PDF Oxu

Araşdırma

  • 6 792

Müasir dünyada Azərbaycan qadınının rolu

image

Sevimli qadınlar!
Sizi 8 Mart Bahar, Sevgi və Gözəllik bayramı münasibətilə ürəkdən təbrik edirəm!

8 Mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə hər il rəsmi bayram kimi qeyd olunur. Prezident İlham Əliyev qadınları cəmiyyətdəki roluna görə təbrik edir, onlara ən xoş arzularını çatdırır. Hər il Beynəlxalq Qadınlar Gününün ölkəmizdə rəsmi bayram kimi qeyd olunması və bu gün münasibətilə dövlət başçısının ənənəvi təbrikləri Azərbaycanda qadına verilən önəmin, qadınların hökumətdə və cəmiyyətdə layiqli təmsil olunması sahəsində ölkəmizdə həyata keçirilən siyasətin rəmzidir.
Həyatımızda necə böyük rol oynadığınızı sözlə təsvir etmək çətindir. Bir kişinin həyatında olan hər şeyin gözəli,qiymətlisi və dəyərlisi- sizin ləyaqətinizdir.

Bu gün sizin əsas rolunuz olan - evdə rahatlıq və istiliyin yaradıcısı və qoruyucusu olan rolunuza, müasir dünyanın tələblərini özündə əks etdirən bir rolda əlavə edilir. Qadınlar dövlət idarəçiliyində iştirak edir, ən mühüm siyasi qərarlar qəbul edir, ictimai fəaliyyətlərini inkişaf etdirir, iri biznes layihələrini həyata keçirirlər. Və nə etsəniz, böyük məsuliyyət və canla-başla həyata keçirib və buna görə də layiqli tanınma və şərəf qazanırsız.

8 Mart bayramı həm də qadın–ana qarşısında heyranlıq rəmzidir. Ana hər bir övladın həyatında əsas insandır, həmişə sevgi və qayğı ilə qəbul etməyə, anlamağa hazır olan bir insandır.

Analığın və uşağın qorunması, qadın sahibkarlara dəstək, çoxuşaqlı analara, himayədar ailələrə yardım, qadınların məşğulluğuna köməklik, yaşlı nəslə qayğı dövlət siyasətinin mühüm istiqamətləri olaraq qalır.

Azərbaycanda qadın siyasətinin inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin dövründə onlara verilən önəmin artması, dövlət idarəçiliyində qadınların irəli getməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti bu gün uğurla və ardıcıl şəkildə davam etdirir. Azərbaycan qadınının cəmiyyətdə və dövlət idarəçiliyində rolu dedikdə yada Mehriban xanım gəlir. Birinci vitse-prezident Mehriban Əliyeva təkcə ölkə üçün deyil, həm də dünyada müasir, vətənpərvər, inkişaf etmiş Azərbaycan qadını üçün nümunə olub. Demək olar ki, Azərbaycan qadını haqqında fikir və mülahizələr Mehriban xanım Əliyevanın şəxsiyyəti və fəaliyyəti əsasında formalaşır.

Azərbaycanda qadınların həyat şəraitinin yaxşılaşdırılması, onların intellektual inkişafı məqsədilə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərman və sərəncamlar verilmiş, qanunvericilik aktları qəbul edilmişdir. Qadın dəyəri siyasətinin, qadınların təhsilə cəlb edilməsinin tarixi Azərbaycan mütəfəkkirlərinin, ictimai xadimlərinin qadınlara münasibətindən asılıdır. Azərbaycan qadını intellektual əsaslara söykənən tarixi inkişaf yolu ilə cəmiyyətimizin tərəqqisinə mühüm töhfələr verməkdədir.

Azərbaycan qadını hər bir Azərbaycan kişisi üçün şərəf etalonudur və müqəddəsdir. Ailə başçıları, qardaşlar, oğullar qadının rahat yaşaması üçün əllərindən gələni edirlər. Bu, Azərbaycan qadınının dəyərinin hər bir ailədə dərk edilməsinin və aşılanmasının təzahürüdür.

Qadınlar elə zərif varlıqlar, eyni zamanda güclü şəxsiyyətlərdir ki, təmsil etdikləri qurumlardakı fəaliyyətləri və nailiyyətləri haqqında çox danışmaq olar. Bu Bahar bayramı, bütün dünyada qadınların bayramıdır. Həmişə olduğu kimi bu günlərdə də onlar ancaq xoş sözlərə, xoş arzulara layiqdirlər.

Bahar sizə çoxlu sevincli anlar bəxş etsin və arzularınızı həyata keçirməyə ruhlandırsın!
Əziz xanımlar, bir daha sizi səmimi qəlbdən təbrik edib, sizə möhkəm cansağlığı, ailə səadəti və bütün işlərinizdə uğurlar arzulayıram!

İlham Quliyev
SOCAR,”Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı

Digər xəbərlər