Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi mühüm hadisədir. Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin prezidentlərinin, üç ölkənin vitse-prezidentlərinin, yüksək vəzifəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin və səfirlərin iştirak etməsi Azərbaycanın dünyada güclənən mövqeyinin təzahürüdür. Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əsas yer tutur. Son illərdə bu istiqamətlərdə ölkəmizin qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Reallıq budur ki, region və dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, sözünün imzası qədər əhəmiyyəti olan ölkə kimi qəbul edirlər. Azərbaycan hər zaman dünya əhəmiyyətli tədbirlərə, qlobal toplantılara yüksək səviyyədə və nümunəvi ev sahibliyi edib. Belə mötəbər və əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin və insanlıq naminə atdığı humanist addımların nəticəsidir.
Hazırda ölkəmiz bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bu baxımdan, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi çərçivəsində özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyətinin nəticəsi olaraq, təşkilata üzv dövlətlərin yekdilliklə səs verməsi nəticəsində Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsi barədə qərar qəbul olunub. Daha sonra təşkilata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti daha bir il uzadılıb. Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir, təqdir və nümunəvi fəaliyyət olaraq qeyd edilir. Cənab İlham Əliyevin martın 2-də keçirilən Zirvə görüşündəki çıxışında müxtəlif məsələlərə diqqət göstərməsi Qoşulmama Hərəkatının dünya siyasətində əhəmiyyətli rol oynadığını bir daha nümayiş etdirdi. Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi atılan hər bir addımda əhəmiyyətli rol oynayır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Cənab İlham Əliyevin Zirvə görüşündə BMT sistemində islahatların aparılması məsələsinə xüsusi diqqət yönəltməsi də Azərbaycanın 30 illik işğal dövründə yaşadıqlarının təqdimatı oldu. BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Zirvə görüşündə dərinməzmunlu çıxış edərək bir çox məsələlərlə bağlı mövqeyini ifadə etdi. Dövlət başçısının dediyi kimi, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib.Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Daha sonra Azərbaycan Prezidenti öz nitqində dünyada hökm sürən arzuolunmaz tendensiyalar, ikili standartlar siyasəti, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulması, beynəlxalq təşkilatların qərarlarının icra olunmaması kimi mövzulara toxunub. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada ikili standartlara ən çox məruz qalan ölkələrdən biridir. Buna baxmayaraq Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğunun iradəsi və illər ərzində apardığı müdrik siyasəti nəticəsində Azərbaycan təkbaşına ədaləti bərpa edib və BMT Qətnamələrini icra edib. Ermənistanın işğal illərində Azərbaycanın yüzlərlə şəhər və kəndini məqsədyönlü şəkildə dağıtdığını, bütün mədəni və dini abidələr talan və qarət etdiyini qeyd edən ölkə başçımız İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri apardığını diqqətə çatdırıb. Bu fakt bir daha Ermənistanın vandal siyasətini ifşa etməklə yanaşı Azərbaycanın qüdrətini nümayiş etdirmiş olduünya növbəti dəfə Prezident İlham Əliyev humanistliyinə, uzaqgörənliyinə və insansevərliyinə şahidlik etdi.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri