PDF Oxu

Araşdırma

  • 5 456

İranın Ermənistan vasitəsi ilə Azərbaycana hücum planı nə qədər realdır? ANALİTİK+AKTUAL

image

İstənilən təxribat cəhdinin qarşısı amansızlıqla alınacaq!

Ötən gün bir sıra media səhifələrində belə bir iddia irəli sürüldü ki, İran Ermənistan vasitəsilə Azərbaycana qarşı hərbi təxribat həyata keçirməyi planlaşdırır. Xüsusilə, Tehrandakı səfirliyimizə qarşı baş verən məlum terror olayından sonra İranın bir sıra siyasi dairələri hələ də ölkəmizə qarşı siyasi həyasızlıq nümayiş etdirir, bu da azmış kimi təxribatçı bəyanatlar səsləndirirlər. Belə olan bir vəziyyətdə bütün zamanlar boyu Ermənistana nəfəs borusu olan İranın bu dəfə də Ermənistan vasitəsi ilə öz çirkin niyyətini icra etmək məqsədinin ortaya çıxdığı şübhə doğurmur. Belə ki, Azərbaycana qarşı revanşist hisslərini davamm etdirən Ermənistan da İranla eyni baxış bucağından çıxış etdiyinə görə, təxribatın üzərində ikitərəfli işlərin aparılması şübhə doğurmur. Əbəs deyil ki, yayılan məlumatlarda təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupunun iştirak edəcəyi barədə iddialar səsləndirilməkdədir.
Sözügedən iddialarda məhz Ermənistanın Azərbaycana qarşı silahlı təxribat planı üzərində iş apardığı deyilir və burada iki məqsəd özünü açığa çıxarır:
*Birincisi, 44 günlük müharibədə, eləcə də sentyabr toqquşmasında ağır və sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın öz təbirincə “qisas əməliyyatı” nəzərdə tutulur.
*İkincisi, İran öz kirli niyyətini icra etmək üçün, əslində, öz planını Ermənistanın revanşist siyasəti üzərindən həyata keçirmək məqsədini güdür.
Bəs, həmin planın tərkib hissəsində daha hansı məqamlar dayanır? Mənbələr bildirirlər ki, hazırda SEPAH-ın, əsasən, fars-molla rejimi ilə işbirliyində olan və etnik azərbaycanlılardan ibarət xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, “Sünik” (Qərbi Zəngəzur) rayonunda yerləşir. Onlar Ermənistanın müdafiə nazirliyinin kəşfiyyat idarəsi və milli təhlükəsizlik xidməti ilə paralel hazırlıq işləri aparırlar.
SEPAH generalları ermənilərə diversiya təlimləri keçirlər
Yeri gəlmişkən, qeyd edə bilərik ki, hazırda İranın özündə də kifayət qədər etnik ermənilər yaşayır və təxribat planında onların da iştirakları istisna edilə bilməz. Lakin hər şeyə rəğmən, oda məlumdur ki, əməliyyat qrupunun rəhbəri adı, artıq Azərbaycanın müvafiq strukturlarına məlumdur. Onun SEPAH-ın generallarından biri olduğu bildirilir. Hətta onun xidməti siyahısı haqqında da kifayət qədər məlumatlar var. Misal üçün, bildirlir ki, həmin general uzun müddət Suriyada xidmət edib, orada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.
Fars-molla rejiminə nökərçilik edən “Hüseyniyyun” da təxribat planında yer ala bilər
Onu da istisna etmək olmaz ki, bu gün Tehran rejiminin əlaltıları şəklində fəaliyyət göstərən və Azərbaycanda axtarışda olan şəxslərin də həmin təxribat planında adları yer ala bilər. Çünki “Hüseyniyyun” adlı terror qruplaşmasının İranın xüsusi xidmət orqanları tərəfindən yaradılaraq digər terror təşkiatı - “İŞİD”lə silahı münaqişələrdəki iştirakları sübuta yetirilib. Onların hazırlanmasında SEPAH generallarının yer alması isə təkbizolunmaz faktlara əsaslanır.Məlumatda o da bildirilir ki, Azərbaycan tərəfində bölmə komandirləri və hətta İİKK-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var. O cümlədən, planın tərkib hissəsi də artıq ifşa olunub.Belə ki, sözügedən təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.Azərbaycan ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Sonra isə həmin videolar sosial şəbəkələrdə paylaşılacaq, Azərbaycana qarşı yeni və irimiqyaslı anti-kampaniyaya start veriləcək.“Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə İİKK-nın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bunda İranın Şahid kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür”, deyə mənbələr qeyd edirlər.Beləliklə, planlaşdırılan xain və ucuz təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.Bununla bağlı 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub.
Türkiyədəki zəlzələdən istifadə etmək planı – qarşılıqlı zərbə ağır olacaq!
Sözügedən məlumatda daha bir diqqətçəkən məqam xatırlanır. Bu məqam vaxtın seçilməsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən istifadə edlməsi ilə bağlıdır: “Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunur. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqlədi. Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt təsadüfi seçilməyib. Görünən odur ki, Ermənistan və İran ötən gün baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həlli ilə məşğul olan Türkiyənin vəziyyətə lazımi şəkildə müdaxilə edə bilməyəcəyinə inanırlar. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar”.
Lakin hər nə qədər cəhdlər olsa belə, hətta təxribat planının icrasına çalışısa belə, bütün bunların həm İran, həm də Ermənistan üçün acınacaqlı nəticə verəcəyini indidən proqnozlaşdırmaq olar. Bu gün regionumuzda kifayət qədər qlobal dəyişikliklər cərəyan edir. Azərbaycan həm Cənubi Qafqazda, həm də dünyada özü sözünü deyən, qətiyyətini ifadə edən mühüm dövlətlər sırasında ali mövqeyini tutmaqdadır.
Elə isə, İran və Ermənistan bacıları əgər cürətləri varsa, öz kirli niyyətlərini icra etməyə, sadəcə, cəhd göstərsinlər
Bununla yanaşı, dəfələrlə sarsıdıcı zəlzələlərdən başıuca çıxan güclü Türkiyə dövləti də əsla yaşanan sonuncu fəlakətdən sınmayıb, əyilməyib. Əksinə, bu güclər bir-birini tənzimləyir – Azərbaycan-Türkiyə qardaşlığını, müttəfiqliyini daha da sıxlaşdırır. Hər necə cəhdlər olsa belə, onlara qarşı amansız zərbələrin endirilməsi isə həm Bakı, həm də Ankara üçün an məsələsidir. Elə isə, İran və Ermənistan bacıları əgər cürətləri varsa, öz kirli niyyətlərini icra etməyə, sadəcə, cəhd göstərsinlər və bu cəhdlərinin necə yerlə-yeksan olacağını öz gözləri ilə müşahidə etsinlər..!
Rövşən RƏSULOV

Digər xəbərlər