PDF Oxu

Araşdırma

  • 4 437

Siyasi dialoq yeni mərhələdə - ŞƏRH

image

Əsasını ulu öndərimiz Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyevin zamanın tələblərinə uyğun olaraq davam etdirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Dövlət başçımızın rəhbərliyi ilə bütün sahələrdə məqsədyönlü şəkildə , ardıcıl olaraq həyata keçirilən islahatlar ölkəmizin inkişafını təmin edir.

Hər bir sahəni əhatə edən islahatlar siyasi sistemimizdən də yan keçmədi. Əlbəttə ki, bu sahədə də geniş islahatlara ehtiyac duyulurdu. Siyasi sistemdə həyata keçirilən islahatlar bu sahənin daha da təkmilləşdirilməsinə xidmət edir.

Ulu öndər Heydər Əliyev deyirdi “Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, amma xalqına, Vətəninə, onun yüksək əxlaqi keyfiyyətlərinə qarşı çıxmaq yolverilməzdir”. Prezident İlham Əliyev də hər zaman siyasi sistemdə sağlam müxalifətçiliyin əhəmiyyətini prioritet hesab etmiş , sağlam dialoq mühitini siyasi münasibətlərdə siyasi dəyər kimi müəyyən etmişdir.

Reallıq odur ki, dövlət başçımızın təşəbbüsü ilə başlanmış siyasi dialoq özünü siyasi qurum adlandıran Milli Şura istisna olmaqla müxalifət partiyalarının hamısı tərəfindən müsbət qarşılanmışdır. Əlbəttə ki, bu isə öz növbəsində ölkədə tam yeni düzənin yaradılmasına, birlik və bərabərliyin daha da möhkəmlənməsinə gətirib çıxarmışdır.

Ölkədəki yeni siyasi dialoq mühütinin formalaşdırılması haqqında danışarkən Prezident İlham Əliyev bu prosesin müharibədən əvvəl başlandığını və qısa müddətdə yaxşı nəticələr əldə edildiyini, həmçinin gələcəkdə siyasi dialoqun daha da dərinləşəcəyi bildirmişdir. Həqiqətən də son illər ərzində ölkədə dayanıqlı dialoq ənənələri formalaşdırılmış, siyasi münasibətlər inkişaf etdirilmiş, siyasi dialoq yeni mərhələyə qədəm qoymuşdur.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkəmizdə siyasi dialoq mühitinin inkişafına olduqca mühüm töhfələr verir. yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Yəni, Qanunun tələblərinə cavab verən partiyalar sübut edirlər ki, rəqabətə dözümlüdürlər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

“Siyasi partiyalar haqqında” Yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunması, müstəqil Azərbaycan dövlətinin siyasi tarixində bir yenilik, bir ilkdir. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyinin göstəricisidir.

Danılmaz faktdır ki, iqtidar ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir. Açıq şəkildə qeyd etmək lazımdır ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə də sağlam deyillər. İnkişaf etməkdə çətinlik çəkən zəif partiyalar müəyyən xarici qüvvələrin əlində siyasi alətinə çevrilirlər. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına əhəmiyyətli rol oynayır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər