PDF Oxu

Araşdırma

  • 4 690

Ermənistana növbəti dərsin verilməsinə ehtiyac var! ANALİTİK

image

Hakimiyyət rəsmilərinin Azərbaycana qarşı sərsəmləmələri davam edir...

Ermənistan rəhbərliyinin regionda sülhün əldə olunmaması üçün sərgilədiyi cəhdləri bu gün də davam edir və bu cəhdlərin get-gedə artması isə vəziyyətin gərginləşməsinə yol açır. Bu dəfə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın “Azadlıq Radiosu”nun erməni dili bölməsinə verdiyi müsahibəsindəki əsassız ifadələri erməni hökumətinin ritorikasının müharibə amili üzərində kökləndiyinə işarə edir. Xüsusilə, Azərbaycanın ortaya qoyduğu danılmaz faktları inkar etməyə səy göstərən Rubinyan həmin vasitə ilə yalnız əsassız nəticələrə gəldiyini deyil, həm də sözün əsl mənasında, ənənəvi erməni siyasətinin aşkar həyasızlığını nümayiş etdirir. Bəs nədir bunlar?Beləliklə, Ermənistan parlamentinin vitse-spikeri iddia edir ki, guya bu ölkənin Qarabağda silahlı qüvvələri yoxdur, üstəlik, oraya heç bir mina, silah keçirilməyib və s. Rubinyan onu da iddia edib ki, sən demə, üçtərəfli Bəyanatda bu kimi qadağaların olmayacağı barədə bəndlər də yoxuymuş (?). Onun dediyinə görə, Ermənistan Qarabağa mina və silahlar keçirsəydi belə, Bəyanatda buna qarşı məhdudiyyətlər yoxdur (?!)Əksinə, sırf siyasi həyasızlığı vasitəsini işə salan erməni parlamentinin rəsmisi Azərbycanı ittiham edərək sual edib ki, əgər onlar (ermənilər) “blokadadan” danışırlarsa, minaları və silahları qaz kəməri, ya da elektrik xətti ilə keçiriblər?Bəli, bu və izafi erməni siyasətinə məxsus həyasızlığın son həddidir desək, yanılmarıq. Ona görə də erməni rəsmisinin iddialarına faktlarla cavab verməliyik!
1.Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti nəzarəti altında olan ərazilərdəki erməni silahlı qüvvələrinin təmsilçiləri bilavasitə Ermənistan vətəndaşlarıdırlar və Ermənistan silahlı qüvvələrinə məxsusdurlar. Yəni həmin silahlılar bu və ya digər hallarda Ermənistan ordusunu təmsil edirlər. Əgər belə olmasa idi onların müxtəlif pozuntuları Ermənistanın hərbi məhkəmələrində mühakimə olunmazdı.
Və ən əsası, Rusiyanın Qarabağa atdığı “desantı” – erməni milyarderi Ruben Vardanyan “Meduza”ya müsahibəsində etiraf etdi ki, bəli, Qarabağda erməni hərbi birləşmələri var və onlar Ermənistan silahlı qüvvələrinə məxsus adamlardırlar.
2. Bəyanatda “Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir” ifadəsində kifayət qədər məntiqlə göstərilir ki, Ermənistan Azərbaycan ərazisinə heç bir silah, mina və əsgər gətirməməlidir. Yoxsa Ruben Rubinyan düşünür ki, Azərbaycan erməni hərbçilərinin, silah və minaların da keçməsinə icazə vermək öhdəliyini öz üzərinə götürüb? Onda Rubinyan xatırlamalıdır ki, həmin ifadədə daha bir nüans var: orada yüklərin maneəsiz (!) daxil olması sözü yazılmayıb. Bu isə o deməkdir ki, Bakı istənilən vaxt Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi və gömrük məntəqəsi yarada, Azərbaycanın suveren ərazisinə daxil olacaq bütün yükləri və bütün mülki şəxsləri yoxlaya bilər və etməlidir də! Məhz bu yoxlamalardan sonra Azərbaycan ərazilərin sahibi kimi keçidin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür. Rubinyan bu faktları həm öz qulağından, həm də rəhbərlərinin qulaqlarından asmağı da unutmamalıdır...
3. Bütün bu kimi iddialar - “kəsilən” elektrik naqilləri, qazın “bağlanması” ilə əlaqəli söhbətlər, sadəcə olaraq, erməni tərəfinin fərziyələridir və erməni tərəfi həmin fərziyələrini heç nə ilə isbatlaya bilmir. Yox, əgər erməni rəhbərliyinin əlində faktlar varsa, buyurub onları təqdim etsinlər.
Rubinyan guya siyasi cəhətdən çox “ağıllı” və “dərkedici şəxsiyyət” olduğunu sübut etmək üçün davam edib: “9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda ağ və qara rəngdə deyilir:- Laçın dəhlizi RMK-nın nəzarətində qalır. Üstəlik, əgər Dağlıq Qarabağın özündə RSK, sözün klassik mənasında, sülhməramlılıqla məşğuldursa, yəni iki münaqişə tərəfi - Dağlıq Qarabağ və Azərbaycan arasında dayanırsa, o zaman Laçın dəhlizindədir ki, bu da sadəcə yol deyil, eni 5 km olan bu əraziyə birbaşa nəzarət həyata keçirilir. Üçtərəfli Bəyanata görə, bu ərazidə nə Ermənistanın, nə də Dağlıq Qarabağın səlahiyyətləri və nəzarət funksiyaları yoxdur.“Azərbaycanın da Laçın dəhlizində heç bir səlahiyyəti yoxdur, lakin onun öhdəliyi var: Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət vermək. Və təbii ki, Azərbaycan bu bəndi pozub”.Axmaq iddiaları ilə özünü və erməni cəmiyyətini aldatmağa cəhd edən Rubinyan bunları bilməlidir:
1.Bəyanatın 1-ci bəndində yazılıb ki, “Azərbaycan Respublikası və Ermənistan öz mövqelərində dayanırlar”.
Rubinyan “Dağlıq Qarabağı” münaqişə tərəfi kimi harada gördü? Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır! Aparılan danışıqların hər biri də bilavasitə bu ölkələr arasında mövcud olub. Ona görə də Rubinyan maraqsız və uğursuz fantaziyalarını özündə saxlaya bilər.
2. Ermənistan parlamentinin vitse-sikeri bir faktı da bilməlidir ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və Azərbaycan bu yolda ölkənin qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün səlahiyyətlərə malikdir. Azərbaycan hansı addımı atırsa belə, Azərbaycan qanunvericili əsasında reallaşdırılır. Sabah Bakı bu yolda gömrük-keçid məntəqələrini quracaqsa, onu mütləq edəcək və heç bir qüvvə Azərbaycana sual edə bilməyəcək ki, nəyə görə bu yolda məntəqə qurdun və s. Ona görə də Rubinyan dərk etməlidir ki, əslində, yerdə qalan pozuntuların da aradan qaldırılması yönündə Azərbaycan öz qərarlarını verəcək.
Rubinyan, Paşinyan, Simonyan və daha kimlər və kimlər reallığa qalanda şükür etməlidirlər ki, 2020-ci ilin noyabrından bu yana öz qazdıqları qəbirlərinə daxil olmayıblar. Fəqət, gec-tez hər şey birdən onlar üçün məhv ola bilər, xüsusilə, belə sərsəm iddialarla bəyanatlar versələr...

Rövşən RƏSULOV

Digər xəbərlər