Analitika

  • 8 738

Pandemiya hələ də bitməyib TƏHLİL

image

Koronavirusun mutasiyalara uğrayan yeni forması aşkarlanıb

Koronavirus pandemiyası dünya ölkələrinə yayıldığı zamandan təxrəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıldı. Dünyanın bir parçası olan Azərbaycanda da əhalinin sağlamlığının qorunması Azərdaycan Prezidenti İlham Əliyevin ciddi nəzarəti altında olduğundan ölkəmiz bu pandemiya ilə mübarizədə qabaqcıl ölkələr sırasında yer aldı.Dövlət başçısı tərəfindən pandemiya ilə mübarizədə sistemli tədbirlərin həyata keçirilməsi öz bəhrəsin vermiş oldu. Azərbaycanda COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə almışdı. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası Yer kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq, pandemiya əleyhinə karantin tədbirləri həyata keçirilməyə başlandı. Dövlət başçısının rəhbərliyi altında görülmüş çoxşaxəli qabaqlayıcı profilaktik tədbirlər nəticəsində ölkəmiz bu bəşəri bəladan az itkilərlə çıxmağa müvəffəq olur, epidemioloji vəziyyət daim nəzarət altındadır. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi rejimli xəstəxanalar fəaliyyət göstərir. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərmiş oldu. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycan da koronavirus pandemiyası ilə mübarizəni davam etdirir, təhlükəli infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə davamlı tədbirlər ardıcıl olaraq həyata keçirilir. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. "Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik" – deyə Cənab Prezident bildirmişdir.
Ölkəmizdə təxirəsalınmaz tədbirlər ardıcıl olaraq keçirildi və bu gün də davam etməkdədir. Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxma hallarında stabillik müşahidə olunsa da, Nazirlər Kabinetinin son qərarı ilə Azərbaycanda karantin rejiminin müddəti gələn il yanvarın 1-dək uzadılıb. Müddətin uzadılması heç də təsadüfi deyil. Çünki hazırda dünyada pandemiya davam edir. Bəzi ölkələrdə omikron ştamının yeni alt variantları tapılır. Eləcə də qonşu ölkələrdən olan Rusiyada da daha iki ştam aşkarlanıb. Rusiyada aşkarlanan yeni ştamlar koronavirusun mutasiyalara uğrayan yeni formasıdır. Bu onu bir daha göstərir ki, pandemiyanın əvvəlindən tövsiyə edilən qaydalara riayət etmək məsləhət görülür. Karantin rejiminin müddətinin uzadılmasının payız-qış mövsümündən asılı olduğundan bu aylarda bütün respirator virus xəstəliklərinin sayında artım müşahidə olunur. Koronavirusa qarşı ən əlverişli mübarizə üsulu isə vaksinasiyadır. Bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start vermiş ölkədir. 2021-ci ilin yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 911 min 37, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 999, ikinci mərhələ üzrə 4 milyon 871 min 404, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 616, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 263 min 18-dir. Ölkədə ümumilikdə 823 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 982 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.Koronavirus "COVID-19" infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə, təxirəsalınmaz tədbirlər ardıcıl olaraq davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər