PDF Oxu

Araşdırma

  • 6 823

Azərbaycanda iqtisadi göstəricilər yüksələn xətlə inkişaf edir - ŞƏRH

image

Hər bir dövlətin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. 31 ildən artıqdır ki, müstəqilliyinin bərpasının bəhrələrini, müsbət tendensiyaları aydın görən Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirərək, ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə davam edir.

Ölkədə aparılan siyasətin əsasınını təşkil edən Azərbaycan xalqının rifahına diqqət çəkən möhtərəm Prezident İlham Əliyev deyir: “Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.”.2023-cü il ölkədə “Heydər Əliyev İli” kimi yaddaşlarda qalır. Ulu Öndər duhasından və idari bacarığından bəhrələnən Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu məqsədlə Konstitusiyanın preambulasında əksini tapan niyyət və prinsiplərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüş və qanunlar təkmilləşdirilmişdir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır.

Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini artıq reallaşdırmaq üzrədir.

Şərqi Zəngəzurun və Qarabağın dirçəldilməsi istiqamətində işlər sürətlə davam edir. Alternativ Laçın yolunun üçtərəfli razılaşmada qeyd olunan müddətdən daha tez öz həllini tapması Azərbaycanın iqtisadi, siyasi gücünün göstəricisidir. İşğaldan azad edilmiş regionlarda mühüm infrastruktur layihələri həyata keçirən, həmin ərazilərə Böyük qayıdışın təmin olunması yönündə bütün gücünü səfərbər edən Azərbaycan qısa müddət ərzində Laçın şəhəri, Zabux və Sus kəndlərinin sakinlərinin də öz dədə-baba torpaqlarına qovuşmasına şərait yaratdı. Tezliklə 100 yaşayış yerinə sakinlərimiz köçürləcəkdirlər.Böyük Qayıdış Proqramı çərçivəsində sakinlər hissə hissə köçürülməkdədirlər. Bu prosesin sürətlə getməsi məs möhtərəm cənab Prezidentin birbaşa siyasətinin ardıcıl, zamanlı və mütərrəqi olmasının nəticəsidir.

Abbas Pənahov,

YAP Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər