PREZİDENT İLHAM ƏLİYEV: "Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, Mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur"
"Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artırmışdır". Bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib.
"Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o cümlədən Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir".
"MƏN PREZİDENT KİMİ ÖZ SƏLAHİYYƏTLƏRİMİ İCRA ETMƏYƏ BAŞLAYAN ZAMAN DEMİŞDİM Kİ, MƏNİM ÜÇÜN PREZİDENT VƏ ALİ BAŞ KOMANDAN KİMİ BİRİNCİ VƏZİFƏ ORDU QURUCULUĞUDUR"
Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğulayıb ki, bütün bu qələbələr, məhz ordumuzun gücü ilə əldə etdik: "Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq".
Dövlət başçısı söyləyib ki, Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayandan birinci vəzifə ordu quruculuğunu gücləndirmək olub: "Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zаmаn demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu".
Bəli, həmişə olduğu kimi, 44 gün davam edən İkinci Vətən müharibəsində də bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir: "Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq və arxa oldu, bütün Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir".
Və olmayan ordudan danışan Ermənistanı diz çökdürdük və onların qalıqları artıq Bakının küçələrində – Hərbi Qənimətlər Parkındadır: "Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir".
"BİZ GÜCLÜ ORDU YARATMIŞIQ, BUNDAN SONRA DA BU İSTİQAMƏTDƏ İŞLƏR APARILACAQ"
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bildirib ki, ulu öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başladı və illər keçdikcə ordumuz öz gücünü artırdı: "Bunu biz işğal dövründə müxtəlif zamanlarda, o cümlədən Aprel döyüşlərində görmüşük".
Aprel döyüşlərinin işğalçılar üçün bir mesaj, bir siqnal olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq".
Mübaliğəsiz demək olar ki, 23 il öncə, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşdü.
Ordumuzu qələbəyə aparan amillərdən danışan dövlətimizin başçısı deyib: ki, biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək: "Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi".
"ERMƏNİSTANIN KAPİTULYASİYA AKTINA İMZA ATMAQ MƏNİM HƏYATIMDA ƏN QÜRURLU HADİSƏDİR"
"Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq",-deyən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini verdi və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı: "Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir".
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə üksəklik azad olundu. Bütün bu uğurlar Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi və Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə əldə olundu.
Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdi və Ermənistan da, ona havadarlıq edən dairələr də bilir ki, bu gün nə qədər revanşdan danışsalar da müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil. Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mümkün ssenarilərə uyğun davranmağa hazırdır və bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək: "Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!".
RƏFİQƏ HÜSEYNOVA