PDF Oxu

Araşdırma

  • 4 328

Azərbaycan Beynəlxalq Məhkəmədə: erməni iddiaları at-üst oldu! ŞƏRH+AKTUAL

image

Onlar çullarını sudan quru çıxarmaq üçün şər-böhtan siyasəti ilə məşğuldurlar və başqa heç nə...

Azərbaycan tərəfi Beynəlxalq Məhkəmədə Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti nəticəsində ekologiyamıza vurulan nəhəng zərəri sübut etdi. Qeyd edək ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev özünün tvitter səhifəsində yazıb.
“Laçın yolunun bağlanmasını sübut edən heç bir real faktlar yoxdur. Ermənistan Azərbaycandan fərqli olaraq situasiyanın tənzimlənməsinə və dialoqun aparılmasına cəhd etmir”, - deyə diplomatımız bildirib.
Məhz bu reallığı nəzərə alaraq onu da qeyd edə bilərik ki, nəinki Azərbaycanın mövqeyini kifayət qədər peşəkarlıqla müdafiə edən vəkillər, eləcə də ən sadə Azərbaycan vətəndaşı istənilən zaman ermənilərin vurduqları ziyanları bütün arqumentləri ilə isbat edə bilər. Çünki əlahəzrət fakt ortadadır! Fakt həm də ondadır ki, erməni tərəfi, sadəcə, isterik və yalançıdır. Onlar çullarını sudan quru çıxarmaq üçün şər-böhtan siyasəti ilə məşğuldurlar və başqa heç nə...
Ədalətli şəkildə vurğulandı ki, Ermənistanın öz “sübutlarını” Beynəlxalq Məhkəməyə təqdim etməyə 40 gün vaxtı var idi, lakin bunu edə bilmədi!
Beləliklə, bizim vəkillər inamlı, nizamlı qaydada Ermənistanın şikayət xarakterli ritorikalarını hüquqi bazalar əsasında yerlə-yeksan etdilər. Ədalətli şəkildə vurğulandı ki, Ermənistanın öz “sübutlarını” Beynəlxalq Məhkəməyə təqdim etməyə 40 gün vaxtları var idi, lakin bunu edə bilmədilər. Onlardan fərqli olaraq isə Azərbaycanın əlində fotolar və s. materiallar var və onlar Beynəlxalq Məhkəməyə təqdim olundu. İsbat edildi ki, Laçın yolu açıqdır, üstəlik, qızıl yataqlarımız erməni cinayətkarları və onların xarici havadarları tərəfindən talan olunub.
Azərbaycanın qızılı və s. faydalı qazıntıları ermənilər tərəfindən deyil, misal üçün, papuaslar, yaxud zimbabvelilər tərəfindən talan edilsəydi, həmin aksiya yenə də öz tələbləri ilə baş tutacaqdı
Erməni tərəfinin “etnik təmizlənməyə məruz qalma” iddialarına da nöqtə qoyulub. Yəni Laçın yolu üzərindəki ekoloji aksiya heç də buna hesablanmayıb. Daha dəqiq desək, Azərbaycanın qızılı və s. faydalı qazıntıları ermənilər tərəfindən deyil, misal üçün, papuaslar, yaxud zimbabvelilər tərəfindən talan edilsəydi, həmin aksiya yenə də öz tələbləri ilə baş tutacaqdı. Fakt budur ki, məsələ “etnik” müstəvidə deyil, məhz ekoloji müstəvidə qaldırılıb!Nəticədə Ermənistan tərəfi daha bir çıxılmaz vəziyyətdə də qalıb. Beynəlxalq Məhkəmədə sual olunanda ki, əgər həqiqətən də humanitar böhran varsa, onda Ermənistan nəyə görə danışıqlardan, dialoqdan yayınmaqla məşğuldur? İrəvan bu sualın da qarşısında susdu...Daha bir aqrument: Beynəlxalq Məhkəməyə dəmir-beton arqumentlər qoyulub. Məsələn, vurğulanıb ki, Laçın yolu üçtərəfli Bəyanata əsasən 5 il müddətinə Rusiya sülhməramlıları kontingentinin nəzarətinə verilib. Azərbaycan bu yolda baş verənlərə görə məsuliyyət daşımır. Yəni erməni tərəfinin sualları varsa, onları Rusiyaya ünvanlasınlar. Azərbaycana şikayət etmək yerinə Ermənistan ruslarla danışmalı, onlara şikayət etməlidirlər. Çünki Rusiya bu məsələdə humanitar aspektləri nəzarətə götürməyi öz üzərinə alıb.Ancaq bu da son deyil. Azərbaycan Beynəlxalq Məhkəmədə bir sıra danılmaz arqumentləri önə sürməklə erməni tərəfini mat vəziyyətində qoyub.Qalır bir məsələ - əgər Beynəlxalq Məhkəmədə “qədim erməni dolması həvəskarı” olan hakimlər olmasa, Ermənistanın iddiaları, sadəcə, zibil yeşiyinə atılacaq. Hələlik isə Məhkəmə Azərbaycanın iddialarını dinləməyə hazırlaşır...

Rövşən RƏSULOV

Digər xəbərlər