PDF Oxu

Araşdırma

  • 6 027

Foreign Affairs: “İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır” ŞƏRH+AKTUAL

image

Fakt budur ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ilə regional inkişafın qarşısını alır. Xüsusilə, Tehran rejiminin “qırmızı xəttin keçilməsi” və s tipli siyasi avantüraları, habelə Azərbaycanla sərhədlərində irimiqyaslı hərbi təlimlər keçirməsi, eləcə də Naxçıvanla sərhəd ərazilərə “təlim” adı altında qoşun yığması artıq nüfuzlu Qərb medialarının da diqqətindən yayınmır. ABŞ-da dərc edilən və İldə 6 dəfə işıq üzü görən, eləcə də beynəlxalq münasibətlər və siyasət mövzuları ilə tanınan nüfuzlu Firegin Affars dərgisi də sözügedən məsələ ilə bağlı geniş məqalə ilə çıxış edib. Jurnal qeyd edir ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın qurudakı iki hissəsini – Naxçıvan Muxtar Respublikasını və ölkənin yerdə qalan ərazilərini birləşdirəcək. Lakin belə olan halda İranın Ermənistanla rabitəsi kəsiləcək ki, bu da həmin ölkələrin iki ümumi sərhədləri anlamını daşıyır.

Nəşr yazır: “İran Ermənistanı Avrasiya ilə birləşdirən mühüm tərəf qismində görür və regionun beynəlxalq səviyyədə tanınan sərhədlərinin dəyişikliyinə qarşı çıxış edir, əks halda hərbi güc tətbiq edəcəyi təhdidlərini irəli sürür. Ötən ilin iyulunda İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı İranla Ermənistan arasında baryerin yaradılması ilə bağlı xəbərdarlıq etmişdi və iddia irəli sürmüşdü ki, bu marşrut “minilliklər boyu mövcud olub”.

Foreign Affairs qeyd edir ki, ikinci Qarabağ müharibəsi regionda yeni reallıqları yaradıb və şiə din xadimlərinin hakimiyyəti altında idarə edilən İran xristian ölkə olan Ermənistana iqtisadi dəstək göstərib, hansı ki, Rusiya uzun zaman Ermənistana himayədarlıq edib. “Bununla yanaşı, İsrail və sünni çoxluğu ilə seçilən Türkiyə şiələrin çoxluq təşkil etdiyi Azərbaycanla strateji ittifaqda təmsil olunurlar”, deyə nəşr yazır.

Məqaləyə əsasən, Azərbaycanla İran arasındakı münasibətlər özünün ən ağır dövrlərini yaşayır. Xüsusilə, İran Azərbaycanın İsraillə münsibətlərinin yaxşı olmasından güclü təlaş keçirir: “Son illər İran İsrailin Fars körfəzindəki ərəb monarxiyası ilə yaxınlaşmasını müşahidə edir və bu da Tehrana qarşı ümumi düşmənçilik münasibəti ilə bağlıdır. İndi isə iranlılar İsrailin əhalilərinin əsas çoxluğunun türklərdən ibarət olan iki ölkə ilə analoji dinamikasından narahat olmağa başlayıblar”.

ABŞ nəşri əlavə edir ki, bu xüsusda İranın Azərbaycanla münasibətləri get-fedə daha gərgin hala doğru inkişaf edir. Belə ki, son iki ildə İranın nizami ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla sərhədlərdə iri miqyaslı təlimlər keçirib: “Gərginlik yanvar ayında daha da artıb və bu da Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumla, bir nəfərin həlak olması, iki nəfərin isə yaralanması ilə bağlıdır. Bakı bu hadisəni terror aktı adlandırdı və səfirlik əməkdaşlarını təxliyyə etdi. İranın rəsmi şəxsləri isə hadisənin səbəblərinin siyasi deyil, mülki olduğunu iddia etdilər”.

Foreign Affairs həmçinin bildirir ki, martın 28-də davamlı olaraq anti-İran fikirləri ilə gündəmdə olan Azərbaycan deputatına silahlı hücum olub. Bundan sonra Azərbaycanda İrana işləyən iri şəbəkə ifşa olundu, eləcə də İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non qrata elan edildilər.

Rövşən RƏSULOV

Digər xəbərlər