Araşdırma

  • 4 781

Erməni KİV-i öz xalqını “it” adlandırdı HAŞİYƏ+FOTOFAKT

image

“Hraparak”: “Bəlkə bizim ictimaiyyət də hürməyə son qoymalı və sözlərdən əmələ keçməlidir?”

Ermənistanda dərc edilən və əsasən, mövcud Paşinyan iqtidarına müxalif olan “Hraparak” qəzetində qeyri-adi məqalə çıxıb. Əsasən, hakimiyyəti Qarabağın “verilməsində” ittiham edən və ölkənin ən tanınmış qəzeti hesab edilən nəşrin martın 27-də işıq üzü görən məqaləsində erməni ictimaiyyəti təhqir hədəfinə çevrilib. Daha dəqiq desək, hakimiyyətin xalqın tələblərinə cavab vermədiyini qeyd edən “Hraparak” Paşinyan iqtidarının xalqı it yerinə qoyduğunu yazıb.

Erməni qəzeti erməni cəmiyyətinə xitabən: “Hürən itlər, adətən, dişləmirlər”

Lakin diqqətçəkən məqam budur ki, erməni qəzeti ilk olaraq iqtidarın xalqı təhqir etdiyini yazsa da, sonradan özü də erməni ictimai rəyini təhqirə məruz qoyub. “...Hürən itlər isə, adətən, dişləmirlər. Bunu hakimiyyətdəkilər də bilirlər. Bəlkə bizim ictimaiyyət də hürməyə son qoymalı və sözlərdən əmələ keçməlidir?”, deyə “Hraparak” sual ünvanlayıb.

Göründüyü kimi, qeyd edilən məqalədə istər dolayı, istərsə də birbaşa təhqir vasitəsi mövcuddur və həmin təhqir erməni xalqının “itə” bənzədilməsi ilə əksini tapıb. Amma bu yerdə ağıla gələn digər məsələ də düşündürücüdür.

Vaxtilə “İtiqovan” ifadəsi xətirlərinə dəymişdi

Misal üçün, İkinci Qarabağ müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev erməni işğalçılarının Qarabağdan it kimi qovulduqlarını bəyan etmişdi. Hətta ölkə başçımızın bu ifadəsi dillər əzbərinə çevrilmiş, bu adda rəsmi zərbə PUA-larımız da istehsal olunmuşdu. Həmin vaxt bu ifadə işğalçıların, necə deyərlər, xətirlərinə dəymişdi. Artıq bu ifadənin üzərindən kifayət qədər zaman ötüb. Görünür, özləri də artıq Azərbaycan Prezidentinin dillərdə əzbərə çevrilən sözləri ilə razıdırlar.

Rövşən RƏSULOV

Digər xəbərlər