PDF Oxu

Araşdırma

  • 4 982

Vətən müharibəsi xalq-ordu birliyinin tərənnümüdür - ŞƏRH

image

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Bu plenar iclası moderatorluq edən Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.İclasda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev regionada gedən geosiyasi dəyişikliklərə toxunaraq ölkəmizin mövqeyinin sülh tərəfdaşlığa istiqamətlənmiş olduğunu bildirmiş və Azərbaycanla Ermənistan arasında mövcud münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformanın olmasını vurğulamışdır.

Dövlət başçısını “Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil ” sözləri bir daha ermənistan üçün mühüm siyası bir mesaj idi. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat hücumuna məruz qalıb. Son üç ay ərzində bu ilk hücum deyildi. Xatırlatmaq istərdim ki, iyul ayında dövlət sərhədində eyni oxşar, lakin buna nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum təxirələsalınmaz əməliyyatlarla dəf edildi. Daha sonra isə həmin ilin avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı yenidən terror aktları törətmək üçün Ermənistan tərəfindən separatçı təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Sentyabrın sonunda bizim yaşayış məntəqələrimiz yenidən artilleriya atəşlərinə məruz qaldı. Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Qeyd etməliyəm ki , bu günə qədər olkəmizin dinc əhalisi arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib.Atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.

Döyüş meydanında itkilərə gəldikdə isə əldə olunan məlumata görə düşmən tərəfin itkiləri bizim itkilərdən daha da çoxdur. Vətən müharibəsi döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Ordumuz düşmənin 30 illik dünyaya bəyan etdiyi, mifə çevirdiyi erməni ordusu, dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Ön xəttin bəzi sahələrində hətta 4 müdafiə xətti vardı. Vətən müharibəsində ölkəmizdə hər hansı digər xarici hərbi qulluqçuların iştirakına ehtiyac yoxdur.Azərbaycan ordu-sundada 100 mindən çox döyüşçü və ixtisaslaşdırılmış, gənc və savadlı kadrlardan ibarət zabit həyəti var. Müharibə zamanı zərurət yaranarsa əgər, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə arta bilər.

Azərbaycan ordusunu kifayət qədər ehtiyyatda olan həm əsgəri həmdə zabiti mövcuddur.Azərbaycan Silahlı Qüvvələri və onların hərbi birləşmələri onların qarşısına qoyulan istənilən vəzifəni istənilən döyüş tapşırığını yerinə yetirməyə tam olaraq qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları icrimai mediada və bütün internet resurslarında əlçatandır. Müharibə zamanı ordumuz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənə vurulan ziyan nə az nədə çox düz 1 milyard dollardan artıq dəyərində olan hərbi texnikasını məhv etmişik. Qeyd etməliuyəm ki , Azərbaycan Ordusunun potensialı nəyinki ,düşmənlərimizə hətta artıq bütün dünyaya məlumdur. Ordumuzun, qəhrəamanlarımızın hansı gücə malik olduğu heç kəs üçün sirr deyil rədd edildi.

Məhz Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbətliyi ilə şəhidlərimiz, qazilərimiz,əsgər və zabirlərimiz,arxa cəbhədə xalq-ordu birliyinə dəstək olan mülki vətəndaşlarımız tarixmizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi, Zəfərimiz bir daha ermənistan yaratdığı mifini darmadağın edərək nəyin ki, düşmənə hətda bununla bütün dünya hərb tarixinə adını silinməz hərflərlə yazdı.

Fərid Mustafayev,
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər