PDF Oxu

Araşdırma

  • 6 226

Qoruyucu mələk adlandırılan görkəmli alim ŞƏRH - TƏHLİL

image

Görkəmli pedaqoq, istedadlı alim, bacarıqlı həkim, böyük ictimai xadim və ən əsası gözəl qadın, dəyərli ana kimi tanıdığımız Zərifə Əliyevanın 100 illik yubileyi ərəfəsindəyik. Azərbaycan xalqı onu həmişə böyük ehtiramla yad edir. Dəyərli oftalmoloq alimimiz Zərifə Əliyevanın yüzlərlə insana işıq bəxş edib, qaranlıqdan çəkib çıxarıb. O zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm olub- əsl insan olub, əsl həkim olub. Görkəmli alim Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmo­logiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əliyevanın 100 illik yubileyidir. Görkəmli alim vaxt ilə Azərbaycanda geniş yayılmış traxo­manın, xüsusilə kimya və elektron sə­nayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktika­sı və müalicəsinə, habelə oftalmologi­yanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü və bu nailiyyəti qazanmış ilk qadın oldu. Eyni zamanda, "Terapevtik oftalmo­logiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs və­saitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksəkixtisas­lı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloq­ların böyük bir nəsli yetişib. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir. İllər ötsə də Zərifə xanımın xidmətlərini xalqımız hər zaman xatırlayacaqdır.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər