Ukrayna mediası da bu faktları təsdiq edir və Ermənistanın Qərbi aldatması gerçəkliyini ortaya çıxarır
Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi orinetasiyaısının qeyri-müəyyənliyi artıq Qərb mediasında da geniş müzakirə mövzusuna çevrilib. Daha dəqiq desək, Qərb və ya Avropa mətbuatı erməni baş nazirinin hələ də hansı tərəfdə dayanacağının sual altında olduğunu düşünür və bu barədə Brüsseldə dərc edilən EUreporter nəşri də yazır. Paşinyanı hədəfə alan adıçəkilən media qurumu əsasən onun Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dolayı yolla dəstək göstərməsindən, habelə İranla əməkdaşlığından bəhs edib. Belə ki, Avropanın, eləcə də Qərb dünyasının bu müharibədə Ukraynanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsinə rəğmən, özünü Qərb dəyərlərinə sadiq kimi göstərməyə cəhd edən Paşinyanın digər tərəfdən İranla əlaqələrini möhkəmləndirməsi, xüsusilə, İran istehsallı dronların və raketlərin Rusiyaya ötürülməsində baza rolunu alması təəccüb və hiddət doğurur. Çünki Ermənistanda paralel olaraq Avropa İttifaqının missiyası da fəaliyyət göstərməkdədir və belə olan vəziyyətdə həqiqətən də rəsmi İrəvanın siyasi oriyentasiyasını hansı istiqamətdə qurması suallar doğurmaqadır.
EUreporter: “Ermənistan İranla Rusiya arasında birbaşa əlaqələrinə geniş imkanlar yaradır”
Beləliklə, EUreporter yazır: “Rusiya, İran və Ermənistan arasındakı əbədi ittifaq Ermənistanın baş naziri Nikol Paşinyanın Qərb dəyərlərinə oriyentasiya olunması ilə bağlı bəyanatlarına uyğun gəlmir”.
Avropa nəşri daha bir məqamı da diqqətə çatdırır ki, bu fakt həm də görülən işlərin deyilən sözlərdən daha üstün olduğunu nümayiş etdirir. Yəni Paşinyan sözdə Qərbə meyllənməsini desə də əməldə Rusiyanın və İranın maraqlarına xidmət göstərir: “Asanlıqla yoxlanılan faktlar bilavasitə şahidlik edir ki, Rusiyanın Ukraynaya qarşı aqressiyası fonunda Ermənistan hərbi məhsullar da daxil olmaqla sanksiyalar altında düşmüş digər məhsulların təminatı məkanına çevrilib və bu təminat İranla Rusiya arasında birbaşa əlaqələrinə geniş imkanlar yaradır”.

Yeri gəlmişkən, bu haqda bir müddət əvvəl Britaniya, Rumıniya, Bolqarıstan nəşrləri də geniş məqalələrlə çıxışlar edərək Ermənistanın Rusiyanın Ukraynanı istila etmək siyasətinə İranla birlikdə dəstək göstərdiyini vurğulayıblar. Eləcə də EUreporter bu haqda məqalə ilə çıxış edərək sözügedən məqamları üzə çıxarıb.
Ukrayna mediası: “ABŞ-ın Ədliyyə, Ticarət və Xəzinədarlıq nazirliklərinin üçtərəfli notalarında Ermənistan sanksiyalar altına düşən məhsulların qanunsuz yollarla Rusiyaya və Belarusa göndərilməsində əsas meydançalardan biri olaraq göstərilir”
Eyni zamanda, həmin faktlar haqqında elə Ukrayna mediası da ətraflı məlumatları ictimailəşdirməkədir. “Ermənistan Putinin Ukraynaya qarşı aqressiyasında əsas iqtisadi partnyora çevrilib”, deyə Ukrayna mediası vurğulayır. Onlardan bir neçəsini diqqətə çatdırırıq:

Ukrayna TV-nın 5-ci kanalının saytı: “Ermənistan RF-nın Qərb sanksiyalarından yayınmasında fəal köməklik göstərir və bu da Ukraynaya qarşı aqressiyanın vüsət almasına təsirlərini göstərir. Söhbət nəinki Avropadan və Şərqi Asiyadan çatdırılan mülki məhsullara, həm də Rusiyanın hərbi sənayesinə çatdırılan avadanlıqlara da aiddir. Beləliklə, Qərbə tərəf oriyentasiya götürməsi mənzərəsini yaradan rəsmi İrəvan bu vasitə ilə həqiqətən də putinçi rejimin iştirakçısına çevrilir”.
Today.ua isə qeyd edir: “Rusiyanın Ukaynaya aqressiyasında əsas iqtisadi partnyor olaraq məhz Ermənistan qalmaqda davam edir. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya sanksiyalar altına düşən məhsulların düşmənə ötürülməsi üçün erməni tərəfi ilə davamlı danışıqlar aparır”.
Ukranews.com da bənzər informasiya ilə çıxış edib: “Ermənistan Kremllə strateji əməkdaşlığa aktivliklə qoşulur. Ermənilər yalnız düşmənə siyasi dəstək göstərmir, həm də rusiyalıların Qərb bazarlarında iştirakı yönündə vasitəçi rolunda çıxışlar edirlər”.
Glavred.info yazır: “Qərb etiraf edir: Ermənistan Rusiyaya sanksiyalaşmış məhsulların ötürülmsəsi üçün keçid məntəqəsinə çevrilib. Və rusların özlərinin Qərbdə ticarət etmələrinə qadağanın qoyulmasına baxmayaraq, bunu onların yerinə, özü də çox uğurla ermənilər edirlər. Belə ki, ABŞ-ın Ədliyyə, Ticarət və Xəzinədarlıq nazirliklərinin üçtərəfli notalarında Ermənistan sanksiyalar altıda düşən məhsulların qanunsuz yollarla Rusiyaya və Belarusa göndərilməsində əsas meydançalardan biri olaraq göstərilir”.
Fakty.ua: “Son bir ildə Moskva və İrəvan sürətlə və proporsional olmadan ölkələr arasındakı ticarət dövriyyəsini artırıblar. Erməni tərəfi Qərbin sanskiyalarına görə Rusiya üçün əlçatan olmayan məhsulların alışı, sonradan isə Rusiayaya göndərilməsi ilə məşğuldur”.
Podrobnosti.ua isə yazır: “…2021-ci ildə Avropa İttifaqından Ermənistana ixrac 753 milyon avro təşkil edib, 2022-ci ildə isə bu rəqəm 1,3 milyard avroya çatıb. Bununla yanaşı, Ermənistandan Rusiyaya ixrac 2021-ci ildə 840 milyon dolları təşkil edirdisə, bu rəqəm 2022-ci ildə 2,4 milyard dollara çatıb”.
Kp.ua bildirir: “… Rusların Qərbdəki ötürücüləri məhz ermənilərdir. Belə ki, İrəvan Rusiya bazarı üçün elektron texnikalarının, smartfonların, həmçinin Qərb markalı avtomobillərin alınmasına köməklik göstərir”.

Unian.net: “…Ermənistan rus hərbi texnikasının təchizatına və təminatına yardım edir. Ermənistan son iki ili ümumilikdə götürdükdə təkcə 2022-ci ilin səkkiz ayında Avropa İttifaqında istehsal olunmuş paltaryuyan maşınları daha çox ixrac edib. Avropadakı rəsmi şəxslər artıq bəyan ediblər ki, artıq belə paltaryuyan maşınları və soyuducuları rusların Ukraynaya müdaxiləsindən sonra onların hərbi texnikalarında daşındığını müşahidə ediblər”.
Gazeta.ua: “Belə götürdükdə ermənilər müvafiq əməkdaşlığı heç gizlətməyə cəhd də göstərmirlər. Axı bu ölkənin hökumət başçısının özü Nikol Paşinyan Rusiyanı Ermənistanın yaxın partnyoru və strateji müttəfiqi adlandırıb”.
Beləliklə, faktlar ortadadır və bu faktlar reallıqda bir sualı doğurur – Avropa və Qərb bütün bunlardan sonra Ermənistan rəhbərliyinin onlara tərəf oriyentasiya götürməsi barədə səsləndirdiyi bəyanatlarının səmimiliyinə nə qədər inanmağa davam edəcəkələr? Hər halda, bun sualın cavabının nə zamansa veriləcəyini də istisna etməməliyik. Çünki Ukraynaya qarşı hərbi müdaxilədə yalnız Rusiyanın deyil, həm də İranın da adı keçir və bu məsələdə Ermənistanın baza rolunu oynaması bütövlükdə Avropanın regional təhlükəsizliyinə ciddi və mənfi təsirlərini göstərir.
Rövşən RƏSULOV