PDF Oxu

Araşdırma

  • 4 208

Avropanın nüfuzlu nəşri Ermənistanın riyakarlığından yazdı ANALİTİK+AKTUAL

image

EU Reporter: “Ermənistan Ukrayna xalqının genosidə uğradılmasında boğaza qədər günaha batıb”

Ermənistanın aqressiya siyasətinə bağlı olması danılmaz faktdır. SSRİ süquta uğradıqdan sonra bu ölkədəki bütün iqtidarların işğalçılığa və terrora, qonşularla münasibətdə isə ərazi iddialarına bağlılığı da dəfələrlə sübuta yetirilib.

Lakin daha bir fakt ondan ibarətdir ki, Ermənistan, hətta digər ölkələrin hər hansı istilaçılıq siyasəti yürütmələrinə də bu və ya digər cəhətlərdən dəstəyini göstərir. Xüsusilə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayar-başlamaz rəsmi İrəvan Ukraynanın ərazi bütövlüyünə qarşı çıxış etməsi ilə yanaşı, “xüsusi hərbi əməliyyat” adı altında aparılan müharibədə açıq-aşkar işğalçılıq siyasətini dəstəkləməkdədir. Maraqlı məqam isə budur ki, bir tərəfdən Avropaya tərəf meyillənən Ermənistan digər tərəfdən öz çıxarlarını təmin etməkdən ötrü Rusiyanın ətəyindən möhkəm yapışır və bu amil özünü Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin separatçılarla münasibətlərində də özünü göstərməkdədir. Belə ki, bütün dünyanın Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etdiyi bir zamanda, RSK-nın erməni separatçıları ilə işbirliyi qeyd edilən fikirləri kifayət qədər təsdiq etməkdədir. Ancaq bu, ayrıca bir mövzudur...

Amma o da əbəs deyil ki, hazırda Kremlin Kiyevə qarşı tətbiq etdiyi hərbi əməliyyatları istər gizli, istərsə də açıq şəkildə İrəvan tərəfindən dəstəklənməkdədir. Bu barədə Avropanın nüfuzlu “EU Reporter” nəşri geniş məqalə ilə çıxış edib. Həmin məqalədən bəzi diqqətçəkən məqamlara nəzər yetirək.

“Sentyabr ayında ABŞ-ın Maliyyə Nazirliyi erməni şirkətlərinin Rusiyanın hərbi sənayesi üçün xarici avadanlıqların alınması ilə bağlı dəqiq informasiya dərc etmişdi”

“Rusiyanın Ukraynadakı aqressiyası Ermənistanın bu münaqişədə aqressorun tərəfindən çıxış etdiyini bütün çılpaqlığı ilə sərgiləyir”, deyə Avropa nəşri qeyd edib. SİTAT: “Ermənistan Rusiya Federasiyasına nəinki sanksiyalardan yanınmağa yardım edir, həmçinin mülki məhsulların idxalında fəal köməklik göstərir. Sentyabr ayında ABŞ-ın Maliyyə Nazirliyi erməni şirkətlərinin Rusiyanın hərbi sənayesi üçün xarici avadanlıqların alınması ilə bağlı dəqiq informasiya dərc etmişdi.

Oktyabrda “Bloomberg” agentliyi Avropa texnikalarının Ermənistan üzərindən keçirilərək Rusiyanın hərbi texnikalarında istifadəsi haqqında məlumatları dərc etmişdi. Ermənistan – nəinki logistik keçiddir, həm də Ukraynaya qarşı müharibə aparan Putin idarəçiliyinin hərbi-texniki təminatı mərkəzidir”, adıçəkilən nüfuzlu nəşr vurğulayır.

“Ermənistan İran silahlarının Rusiyaya göndərilməsi üçün ilk rahat bazadır”

Daha bir diqqətçəkən nüans Ermənistanın Rusiyanın Ukrayanaya qarşı apardığı müharibədə İranla əməkdaşlığıdır. Daha dəqiq desək, İran silahlarının Rusiyaya məhz Ermənistan vasitəsi ilə göndərilməsi də faktlar sırasındadır. Beləliklə, “EU Reporter” davam edir. SİTAT: “Ermənistan İran silahlarının Rusiyaya göndərilməsi üçün ilk rahat bazadır. Belə düşünmək olar ki, ukraynalılar ermənilərə “təşəkkür” etməlidirlər ki, Rusiya ordusunda onların mülki və enerji infrastrukturuna ziyan vuran, mülki vətəndaşları öldürən və yaralayan (İrana məxsus-R.R.) pilotsuz təyyarələr var”, deyə adıçəkilən nəşr Ermənistanı hədəfə alan ironik və sarkazm xarakterli yanaşma edib.

Yeri gəlmişkən, bu, həmin İrandır ki, yalnız regionda deyil, həm də regiondan kənar siyasətində açıq-aşkar terror küləyi əsdirməyə çalışır. Misal üçün, İranın Rusiyanı müxtəlif hərbi məqsədli təchizatlarla təmin etməsi ilə yanaşı, Qafqazda qeyri-sabitlik yaratmaq səyləri, bu məsələdə Ermənistanla və Rusiya ilə eyni mövqelərini bölüşməsi də unudulmamalıdır. İranın Ermənistanın Qafan şəhərində - Azərbaycanla şərti sərhədlərə yaxın əraziərdə konsulluq açması, habelə bu kimi digər məsələlərdə İrəvanla yaxınlaşması özü-özlüyündə bir çox məsələləri hali etməkdədir.

“Qonşularına qarşı sanksiyaların tətbiq edilməsini tələb edən bir xalq şüurlu və fəal şəkildə digər bir xalqa qarşı törədilən ən dəhşətli cinayətdə iştirak edir”

“EU Reporter” digər nüansa da toxunub. Belə ki, Ermənistan uzun illərdir ki, ötən əsrin əvvəllərində “uğradığı soyqırımının” beynəlxalq aləm tərəfindən tanınması üçün az qala təzyiq siyasəti yürüdür. Bu baxımdan, nəşr Ermənstanın bir tərəfdən “soyqırımına” məruz qalması iddiası ilə hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsində Kremlə dəstək göstərməsini uyğunsuz məsələ olaraq göstərir. SİTAT: “Vəziyyətin acı ironiyası ondan ibarətdir ki, Ermənistan “erməni soyqırımının” tanınmasına nail olmaq üçün beynəlxalq aləmdə misli görünməmiş diplomatik təzyiq tədbirləri həyata keçirir. 20-ci əsrin “ən bədnam cinayətlərindən birinin qurbanı” olduğunu iddia edən, bir əsrdə ölkələrin və xalqların məsuliyyətə cəlb olunmasını tələb edən, qonşularına qarşı sanksiyaların tətbiq edilməsini tələb edən bir xalq şüurlu və fəal şəkildə digər bir xalqa qarşı törədilən ən dəhşətli cinayətdə iştirak edir. Əslində, indi Ermənistan Ukrayna xalqının soyqırımına məruz qalması iddialarında boğaza qədər həmin günaha batıb”.

Beləliklə, “EU Reporter”in həqiqəti əks etdirən cürətli məqaləsinə görə yalnız alşıqlar düşür. Nəzərə alsaq ki, bu gün Avropada fəaliyyət göstərən güclü erməni lobbisi var və bu lobbi zaman-zaman korrupsiya yolları ilə istədiyi siyasətini reallaşdırmağa nail olur, bu zaman söz yox ki, Avropanın adıçəkilən nəşri ifşaedici məqaləsi ilə beynəlxalq ictimaiyyətin diqqətinə məhz reallığı çatdırmağa nail olub.

Rövşən RƏSULOV

Digər xəbərlər