PDF Oxu

Araşdırma

  • 4 877

WELT nəşri Ərdoğan-Kılıçdaroğu rəqabətindən yazdı ŞƏRH

image

Almaniya nəşri müxalifət ittifaqında vahid namizəd qismində çıxış edən Kamal Kılıçdaroğlunun uğur qazana biləcəyi ilə bağlı pessimist qeydlərini aparıb

Almaniyanın WELT nəşri Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn prezident seçkilərindəki mümkün qələbəsi ilə bağlı məqalə ilə çıxış edib. Adıçəkilən nəşr qeyd edib ki, Ərdoğan seçkiləri yalnız ölkə vətəndaşlarının bütünlüklə ona səs verməyəcəyi halda uduza bilər. Bu faktın isə qeyri-mümkün olduğunu qeyd edən WELT bildirir ki, Türkiyə prezidenti Ərdoğanın uğur açarı qərbin liberal baxışlarından uzaqda dayanır. Lakin bununla yanaşı, ona olan dəstək kifayət qədərdir.

“Universitetlərdə baş örtüklərinə qadağalar tətbiq olunurdu”

SİTAT: “Ərdoğana ən çox dəstək iqtisadi böhrana və zəlzələyə rəğmən, Anadolu əyalətlərindən gəlir. Orada seçiciləri meqapolislərdəki əhalidən fərqli olaraq tamamilə başqa şeylər narahat edir. Ərdoğanın hakimiyyətə gəlməsinə qədər türk siyasətində mühafizəkarların, dindarların, Anadoludan olan insanların sayı nadir idi. Şəhərlərdə respublikanın elitası, əsasən, liberal həyat sürürdülər və belə bir yaşam tərzi ölkə həyatında dominantlıq edirdi. Universitetlərdə baş örtüklərinə qadağalar tətbiq olunurdu”.

WELT qeyd edir ki, məhz bu kimi hallardan sonra Anadoluda yaşayan konservativ və dindar kəsim Ərdoğanın əhəmiyyətini hiss etməyə başladılar.

“Ərdoğanı anlamaq istəyənlər Anadoluya getsinlər”

“Son araşdırmalar və müşahidələr onu göstərir ki, hazırda seçki rəqabəti eyni müstəvidə gedir”, deyə yazan Almaniya nəşri müxalifət ittifaqında vahid namizəd qismində çıxış edən Kamal Kılıçdaroğlunun uğur qazana biləcəyi ilə bağlı pessimist qeydlərini aparıb. SİTAT: “Kılıçdaroğlunun müxalifət alyansının başında yer almasına baxmayaraq, hazırda onun qələbəsinə zəmanət yoxdur. Kimlər ki, Ərdoğanı anlamaq istəyirsə, gərək ölkənin dərinliklərinə getsinlər - Anadoluya”, deyə WELT bildirir.

Rövşən RƏSULOV

Digər xəbərlər