyümüz həmin işlər, əlbəttə ki, bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçündür. Deməli, ictimai və dövlət maraqlarının qorunmasının gündən-günə aktuallığı, vacibliyi artır və bu, prioritet məsələ hesab olunur.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının mühafizəsi” istiqməti çərçivəsində hazırlanıb

Digər xəbərlər