PDF Oxu

Araşdırma

  • 5 207

Terror izi yenə İrana aparır... ANALİTİK+AKTUAL

image

Dünən səfirliyə, bu gün deputata hücum etdirən Tehran rejimi sabah jurnalistləri də hədəfə ala biləcəyini gizlətmir!

Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı edilən xain terror hücumunun ardınca istər mediada, istərsə də sosial şəbəkələrdə bu cinayətin, məhz İrana bağlı şəxslər tərəfindən icra olunması ətrafında müxtəlif mülahizələr irəli sürülməyə başlanıldı. Lakin izlərin də bu istiqamətə doğru aparacağına da şübhə yox idi. Xüsusilə, Tehranda Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı edilmiş xain terror hücumundan sonra baş verən növbəti hadisə bu şübhələri artırırdı.

Daha dəqiq desək, rəsmi Bakının Tehrana dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, səfirliyimizə edilən qanlı və ölümlə nəticələnən hücumun cinayət əməli olaraq dərindən araşdırılması faktı mövcud deyil. İran rəsmiləri hər vəchlə bu hadisəni “məişət problem” kimi “xaratkerizə” etməklə əslində əsl həqiqəti gizlətməyə bu gün də davam edirlər.

Əslində, digər bir ölkənin, yəni Azərbaycanın mediasına, mətbuat mənsublarına “bəyanat” xarakterində hədə-qorxu gələn Tehran rejimi…

Bütün bunlardan sonra Azərbaycan KİV-lərinə, xüsusilə jurnalist araşdırmalarında gəlinən qənaətlərin, işıq üzü görən tənqidi məqalələrin yer alması isə gözlənilən idi. Lakin bu da nədənsə Tehran rejiminin başında oturan şəxslərin xoşlarına gəlməyib və indi də haqlı iradları, bəzən isə ədalətli ittihamları hədəfə almaqla bütün bunların “iki ölkə arasındakı münasibətlərə xələl vuracağı”ətrafında rəsmi və ultimativ bəyanatlar verirlər (???!!!)

Əslində, digər bir ölkənin, yəni Azərbaycanın mediasına, mətbuat mənsublarına “bəyanat” xarakterində hədə-qorxu gələn Tehran rejimi çox yəqin ki, həmin vasitə ilə, daha doğrusu dolayı yolla öz casuslarına sonrakı sifarişlərini ötürür - növbəti hədəf jurnalistlər ola bilər!

Beləliklə, dünən səfirliyə, bu gün deputata hücum etdirən Tehran rejimi sabah jurnalistləri də hədəfə alacağını gizlətmir. Bir halda ki, rejimin casusları xarici ölkələrdə adam oğurluğu, qətllər törədirsə, təhdidlərə yol verirsə, həmin rejimdən istənilən digər kirli əməlləri gözləmək olar.

İranın casus və terror şəbəkələri - hədəfləri və məqsədləri məlumdur!

Məhz Milli Məclisin deputatı Fazil Mustafaya qarşı evinin önündə baş vermis sui-qəsd hadisəsi də bu sıradandır. Qeyri-rəsmi məlumatlara görə, aprelin 2-də, gecə saatlarında Bakının kənar qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Azərbaycan hüquq-mühafizə orqanlarına qarşı silahlardan istifadə olunub. Milli Məclisin üzvü Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun iştirakçıları olduqları iddia edilən şəxslərin kimliyi məlum olub. Hələlik, bu barədə informasiyanı "Baku ES" Telegram kanalı yayıb.

Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun iştirakçıları kimi isə şübhəli qismində aşağıda adları hallanan şəxslər göstərilirlər:

Təşkilatçı - Səricanov Azər Kamran oğlu 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2010-2019-cu illərdə 11 dəfə (!!!) İran İslam Respublikasına səfər edib.

Köməkçi - Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2013-2018-ci illərdə 9 dəfə (!!!) İran İslam Respublikasına səfər edib.

Atəş açan - Şirinov Səbuhi Vəliyəddin oğlu 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illərdə 15 dəfə (!!!) İran İslam Respublikasına səfər edib.

Təəssüflə qeyd etməliyik ki, din və məzhəb pərdəsi altında bu və ya digər ölkələrin xeyrinə casusluq edənlər hər zaman mövcud olublar və son dövrlərdə aparılan operativ əməliyyatlar zamanı saxlanılaraq istintaqa cəlb edilənlərin də əksəriyyətinin İran xüsusi xidmət dairələrinə bağlı şəxslər olması artıq faktlarla isbatlanmaqdadır.

Əks halda, belə sərsəm bəyanatların irəli sürülməsi Tehranın mollakratiya rejiminə heç bir səmərə verməyəcək

Qaldı ki Tehranın Azərbaycan mətbuatına qarşı dil uzatmasına, bu gün internet resurslarında İranda dərc edilən və özündə qatı millətçiliyi, iqrçiliyi əks etdirən kifayət qədər yazılar, məqalələr qalmaqdadır. İran mediası şovinizm prinsiplərinə söykənməklə əlinə düşən hər fürsətdə türkləri, bəlicları, kürdləri, eləcə də ölkədə yaşayan digər millətləri təhqir, məsxərə obyektinə çevirir, hətta bunu dövlət səviyyəsində həyata keçirir. Belə olan halda isə molla rejimi onu hədəfə alan yazılara qarşı bəyanat yayıb, bu vasitə ilə Azərbaycan jurnalistlərinə hədə-qorxu gəlməkdənsə yaxşı olardı ki, əvvəlcə öz mətbuatına əl gəzdirsin və nə qədər cılız, həmçinin qəddar, qaniçən olduğunun fərqinə varsın. Əks halda, belə sərsəm bəyanatların irəli sürülməsi Tehranın mollakratiya rejiminə heç bir səmərə verməyəcək.

Son olaraq isə, İranın teokratik hakimiyyəti Azərbaycanda casusluq fəaliyyətləri sübuta yetirilən terrorçu şəxsləri hansı məqsədlərlə təlimatlandırdıqlarını daha müfəssəl şəkildə izah etsin. İzah və etiraf etsin ki, İran artıq bir terrorçuluq mərkəzi olması ilə yanaşı, həm də açıq-aşkar terroru dəstəkləyən bir dövlətə çevrilib!

Rövşən RƏSULOV

Digər xəbərlər