PDF Oxu

Araşdırma

  • 4 797

Volodinin bəyanatı erməni siyasi rəyini yerindən niyə və necə oynatdı? TƏRS BAXIŞ+ÖZƏL

image

Qraç Qalustyan: “Sizə elə gəlir ki, o blef edir, yaxud təhdid irəli sürür? Yox! Hər şey belə də olacaq!”

Rusiya Federasiyası Dumasının spikeri Vyaçeslav Volodinin Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı Ermənistanın mövcud hakimiyyətini hədəfə alan bəyanatı erməni ictimai rəyini sözün əsl mənasında yerindən oynadıb. Məsələ ondadır ki, bəyanat səslənər-səslənməz yalnız erməni KİV-lərində deyil, həmçinin sosial şəbəkə platformalarında da kəskin müzakirələrə səbəb olub, hətta bu bəyanatın Rusiyanın Ermənistana qarşı cəbhə açacağı barədə xəbərdarlıq mesajı olduğunu da deyənlər oldu. Bəs daha nə baş verdi ki, erməni ictimaiyyətində yer-yerindən oynadı?

Vyaçeslav Volodin: “Kimlər ki, Avropa institutlarına tərəf bəyanatlar verirsə, onlar sadəcə ölkəni itirə bilərlər”

Qeyd edək ki, Volodin Ermənistanın eyni anda iki stulda oturmağa cəhd etdiyini və bu cəhdin İrəvan üçün baha başa gələcəyini bildirib. O cümlədən əlavə edib ki, belə siyasət İrəvan üçün yaxşı gələcək vəd etmir, üstəlik ölkə olaraq məhv olmaq təhlükəsi də istisna olunmur. Gəlin həmin ifadəni lap dəqiq, olduğu kimi təqdim edək. SİTAT: “Kimlər ki, Avropa institutlarına tərəf bəyanatlar verirsə, onlar sadəcə ölkəni itirə bilərlər”. Necə deyərlər, qısa və konkret!

Erməni analitiki: “Biz ağır zamanlara hazırlaşmalıyıq”

Başqa tərəfdən, Ermənistanda yaranmış siyasi qurcalanma da belə nəticəyə gəlməyə əsas verir ki, RF Dumasının sədrinin bəyanatı boş yerə havaya atılmayıb və ciddi məsələdir. Təkcə erməni siyasi şərhçisi, analitik Qraç Qalustyanın sosial şəbəkədə yazdığı statusuna diqqət yetirək. SİTAT: “Sizə elə gəlir ki, o blef edir, yaxud təhdid irəli sürür? Yox! Hər şey belə də olacaq! Həm bizim həyatımız, həm də dövlət təhlükə altındadır. Buna müvafiq olaraq biz ağır zamanlara hazırlaşmalıyıq”.

Bax, bu qədər bəsit..! Yəni bu bir düşüncəsi və dərketmə qabiliyyəti olan bir erməni analitikinin gəldiyi yekun qənaətdir və paralel olaraq çıxardığı doğru əsasdır.

Qraç Qalustyan unutmamalıdır ki, dədə-babalarının törətdiklərinə görə ödəşmə vaxtı çatıb

Fəqət, Volodinin bəyanatından nəticə çıxaran Qalustyan və onun timsalındakı digər ermənilər bir həqiqəti də ya etiraf etməli, ya da dərk etməlidir. Məsələn, etiraf etməlidir ki, öz dədə-babasının buraxdığı səhvləri ucbatından ölkəsi və xalqı belə bir vəziyyətə düçar olub. O cümlədən, bu dediklərini dərk etməlidir. Yaxud, Qraç Qalustyan daha bir faktoru da unutmamalıdır ki, məhz dədə-babalarının törətdiklərinə görə artıq ödəşmə vaxtı çatıb. Hətta bu barədə daha əvvəldən düşünməliydilər. Amma indi də gec deyil. Bu gün ermənilərin hərbi-siyasi isteblişmentinin təmsilçiləri özlərinə yeni ağalar, sahiblər axtarmaları yerinə ən normal həyat sürmək üslubunu seçməlidirlər – satmamalı və xəyanət etməməli..! Bax, onda nə bu xalqa, nə də başqalarının torpaqları, əraziləri üzərində qurulmuş psevdodövlətə qarşı hər hansı bir təhlükə yaşanmayacaq. Amma hər bir erməni – istər hakimiyyətdəkilər olsun, istərsə də qeyri-hakimiyyətdəkilər, onların hər biri eyni dərəcədə düşüncə sahiblərinə deyillər və artıq bu zümrəyə xas olan xəyanətkarlıq, kürəkdən xəncər saplamaq bir ənənəyə çevrilib. Hələ ki, həmin ənənədən imtina etməyə vaxt var, amma bu vaxt da çox azdır...

Rövşən RƏSULOV

Digər xəbərlər