PDF Oxu

Araşdırma

  • 6 210

Girov hərbçimizə qarşı amansız qəddarlıq: beynəlxalq aləm yenə susur (?!) TƏRS BAXIŞ+HİDDƏT

image

Məlum olduğu kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən və düşmən tərəfindən girov götürülən azərbaycanlı hərbi qulluqçu Ermənistanda ağır işgəncələrə məruz qalıb.

Lakin işgəncə faktı məhz erməni sosial şəbəkələrində ictimailəşdiriləndən sonra bu cinayətə görə beynəlxalq aləmin susqunluğu müşahidə edildi. Daha dəqiq desək, uzağı bir-iki təşkilat boğazdan yuxarı “bəyanat” verməklə işlərini bitmiş hesab etdilər. Yalnız Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bəyan etdi ki, Azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu görüb və bu mənzərə doğrudan da acınacaqlıdır. “Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”, deyə bildirilib. Təəssüf ki, biz bu dəfə də Azərbaycana qarşı etinasızlığın şahidlərinə çevrildik. Bəli, ola bilsin ki, bugünlərdə Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s beynəlxalq humanitar xarakterli qurumlar hər hansı münasibət bildirsinlər, amma bu münasibətlərin əməli şəkildə həyata keçirilmələrinə inanmaq çətindir. Mövzunun bu hissəsinə yenidən qayıdacağıq...

Ermənistana boğazdan yuxarı deyil, məhz sərt reaksiya verilməlidir!

Lakin daha bir fakt budur ki, qəddarlıq, zalımlıq erməni xislətinə xas olan bir elementə çevrilib. Məhz bu səbəbdən də onların bizim hərbi qulluqçu ilə normal rəftar edəcəyi gözlənilən deyildi. O da təsadüfi deyil ki, erməni cəmiyyətinin bu kəsiminin bütün qanunlara, qaydalara, başlıcası isə insanlığa yad olan davranışlarından azərbaycanlılar ümumiyyətlə, müxtəlif tarixlərdə çox əziyyət çəkiblər. Bu baxımdan, insanlığın, humanizmin, şərəfin nə olduğunu bilməyən ermənilərin davranışlarına dünya səssiz qalmalı deyil. Artıq Azərbaycan cəmiyyəti, xalqı da dünyadan tələb edir ki, Azərbaycan hərbi qulluqçusu ilə qəddar davranışa görə Ermənistana boğazdan yuxarı deyil, məhz sərt reaksiya (!) verilsin. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin isə hadisə günündə susması əsla yolverilməzdir!

Azərbaycan Ordusunun hərbi qulluqçusunun vəhşi işgəncələrə uğradığı videogörüntülər bir daha sübut edir ki, düşmən nə qədər qəddar, qansız və acımasızdır

Əgər erməniləri azərbaycanlılarla eyni tərəzi gözünə qoysaq, bu tərəzidə azərbaycanlıların ağır gələcəyi də faktlara əsaslanır. Məsələn, ermənilər Azərbaycan hərbi qulluqçusuna şiddət göstərir, amma azərbaycanlılar əsir düşən ermənilərə qayğı ilə yanaşır, yaralarını sarıyır, müalicə edir, yeməklə, geyimlə təmin edir. Bu baxımdan da, baş verənlər erməni faşizminin iç üzünü bir daha ifşa edir. Beləliklə, azaraq Ermənistan ərazilərinə keçmiş Azərbaycan Ordusunun hərbi qulluqçusunun vəhşi işgəncələrə uğradığı videogörüntülər bir daha sübut edir ki, düşmən nə qədər qəddar, qansız və acımasızdır.

Lakin bu xüsusda daha bir faktı da qeyd etmək vacibdir ki, faşizm və gestapo ideologiyası yalnız Ermənistan ordusunda deyil, həmçinin, erməni cəmiyyətinin kifayət qədər böyük kəsimində mövcuddur.

Bir daha əmin oluruq ki, vəhşilik, qəddarlıq, terrorçuluq xüsusiyyətləri sözügedən tayfasının genində hopub

Bir etirafı da etmək yerinə düşərdi: biz həmişə çalışmışıq ki, ermənilərin terror xisləti barədə danışarkən, onu yalnız Ermənistanı idarə edən hakimiyyətlərə, həmçinin erməni ordusuna aid edək. Yəni müəyyən məsələləri, prinsipləri nəzərə alaraq həmin xislətin bütöv bir xalqa, millətə aid edilməməsinə (!) cəhdlər göstərmişik. Ancaq hazırda bizlər həmin videogörüntülərin şahidlərinə çevrildiyimiz zaman bir daha əmin oluruq ki, vəhşilik, qəddarlıq, terrorçuluq xüsusiyyətləri sözügedən tayfasının genində hopub. İstər hərbçisi olsun, istərsə də mülkisi – onların dillərində bir söz var – “murdar türk”!

Hər şeyə rəğmən, biz inanırıq və ümid edirik ki, hərbçilərimizə qarşı baş verən vəhşiliklərlə bağlı müvafiq qurumlarımız, güc strukturlarımız dərhal hərəkətə keçməklə yanaşı, bu cinayətin səbəbkarlarını da hansı üsullarla olursa-olsun cəzalandırılmasına müvəffəq olacaqlar. Çünki ortada cinayət faktı varsa, cəzası da olmalıdır və erməni qaniçənləri elə hesab etməməlidirlər ki, törətdikləri bu anti-humanizmə, vəhşiliklərinə görə əl-qollarını sallaya-sallaya rahatlıqla gəzib-dolaşa biləcəklər. Necə deyərlər, onların başlarının üstü hər an, hər saniyə alına bilər və onda yaranacaq “peşmançılıq hissləri” üçün çox gec olacaq!

Hətta bir erməni azərbaycanlı hərbi həkimin onun həyatını xilas etdiyini və o da ömür boyu ona minnətdar olacağını da bildirmişdi

Daha bir faktı da xatırlada bilərik. Xatırlayırsınızsa, bir müddət əvvəl, daha dəqiq desək, ötən il erməni tərəfi guya azərbaycanlı hərbçilərin erməni hərbçilərini “gülləbarana” tutmalarını əks etdirən saxta videogörüntülər yaymışdılar. Bir çox aparıcı araşdırma mərkəzlərinin sonradan gəldikləri rəylər həmin videonun yalan olduğunu və quraşdırılma səhnə olduğunu təsdiqlədi. Təəssüf ki, mənfur qonşularımızın bu əməlləri də gözləniləndir. Halbuki, istər müharibə vaxtlarında, istərsə də sonrakı dövrlərdə əsir düşmüş erməni hərbçiləri qəbul edilmiş konvensiyalara uyğun olaraq və rəsmi hərbi əsir statusu alaraq onlara lazım olan bütün yardımlar göstərilib. Sonradan isə onlar öz ölkələrinə geri göndəriliblər. Bir çox erməni hərbi əsirləri hətta öz ölkələrində Azərbaycanda əsirlikdə olarkən tələb olunan konvensiyalara uyğun şəkildə davranış göstərildiyini bildirdilər. Hətta bir erməni azərbaycanlı hərbi həkimin onun həyatını xilas etdiyini və o da ömür boyu ona minnətdar olacağını da bildirmişdi. Ancaq azərbaycanlı hərbi əsirlərə necə davranışların göstərildiyini sübuta yetirən yüzlərlə görüntülər var. Hazırda baş verən bu olay da həmin faktların birinə çevrilməkdədir.

Yuxarıda da qeyd etdiyimiz kimi, yaxşı olardı ki, məlum xarici təşkilatlar buna öz münasibətlərini bildirsinlər. Bir erməninin həmsərhəd ərazilərdə burnu qanayan kimi Azərbaycana qarşı olmazın hücumlar təşkil edən bəlli beynəlxalq təşkilatlar, insan haqları qurumları bu olayı dərhal diqqətə götürsünlər və bəyanatlar versinlər. Əks halda belə təşkilatların da yersiz və lazımsız olduqları növbəti dəfə sübuta yetiriləcək.

Ümumiyyətlə, haqqında bəhs etdiyimiz mövzu hər bir vətəndaşımız üçün çox ağrılı və acı doğuran bir hadisədir və hesab etmmək olar ki, belə davam edə bilməz. Ermənistanın faşizm, gestapoçuluq, qəddarlıq ruhunda mövcud olan təhlükəli cəmiyyəti törədilən həmin cinayətlərinə görə artıqlaması ilə hüquqi, lazım gələrsə digər xarakterli cavablarını almalıdırlar.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Rövşən RƏSULOV

Digər xəbərlər