Azərbaycan sosial–iqtisadi inkişafına görə, dünyanın aparıcı ölkələri sırasına yüksəlməkdədir. Elə bir sahə, elə bir şəhər və qəsəbə, rayon yoxdur ki, orada müasir dövrün tələblərinə, texnoloji yeniliklərə cavab verən nailiyyətlər olmasın. Müsbət nəticələr Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin çox böyük qətiyyətlə və əzmlə həyata keçirdiyi siyasətin bəhrəsidir. Qətiyyətli siyasətin ana xəttini isə söz yox ki, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın düşməndən azad edilməsi təşkil edir. Müzəffər Ordumuz Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli və qürurverici səhifəsini yazdı. Bu gün Qarabağımız rahat nəfəs alır. Hər yerdə geniş quruculuq abadlıq işləri həyata keçirilir. Bunun fonunda keçmiş qaçqın və məcburi köçkünlər öz doğma yurd yuvalarına qayıdırlar. Quruculuq, abadlıq, bərpa işləri ən müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 6 istiqamət üzrə işlər həyata keçirilir: Ərzaq sənayesi, kənd təsərrüfatı, dağ-mədən sənayesi, nəqliyyat-logistika, yaşıl enerji və turizm. Bu kimi işlər həmin ərazilərin coğrafiyası, təbii iqlimi, tarixi-mədəni əhəmiyyəti və nəqliyyat potensialı nəzərə alınaraqmüəyənləşib. Belə ki, Şuşa şəhəri mədəniyyət paytaxtımız rolunda çıxış edir, Ağdam şəhəri yüngül sənaye və xidmət, Zəngilan, Cəbrayıl və Füzuli rayonları nəqliyyat-logistika qovşağı olmaqla yanaşı, eyni zamanda əkinçilik və "yaşıl enerji", Laçın və Kəbəcər rayonları dağ-mədən sənayesi, turizm, "yaşıl enerji" və heyvandarlıq mərkəzlərinə çevrilir.
Cocuq Mərcanlıdan başlayan “Böyük Qayıdış” yaxın illərdə bütün Qarabağımız əhatə edəcək. 2020-ci ildən başlayan quruculuq və abadlıq işləri və insanların abadlaşan ərazilərə köçürülməsi işğaldan azad olunan yerlərə yeni nəfəs gətirir. İnsanlar böyük ruh yüksəkliyi və yüksək əhaval-ruhiyyə ilə əkin biçinlə məşğul olurlar. Dövlət bu istiqamətdə vətandaşlarına hər cür dəstəyi göstərir. Hər il quruculuq – abadlığa, bərpa və tikinti işlərinə dövlət büdcəsindən vəsaitlərlərin məbləği artırılır. Əgər 2021-ci il də dövlət büdcə layihəsinə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 2.2 milyard milyarda manta idisi, 2022-ci il də bu rəqəm 2 milyard 670 milyon, 2023-cü il də isə 3 milyard manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Maliyyə vəsaitin artırılması nəzərdə tutulan işlərin vaxtından əvvələ yekunlaşmasına imkanlar yaradır.
İşğaldan azad edilmiş ərazilərə yeni həyat gəlir
Bu gün işğaldan azad edilmiş bütün yaşayış məskənlərində tikinti, bərpa, quruculuq işləri həyata keçirilir. Artıq demək olar ki, bəzi ərazilərdə tikinti işləri yekunlaşmaqdadır. Zəngilan rayonunun Ağalı kəndi də belə yaşayış məntəqələrimizdən biridir. Layihənin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. “Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək. Erməni terror qüvvələri tərəfindən işğal edilərkən dağıdılan Ağdam şəhəri yenidən qurulur. Hazırda Ağdamda 120-125 minlik əhali tutumu olan müasir ağıllı şəhərin salınması sürətlə davam etdirilir. Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Xurşudbanu Natəvanın qəbirüstü abidəsi, Ağdam Cümə Məscidi yenidən bərpa olunur.2021-ci il oktyabrın 26-da Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Hava limanı ən müasir səviyyədə inşa edilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Prezidentlərə məlumat verilib ki, hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
Təməli ötən ilin oktyabrında Prezident İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva tərəfindən qoyulan Füzuli, Hadrut Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzləri, eləcə də 2022-ci ilin mayın 10-da istismara verilən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirəcək. Azad torpaqlarda inşası davam edən və yekunlaşan yeni nəsil yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.İcrası başa çatan Güləbird Su-Elektrik Stansiyası, 7 yarımtsansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verilib, Zəfər yolu, Şuşanın su və elektrik təchizatı təmin edilib, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, o cümlədən büstü, Üzeyir bəy Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı əlamətdar gün kimi zəfər tariximizin səhifələrinə yazıldı.Hadrutda inşası davam edən qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi isə xüsusilə əhəmiyyətli yarımstansiyadır. Şükürbəyli, Hadrut və Şuşa yarımstansiyaları arasında yaradılan qovşaq yarımstansiyası Hadrut qəsəbəsində, eləcə də Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qurulacaq infrastrukturun elektrik enerjisinə olan təlabatını qarşılayacaq.
Şərqi Zəngəzur bölgənin inkişafına yeni töhfə verəcək
.Dövlətimizin başçısının mayın 4-də açılışını etdiyi, Azərbaycanın ümumi enerji sisteminə yeni töhfə olan “Cəbrayıl” qovşaq yarımstansiyası Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq baxımından xüsusi önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan və Qubadlı rayonlarında 15-dək sosial-infrastruktur obyektinin təməllərini qoydu. Ən qısa zamanda və yüksək səviyyədə inşa olunacaq bu layihələr Zəngilan və Qubadlı rayonlarının Şərqi Zəngəzurun dilbər guşəsinə çevrilməsinə töhfə verəcək.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirdədə Cənab Prezident bildirdki ki, bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi: “Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.
Bir sözlə Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilən torpaqlarımıza yeni nəfəz gəlir. Həyat o yelərdə qaynayır. İnsanlar doğma yurdlarında daha təhlükəsiz və rahatdır. Sosial iqtisadi cəhətdən təmin olunmaları əhaliyə daha böyük servinc bəxş edir və hər kəs “sağ olsun Prezidentimz”, “Eşq olsun Müzəffər Azərbaycan Ordusuna” deyir.
İ.ƏLİYEV