PDF Oxu

Araşdırma

  • 5 344

Siyasi dialoqun davamlılığı dövlət siyasətinin strateji vəzifəsidir - ŞƏRH

image

Azərbaycanın siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi cənab Prezident İlham Əliyev hər zaman vurğulamışdır. Hazırda ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitli­yin, həmrəylik mühitinin və demokra­tik ənənələrin təminatçısı olan siyasi dialoqun davamlılığı və inkişaf etdirilməsi dövlət siyasətinin strateji vəzifəsidir. Qeyd edək ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Ölkənin iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Dövlət başçısının təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır. Artıq Azərbaycanda gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir.

Prezident İlham Əliyev müxəlifət nümayəndələrinin bəzən görmədiyimiz qüsurları görməsi, onları diqqətə çatdırmasını müsbət hal kimi dəyərləndirməlidir. Təqdirəlayiq haldır ki, 2018-ci ildən başlanan dərin islahatlar kursu Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın daha yüksək səviyyəyə çatmasında mühüm amil olmaqla yanaşı, yeni milli və qlobal çağırışların həllində lokomotiv rolunda çıxış etməkdədir. Nəzərə alınmalıdır ki, hər bir siyasi partiya, siyasi mədəniyyət və siyasi dəyərləri təbliğ etməlidir. Siyasi partiyalar haqqında yeni qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət formalarına adektvat tələb edir. Dövlət başçısı görüş zamanı qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrin marağına xidmət edir. Radikalların qərəzli siyasiritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurların gözdən salınmasına fokuslanıb. Lakin onların tək məqsədi küçə etirazlarıdır. Bu yanaşma isə rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz. Heydər Əliyevin dühası, İlham Əliyevin uzaq görənliyi bizi bu yolda da irəliyə aparacaq.

Azərbaycanda son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Bu fərq bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər