Yaxud, Rusiyanın federal kanallarında “Matuşka Rossiya” deyə rusdan da artıq rus olmağa cəhd edən şovinist erməni “politoloqların” özlərini necə ülgücləmələrini xatırlamaq kifayət edər...
Erməni siyasi analitiki Tevos Arşakyan rəhbərlik etdiyi “Armenianreport” saytında yazır ki, xoşbəxtlikdən Ermənistandakı Rusiya havadarlarının sayları get-gedə azalmağa başlayıb. SİTAT: “Bu murdarları ölkəmizdən birdəfəlik və tamamilə rədd etmək hələ ki, elə də alınmır. Belə ki, Koçaryan-Saqrsyan hakimiyyətləri illərində Kremlin bir əmri ilə öz analarını satmağa hazır olan bütöv bir siyasətçi və ekspert nəsli yetişib. Bax, onlar da harada gəldi murdarlama işləri ilə məşğuldurlar”.
Kiçik bir haşiyə çıxaq: sizləri inandırım ki, əgər Rusiya günü bu gün Ermənistanı Koçaryan-Sarqsyan rejiminin vaxtındakı kimi ağuşuna alsa “Kremlin əmrinə görə analarını satmağa hazır olan” ermənilərdən birinə çevrilər. Yəni bu məxluqat üçün müqəddəs heç nə yoxdur!
Ancaq Arşakyan hər hansı bir müstəqil fikirdə ola bilər, amma həmin fikirlərə rəğmən, ortada olan faktlar da tamamilə başqa cürdür. Məsələn, fakt budur ki, ermənilər məhz Rusiyanın və rusların hesabına onilliklər boyu həm yaşayırlar, həm də mövcudluqlarını qoruyub-saxlamağa müyəssər olublar. Və bu reallıq elə ermənilərin özləri tərəfindən də etiraf olunmaqdadır. O cümlədən, həmin faktı bütün dünya da yaxşı bilir. Yəni bu, elə bir danılmaz faktdır ki, onu inkar etmək qeyri-mümkündür.
.jpg)
Vladimir Putin: “Rusiyaya xəyanət edənlər qanun çərçivəsində cəzalandırılacaqlar, ifritə ovu olmayacaq”
Beynəlxalq aləm çox gözəl dərk edir ki, Ermənistanın mövcud hakimiyyəti Azərbaycan Ordusunun gücündən qorxan və Kremlin ayaqları altına yıxılaraq qurtuluş üçün yalvaran həmin hakimiyyətdir. Və onlar həmin ermənilərdir ki, uzun illər Rusiya Federasiyası boyunca ən yüksək vəzifələrə təyin olunur və “əsrlərlə bir yerdə” şüarı səsləndirməklə Moskvaya and içirdilər.
Niyə uzağa gedək ki? Elə Rusiyanın federal kanallarında “Matuşka Rossiya” deyə rusdan da artıq rus olmağa cəhd edən şovinist erməni “politoloqların” özlərini necə ülgücləmələrini xatırlamaq kifayət edər...
Fəqət indi hər şey tərsinə dönməyə başlayıb və həmin ermənilər bir az o yan-bu yan olan kimi illərdir yedikləri qazana, su içdikləri quyuya tüpürməyə başlayıblar. Yeri gəlmişkən, bir neçə gün əvvəl Federal toplantıda çıxış edən Rusiyanın dövlət başçısı Vladimir Putin çox yəqin ki, “Rusiyaya xəyanət edənlər qanun çərçivəsində cəzalandırılacaqlar, ifritə ovu olmayacaq” fikrini önə sürərkən həmin fikrində ermənilərin mövcud davranışlarını da nəzərdə tutub. Yəqin zaman hər şeyi göstərəcək...
Paşinyana elə gəlir ki, Aİ missiyası onun ölkəsindədirsə, demək, istənilən beynəlxalq hüquqları pozmağa, sonradan isə öz günahlarını Azərbaycanın üstünə atmağa imkanlar yaranacaq

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Ermənistana təklif etdi ki, qarşılıqlı olaraq sərhədlərdə nəzarət-buraxılış məntəqəsi qurulsun. Lakin hazırda avropalı yarımhərbi missiyasının ayaqları altına yıxılmağa hazır olduğunu nümayiş etdirən Paşinyan həmin təklifə qarşı da çıxdı və görünür, 2020-ci ilin sentyabrında buraxdığı böyük səhvindən də betər ciddi səhvə yol vermiş oldu. Aİ missiyasının Ermənistan ərazisində fəaliyyətə başlamasından üç gün keçməmiş artıq neqativ məlumatlar yayılmağa başladı. Paşinyana elə gəlir ki, Aİ missiyası onun ölkəsindədirsə, demək, istənilən beynəlxalq hüquqları pozmağa, sonradan isə öz günahlarını Azərbaycanın üstünə atmağa imkanlar yaranacaq və s. Daha doğrusu, Aİ Azərbaycanın Ermənistanla konfrontasiyaya getməyəcəyi ilə bağlı İrəvana vəd verməyinə verib, amma...
Ermənistan Aİ missiyasından Azərbaycana qarşı dəyənək kimi istifadə etməyə cəhd edir?
Amma bu hal yalnız sülh razılaşmasının əldə edilməsindən sonra daha da möhkəmləndirilə bilər. Yalnız Ermənistanın öz ağlını başına toplayıb dürüst addımlar atmasından sonra. Bəs həmin halın reallaşacağı nə qədər mümkün görünür? Məsələ ondadır ki, erməni tərəfi son bir neçə gündə bütün sərhəd perimetri boyunca yenidən atəşkəsi pozub və paralel olaraq Ermənistanda olan Aİ missiyasından sui-istifadə etməklə sanki bu missiyanı Azərbaycana qarşı dəyənək kimi istifadə etməyə cəhdlər göstərir. Üstəlik, Ermənistanın Laçın yolu üzərində, şərti sərhədlərdə iki nəzarət-buraxılış məntəqəsinin qurulmasından imtinası belə qənaətə gəlməyə zəmin yaradır ki, İrəvan yenidən Qarabağ mövzusu üzərində manipulyasiyalar etməyə hazırlaşır.

Başqa tərəfdən, Ermənistanın XİN başçısı Ararat Mirzoyanın bu məsələdə öz təbirincə “qəti mövqe” nümayiş etdirməsi ötən ilin sentyabrında baş vermiş “Qisas” əməliyyatından əvvəl Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın bəyanatına bənzəyir. Qriqoryan da həmin ərəfələrdə bildirmişdi ki, Azərbaycanın Laçında məskunlaşmış qeyri-qanuni ermənilərin oradan çıxarılması tələbi “legitim deyil”. Nəticədə nəyin-necə olması hər kəsə bəllidir. Hətta Ermənistan rəhbərliyinin bu məsələdə siyasi sadomazoxizmçiliyə can atması daha çox real görünür. Necə deyərlər, “başımızı əzməyə məcbur ol” mənasında.
Bu gün rəsmi Bakı İrəvana təklif edir ki, həm Moskva, həm Brüssel, həm də Vaşinqtonla münasibətlərdə daha subyektiv, ya da səmimi olsun, geridə qalan problemlərin aradan qaldırılması yönündə sağlam nəticələrə varsın və s.
Sözügedən kontekstdə RF-nın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilən rəsmi səfəri də diqqət çəkir. Artıq Ermənistanın bu və digər cəhətlərdən Rusiyadan imtinası da bir sıra mümkün nəticələrə gəlməyi bəri başdan müəyyənləşdirir. Lakin danılmaz dəlil budur ki, Ermənistan Paşinyanın anlaşılmaz siyasəti nəticəsində batmağa davam edir.
Rövşən RƏSULOV
P.S. Avropalılara və amerikalılara isə tərəfimizdən açıq və aydın mesajlar göndərilməlidir ki, bu gün Ermənistanın qeyri-konstruktivlik mövqeyinin Azərbaycana qarşı yönəlməsi ehtimalları artmaqda davam edəcəksə, həmin məsuliyyəti məhz daşımalı olanlar daşıyacaqlar...