PDF Oxu

Araşdırma

  • 5 283

İsrailli eks-nazir Qarabağ məsələsində İranı və Rusiyanı ittiham etdi AKTUAL

image

Məqalə ilə çıxış edən Ayub Kara: “Ermənistan İran İslam Respublikasının sanksiyalardan yayınması üçün əsas dayaqdır... Münaqişənin davam etməsi Rusiyanın Ukraynadakı fiaskosu fonundakı qlobal statusunun saxlanmasına imkan yaradır”

Nüfuzlu moderndiplomacy.eu saytında İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri, İqtisadi dünya mərkəzinin prezidenti Ayub Karanın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə, eləcə də martın 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda baş vermiş erməni təxribatına həsr edilən məqaləsi dərc olunub. Həmin məqaləni təqdim edirik:

-Qarabağ regionunda beş nəfər insanın həlak olduğu atışma nəticəsində aydın oldu ki, Azərbaycan və Ermənistan çox çətin vəziyyətdədirlər. Azərbaycan Qarabağı işğal etməyib. Bu ölkə öz torpaqlarını hərb yolu ilə geri qaytarıb ki, bu da BMT-nin dörd qətnaməsinə müvafiq olaraq həyata keçirilib. Ona görə də dünya Azərbaycanın regiondakı iştirakı ilə barışmalı və tərəflər arasında sülhün əldə edilməsinə kömək göstərməlidir.

Hazırkı zamanda regionda qeyri-sabitliyin əsas benefisiarları İran və Rusiyadır

Qərb ölkələri Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarında obyektiv olmalıdırlar. Bu, yaxud digər ölkənin hansı yöndə siyasət aparmasını müəyyən etmək və Qafqazda sülhün əldə edilməsi üçün faktları seçki urnalarındakı səslərlə deyil, yerində müəyyən etmək lazımdır. Hazırkı zamanda regionda qeyri-sabitliyin əsas benefisiarları İran və Rusiyadır.

Ermənistan İran İslam Respublikasının sanksiyalardan yayınması üçün əsas dayaqdır. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzaladığı gündən başlayaraq bu ölkə təcrid edilmiş vəziyyətdə olmayacaq və öz qonşuları ilə sülh şəraitində yaşayan, çiçəklənən cəmiyyətə çevriləcək. Belə olan halda İrəvanın Tehrandakı mollalara bel bağlamasına da son qoyulacaq və o, marionet kimi xidmətinə son qoyacaq. Bu səbəbdən iranlılar Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə mane olmağa çalışır.

Bununla yanaşı, münaqişənin davam etməsi Rusiyanın Ukraynadakı fiaskosu fonundakı qlobal statusunun saxlanmasına imkan yaradır. Ruslar bu minvalla özlərinin Qarabağdakı sülhməramlı statuslarını qorumağa can atırlar və ona görə də onlar qanunsuz silahların Qarabağa ötürülməsinə şərait yaradıblar.

Sülh – yeganə hədiyyədir ki, onu həm azərbaycanlılara, həm də ermənilərə bəxş edəsən

Mən əlimdə olan bütün imkanlarımdan istifadə edərək Qafqazda sülhün bərqərar olmasında iştirak edəcəyəm və İrana, Rusiyaya, başqa istənilən ölkəyə imkan verməyəcəyəm ki, onlar yerlərdə baş verən hadisələrdən istifadə etməklə həm azərbaycanlılara, həm də ermənilərə zərər yaşadacaq olayları qızışdırsınlar. Bu hər iki dövlətin xalqlarının anlamalı olduqları məsələdir. Məhz buna görədir ki, mən son zamanlar sözügedən məsələ ilə bağlı açıq danışıram və Qarabağda sülhün əldə edilməsi üçün bütün mümkün vasitələri işə salıram. Sülh – yeganə hədiyyədir ki, onu həm azərbaycanlılara, həm də ermənilərə bəxş edəsən.

Şahidi olduğum nəhəng miqyaslı dağıntıları gördükdə anladım ki, erməni rəhbərliyi bu regionu Qafqazın Xirosimasına döndərib

Daha əvvəl mən bu məsələdə konkret olaraq hansısa tərəfdən çıxış etmək istəmirdim. Çünki marağı olmayan vasitəçi kimi görünmək istəyirdim. Lakin mən İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra Qarabağ regionuna səfər etdiyim zaman şahidi olduğum nəhəng miqyaslı dağıntıları gördükdə anladım ki, erməni rəhbərliyi bu regionu Qafqazın Xirosimasına döndərib.

Qərb xalqları anlamalıdırlar ki, Qarabağ erməniləri üçün ən yaxşı seçim onların bərabərhüquqlu Azərbaycan vətəndaşları olaraq azərbaycanlı cəmiyyətinə inteqrasiya olunmaları və Azərbaycanla Ermənistan arasında sülhün yaranmasıdır.

Qısa zamanda Qafqazın sülh dövrünə qədəm qoyması üçün Rəbbimə yalvarıram

Belə olan halda daha insanlar minalara düşüb həlak olmayacaqlar, şəhərlər, kəndlər, qəsəbələr bərpa ediləcək və Qarabağ yenidən turistik mərkəzə çevriləcək. Lakin bunun baş verməsi üçün biz rus sülhməramlılarının himayəsi altında qanunsuz silahların keçirilməsini mühakimə etməli və Azərbaycanın buna son qoyulması üçün can atmasına anlamlı yanaşmalıyıq. Silah qaçaqmalçılığı sülh müqaviləsinin imzalanmasına əngəl yaradan əsas maneədir. Və bunun səbəbidir ki, İsrailin keçmiş naziri olaraq mən ermənilərin Laçın yolu vasitəsi ilə silah qaçaqmalçılıqlarını qətiyyətlə pisləyir, bu yaxınlarda baş vermiş ölümlərə görə təəssüf hissi keçirirəm. Mən qısa zamanda Qafqazın sülh dövrünə qədəm qoyması üçün Rəbbimə yalvarıram.

Tərcümə etdi,

Rövşən RƏSULOV

Qeyd: Ayub Kara Qarabağa səfəri zamanı bu ifadələri ilə də yadda qalmışdı. SİTAT: “Qarabağ mənə Livanda 1982-ci ildə gedən müharibəni xatırladır, həmin müharibədə mən terrorçularla mübarizə aparan zabit idim. Terrorçular Livanı dağıtmışdılar, və indi, Qarabağda da mən hər şeyin dağıdıldığını gördüm. Mənim üçün çox kədərlidir. O qədər dağıdılmış evlər gördüm ki. Bu, çox pis situasiyadır”.

Digər xəbərlər