PDF Oxu

Araşdırma

  • 4 568

İran xarici vətəndaşları girov götürür –bu dəfə İtaliya turisti qaçırıldı! ANALİTİK+FOTOFAKT

image

Tehran rejimi bu vasitə ilə xarici ölkələrə təzyiq siyasətini yürütməyə cəhd göstərir

İranda xarici vətəndaşların təqib olunması, girov götürülməsi və s. bu kimi halların davamlı xarakter alması faktları get-gedə daha da çoxalmaqdadır. Bu dəfə məlum olub ki, etirazlar zamanı ölkədə olan 30 yaşlı italiyalı turist Alesiya Piperno ölkənin xüsusi xidmət orqanları tərəfindən qaçırılıb. Təsadüfən aksiyaların keçirildiyi yerdə olan italiyalı turist polis zorakılığına məruz qalıb və o, naməlum istiqamətdə aparılıb. Hazırda onun yeri barədə heç bir məlumat verilmir. Qeyd edək ki, bənzər faktlar mütəmadi olaraq yaşanır və Alesiya Piperno qanunsuz olaraq qaçırılan ilk xarici vətəndaş deyil.

İsveç vətəndaşı İranda qaçırılıb

Belə ki, bir müddət əvvəl İrana səyahət edən İsveç vətəndaşını vətəninə qayıtmağa qoymayıblar. Maraqlıdır ki, iranlı politoloqlar xarici vətəndaşların təqib olunmamalarını, qaçırılmalarını və girov götürülmələrini onların ölkələrinə qarşı təzyiq kimi istifadə edildiyini bildirirlər. Belə ki, turist olmasından başqa, İranla heç bir əlaqəsi olmayan 30 yaşlı şəxs ölkəni tərk etmək istədiyi zaman həbs olunub. Hadisə ötən ilin may ayında baş verib. Məlum olub ki, İsveç Xarici İşlər Nazirliyi bir İsveç vətəndaşının İran nəzarətində olduğunu təsdiqləyib, lakin əlavə məlumat və ya şərh təqdim etməyib. İran rəsmiləri isə bu kimi hallarda onlara edilən müraciətləri nəinki cavablandırmırlar, əksinə həmin ölkələrə qarşı yalan ittihamı irəli sürürlər.

Halbuki sonrakı proseslərdə İsveçin Tehrandakı səfirliyi İran hakimiyyəti ilə əlaqə saxlayaraq hadisəni nəzarətə götürmüşdü.

Həmin ərəfədə İsveçin “Aftonbladet” qəzetinə məlumatlı mənbə bildirmişdi ki, həbs İsveçdə mühakimə olunan keçmiş İran prokuroru Həmid Nurinin işi ilə bağlıymış. İsveç prokurorları Nuriyə 1988-ci ildə İranda həbsxanaların təmizlənməsi zamanı insanlıq əleyhinə cinayət törətdiyinə görə ömürlük həbs cəzası istəyiblər. Mənbə həmçinin bildirib ki, İran müxtəlif kanallar vasitəsilə Nurinin azad edilməsini tələb edib, lakin İsveç hökuməti məhkəmələrinin hökumətdən müstəqil fəaliyyət göstərdiyini və onların qərarlarına müdaxilə edə bilməyəcəyini açıq şəkildə bəyan edib. Nəticədə İsveç vətəndaşı iranlı xüsusi xidmətçilər tərəfindən qaçırılıb və İsveçə qarşı təzyiq göstərilir.

Polşa universitetinin professoru Maçilay Valsakin oğurlanıb

Diqqətçəkən daha bir məqam. Bu hadisədən cəmi bir ay keçəndən sonra Tehran rejimi daha bir xarici vətəndaşı qaçırıb – bu dəfə polşalını. Həmin məlumatı isə "Əl-Ərəbiyyə" kanalı yayıb. İnformasiyaya görə, Polşa hökuməti vətəndaşlarından birinin İranda həbs edilməsi ilə bağlı yayılan xəbəri təsdiq edib. Belə ki, İran dövlət televiziyası iyulun 6-da Polşa Universitetinin professoru Maçiyay Valsakın Kermanda iranlı hərbçilərin raket sınaq təlimləri keçirdiyi yerin yaxınlığında torpaqdan nümünə götürərkən həbs edilməsi ilə bağlı xəbər yaymışdı.

Polşa Xarici İşlər İşlər Nazirliyinin sözçüsü Vukaş Yaniş BBC-yə açıqlamasında bildirmişdi ki, polşalı professorun azadlığı üçün əllərindən gələni edəcəklər.

Beləliklə, hazırda bir sıra ölkələrin öz vətəndaşlarının İrana səfər etməkdən çəkinmələri barədə etdikləri çağırışları hazırda da qüvvəsində qalmaqdadır. Daha dəqiq desək, İran xarici vətəndaşların ovlanması məskəninə çevrilib. Üstəlik, girov götürülmə, oğurlanma hadisələrinin İranın xüsusi xidmət orqanları tərəfindən xarici ölkələrdə də reallaşdırılması barədə də məlumatlar mövcuddur. İranın xarici ölkələrdəki səfirliklərinə yerləşdirilmiş özəl casus şəbəkələri həmin prosesdə yaxından iştirak edirlər.

Rövşən RƏSULOV

Digər xəbərlər