The Express: “Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə hücum hazırlayır”
Cənubi Qafqaz regionunda cərəyan edən son proseslər, xüsusilə Qərb tərəfindən başladılan yeni siyasi oriyentasiya fonunda Rusiyanın regiondan sıxışdırılaraq çıxarılması cəhdləri növbəti iddiaların yaranmasına səbəb olmağa başlayıb. Əsasən, Rusiyanın Ermənistandakı emissarlarının Moskvadan aldıqları tapşırıqları mənzərəsində fəaliyyətə keçmələri haqqında yayılan məlumatlar kifayət qədər diqqət cəlb etməyə başladıb.
İddiaya görə, Rusiyanın prezidenti Vladimir Putinin Avropaya yeni hücumu gözlənilir: “Məyus olmuş Rusiya Avropaya gedən qaz axınının qarşısını almaq üçün yeni hücuma hazırlaşır və bu barədə kəşfiyyat mənbələri xəbər verirlər”
Böyük Britaniyanın The Express nəşri mövzu ilə bağlı analitik qeydlərində yazıb ki, Rusiya Ermənistanın əli ilə Azərbaycanın boru kəmərlərinə hücum planı hazırlayıb. İddiaya görə, Rusiyanın prezidenti Vladimir Putinin Avropaya yeni hücumu gözlənilir. Bu məsələdə isə Azərbaycandan Avropaya nəql edilən qaz boru kəmərlərinin hədəfə alındığı vurğulanır. Həmin istiqamətdə isə Rusiya tərəfindən erməni silahlı qüvvələrində hazırlıq işlərinin aparıldığı bildirilir.

Britaniya tabloidi iddiasını bu cür irəli sürüb. “Məyus olmuş Rusiya Avropaya gedən qaz axınının qarşısını almaq üçün yeni hücuma hazırlaşır və bu barədə kəşfiyyat mənbələri xəbər verirlər. Vladimir Putin erməni silahlı birləşmələrinin hazırlıq səviyyəsinə gətirilmələrinə sanksiya verib ki, Azərbaycandan nəql edilən təbii qaz boru kəmərlərinə zərbə endirilsin”, The Express yazır.
Nəşr bu məsələdə Çin faktoruna da toxunub. Qeyd edilir ki, belə bir addım çətin ki, Çin liderlərinin xoşuna gəlsin. Belə ki, onlar iqtisadi cəhətdən dağıdıcı münaqişəyə son qoymaq marağındadırlar və “sülh planı” çərçivəsində öz cizgilərini cızıblar. Lakin bu da son deyil...
NATO-ya bağlı olan yüksək rütbəli nazirləri, habelə alyans silahlı qüvvələrinin komandanları Münxen Təhlükəsizlik Konfransıdakı toplantılarında da yaşana bilinəcək vəziyyətin nəticələri ilə bağlı fikir mübadilələri aparıblar

The Express yazır ki, Putinin planı yalnız Çini deyil, NATO ölkələrini də təlaşlandırıb. Belə ki, həmin plan NATO tərəfindən elektron vasitələrlə ələ keçirilib və eyni zamanda, NATO-ya bağlı olan yüksək rütbəli nazirləri, habelə alyans silahlı qüvvələrinin komandanlarını ciddi şəkildə narahat edir. Xatırlanır ki, onlar bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransıdakı toplantılarında da yaşana bilinəcək vəziyyətin nəticələri ilə bağlı fikir mübadilələri aparıblar.
Tabloidin yazdığına görə, Aİ-nin Rusiyanın qaz tədarükündən imtina etməsi qərarından sonra Azərbaycan Avropa üçün getdikcə daha qiymətli təbii qaz mənbəyinə çevrilməkdədir. SİTAT: “Mənbələrə görə, bunun qarşısını almaq üçün Moskva özünə məxsus xüsusi təyinatlılara Ermənistanda nəzarət altında saxlanılan ayrıca özəl qüvvələr yaratmaq tapşırığını verib. Plan Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz qaz yatağından təbii qazı Türkiyəyə və onun hüdudlarından kənara nəql edən Cənubi Qafqaz boru kəmərinə hücumu nəzərdə tutur.
İkinci mərhələdə Rusiya Ermənistan ordusunun təchizatını artıracaq ki, ondan üstün olan Azərbaycan silahlı qüvvələrinə qarşı dayanmağı bacarsın və Qarabağ regionunu işğal etsin...”
.jpg)
“Yüksək rütbəli məmur deyib: “Kəşfiyyat boru kəmərini klassik boz zona ssenarisi kimi təqdim edir ki, bu ssenaridə Rusiya Avropaya qaz tədarükünü dayandırmağa çalışır, eyni zamanda inandırıcı şəkildə bunu təkzib edir”
The Express onu da yazır ki, Moskva Azərbaycanın həm müstəqil, həm də qərbyönümlü siyasi mövqe tutmasından razı deyil. Xüsusilə, Azərbaycanın NATO-Şimali Atlantik əməkdaşlığına daxil olması, eləcə də 1994-cü ildə “Sülh naminə partnyorluq” çərçivə sənədini imzalaması Rusiyanı narahat edir. “Mühüm olaraq qeyd edilməlidir ki, o, (Rusiya-R.R.) Ermənistana olan təsirinin zəifləməsini anlayır. Yüksək rütbəli məmur deyib: “Kəşfiyyat boru kəmərini klassik boz zona ssenarisi kimi təqdim edir ki, bu ssenaridə Rusiya Avropaya qaz tədarükünü dayandırmağa çalışır, eyni zamanda inandırıcı şəkildə bunu təkzib edir”. “Həm Türkiyə, həm də NATO bütövlükdə müdafiə dayanıqlığını gücləndirməli olacaq”, Britaniya nəşri xüsusilə vurğulayıb.
Rövşən RƏSULOV