Münhen Təhlükəsizlik Konfransı Beynəlxalq aləmdə ölkələrarası təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Dünyada dövlətlər arasında dərin siyasi gərginlik hökm sürdüyü bir vaxtda Almaniyada keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransının növbəti toplantısında xeyli sayda aktual məsələlərin müzakirə olunacağı əvvəlcədən məlum idi.
Konfrans çəçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas keçirilmişdir. Plenar iclasın gedişi Azərbaycan və Ermənistan da daxil olmaqla bütün dünyada böyük maraqla izlənirdi. Paşinyan iclasda ikiüzlülük və həyasızlıqla ölkəmizə qarşı yeni böhtan və iftira yağdırmağa başladı. Cənab Prezident İlham Əliyevin çıxışında faktlara söykənən arqumentlərlə Paşinyanın böhtanları qətiyyətlə rədd edildi, bumeranq effekti ilə özünə qaytarıldı.Prezidentimiz həmçinin qeyd etdi ki, Azərbaycan və Ermənistan uzun müddət davam edən toqquşmadan uzaqlaşma nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalı, ölkələr arasında sülh sazişi üzərində səylərini davam etdirməlidir.
Cənab Prezidentin çıxışında xüsusi olaraq qeyd etdiyi “Azərbaycan Minsk qrupunun nəticə əldə etməsini gözləyirdi, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdi: Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq” fikrini cəsarətlə diqqətə çatdırması Ermənistanın işğalçı siyasətinin mahiyyətini tam aydınlığı ilə ortaya qoydu. Eyni zamanda Laçın-Xankəndi yolunda ekofəalların humanitar aksiyasını “Humanitar fəlakət” adlandıran, siyasi oyunbazlıq edən Paşinyan tutarlı faktlarla susduruldu.Cənab Prezident Beynəlxalq etiket qaydalarına müvafiq, sərrast, faktlara əsaslanan məntiqli fikirləri ilə ölkəmizin haqlı mövqeyini beynəlxalq aləmə bir daha çatdırdı.Ekspertlər və siyasi analitiklər tərəfindən 59-cu Münhen Konfransının yekunları Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik uğuru kimi dəyərləndirilir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini