Bəzən baş verən hadisələrə münasibət bildirmirsən, "səbirli ol", deyirsən. Ancaq bir də görürsən ki, dövlətinin, xalqının ünvanına elə bir sözlər, elə böhtanlar deyilir ki, bu yerdə sakit dayana bilmirsən. Xüsusilə də, son günlər sosial şəbəkələrdə "Milli Şuran"ın qeybətxana şousunun rəzillər, satqınlar etalonu AXCP sədri Əli Kərimlinin şinelindən çıxmış, sabiq millət vəkili Gültəkin Hacıbəylinin ölkənin hər bir uğuruna kölgə salmağa çalışmasını görəndə susa bilmirsən. İstər 2016-cı il aprel döyüşlərində, itərsə də də 44 günlük Vətən Müharibəsində şəhidlərlə bağlı dediyi fikirlər, doğurdan da nə qədər "ermənidən betər erməni" olduqlarını açıq göstərməkdir. AXCP sədri Əli Kərimlinin tapşırıq və sifarişlərini icra edən G.Hacıbəyli kimilərin fəaliyyətini cəmiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir.
İkiüzlü, riyakar, reneqat Gültəkin Hacıbəyli...
Bir müdrik kəlamda deyilir ki, “Hansı yana gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur”. Siyasətin çirkin iş olduğu haqqında da belə deyirlər ki, “əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”. Bu gün dağıdıcı müxalifət düşərgəsində AXCP sədri Əli Kərimlinin “danışan dili” olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarını dinlədikcə həmin fikirlərin həqiqət olmadığına bir daha əmin oluruq. Əslində, hər addımda ikiüzlülüyü, riyakarlığı ilə tanınan, parlamentin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək tam komfort şəraitində yaşayanda nədənsə bu xanım tamamilə başqa cür danışırdı. G.Hacıbəylinin o zamanlar başda Ə.Kərimli olmaqla dağıdıcı müxalifət düşərgəsinin başbilənlərini yerdən-yerə vurduğunu da heç kim unutmayıb. Ancaq elə ki, deputat seçilmədi, mandatdan məhrum oldu G.Hacıbəyli hətta öz keçmiş həyat yoldaşının da etiraf etdiyi kimi, 180 dərəcə dəyişdi. Siyasi virusa yoluxmuş bu rəzil qadın deputat olanda ancaq özü haqqında fikirləşirdi. Komfortu, lüks həyatı sevən Gültəkin Milli Məclisə deputat seçildiyi dairə ilə heç əlaqə saxlamır, oradakı əhalinin vəziyyəti ilə maraqlanmır, problemlərin həlli ilə məşğul olmurdu. Onun fikri-zikri yalnız və yalnız var-dövlət toplamaq və çirkli əməllərlə məşğul olmaq idi. Bir an o dövrlərdə mətbuatda yazılanlara diqqət etsək, hər şeyi bir daha açıq-aşkar görərik. Belə ki, AXCP-nin orqanı olan “Azadlıq” qəzetinin 2005-ci il 2-3 oktyabr tarixli sayında “Azadlıq” blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən vahid namizədi Elçin Rzayevin müsahibəsinə diqqət edək: “...İndi dairənin seçicilərini ən çox bir məsələ maraqlandırır. Onlar Gültəkin Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü "avropalı xanım" sayan Gültəkin Hacıyeva, görəsən Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Dünənə qədər YAP-çı olan bu xanım birdən-birə dönüb oldu hər addımda söyüb təhqir etdiyi “Milli Şura”çı. Ancaq Azərbaycan cəmiyyəti ilə arasında dərin uçurum olan “Milli Şura”ya üzv olmazdan əvvəl G.Hacıbəyli sən demə müxalifət düşərgəsində təmsil olunan neçə-neçə təşkilatın qapısını döyüb. Getdiyi qapılardan qovulan G.Hacıbəyli nəhayət ki, antimilli ünsürlərin toplandığı “Milli Şura” da lövbər salıb. Necə deyərlər, qazan dığırlanıb qapağını tapıb.Bu yerdə G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova 14 ay gəlin olduğu müddətində ona qarşı böyük haqsızlıqlar etdiyini bildirərək, deyib ki, o, mənəvi dəyərlərini itirmiş əxlaqsız, sürüşkəndir: "Bu, o Gültəkindir ki, doğma əmisinə "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş əxlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anormal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınların, ikiüzlülərin yanıda olar. Belələri ən ağır cəzaya məhkumdur".Bax, simasız, satqın, əxlaqsız buna deyərlər. Doğurdan da, qadının rəzil olması bədbəxtçilikdir. Çamura batmış G.Hacıbəyli pula görə həya nə demək olduğunu belə anlamır. G.Hacıbəylinin keçmiş qaynanasının dediklərini eşidəndə bir daha bu qadının nə qədər mənəviyyatsız və satqın olduğunun şahidi olursan.Beləliklə, sözümün canı ondadır ki, bu siyasətə qoşulan sosial şəbəkə quldurları heç, əslində, siyasətin nə demək olduğunu belə anlamırlar. Çünki yollarını azıblar. Bax, elə bəla da bundan sonra başlayır. Qudurub quduzlaşırlar. Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmir. Çünki hər kəsə çox gözəl bəllidir ki, G.Hacıbəyli kimi üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz...
Rəfiqə HÜSEYNOVA