PDF Oxu

Araşdırma

  • 4 149

Qüdrətli dövlətin uğur düsturu və nailiyyətləri - TƏHLİL

image

Prezident İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir

Bu gün son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir ki, bunun nəticəsində biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik».
"Əsl siyasət konkret, real iş görməkdir" – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. “Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır” – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir.

Təkcə cari ilin ötən dövrünün reallıqlarına diqqət yetirsək, möhkəm təməlin uğurların davamlılığında rolunu aydın şəkildə görərik. Belə ki, iyulun 11-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Dövlətimizin başçısı onu da qeyd edib ki, iqtisadi və maliyyə imkanlarımızın genişliyi hər bir sahədə davamlı uğurlara nail olmaq üçün zəruri tədbirlərin görülməsinə stimul verir. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və digər amillər ilin ortasında büdcəyə yenidən baxmağa və dürüstləşmə aparmağa imkan verdi. Dövlətimizin başçısı hazırda büdcəmizin 36 milyard manatdan çox olduğunu xüsusi vurğulayaraq əlavə etdi ki, bu, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, həm azad edilmiş torpaqlarda geniş quruculuq işlərini aparmağa və həm də hərbi gücümüzü artırmağa imkanlar yaradır.

Hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə, Azərbaycan İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. “Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən hərbi qüdrətimizin artırılmasını xüsusi qeyd etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Dövlətimizin başçısı bir daha bildirdi ki, iki istiqamət üzrə - hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bu siyasət ölkəmizin qüdrətini artırır. Çünki bu gün dünyada güc amili ön plandadır. Son iki il yarımın reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq.

Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi müşahidə etdiyimiz genişmiqyaslı bərpa-quruculuq işləri ilə bir daha təsdiqini tapır.
Bir sözlə…

DÜZGÜN İQTİSADİ SİYASƏT ÖLKƏNİ ANCAQ TƏRƏQQİYƏ DOĞRU APARIR

Bu real faktordur ki, ölkə iqtisadi cəhətdən müstəqil olanda, siyasi müstəqilliyə də qovuşmuş olur. Çünki iqtisadi asılılığı olan ölkələr heç vaxt müstəqil siyasət yürüdə bilməzlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və siyasi müstəqillik qazanmış azsaylı ölkələrdəndir. İlin altı ayının sosial iqtisadi göstəricilərinin ildən-ilə artaraq tərəqqiyə doğru aparır.

"Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir",-deyən Prezident İlham Əliyev bildirib ki, ölkəmiz ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır Qeyd olunmuşdur ki, cari ilin altı ayında əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

"BİZ QARABAĞI, ZƏNGƏZURU YENİDƏN QURURUQ, YENİDƏN QURMALIYIQ"

Prezident İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

Bütövlükdə, Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Dövlətimizin başçısı onu da söyləyib ki, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik: "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik".

Göründüyü kimi, bütün bunlar Azərbaycanın böyük iqtisadi imkanlara malik olduğunu təsdiqləyir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Dövlət başçısı İlham Əliyevin bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi dəstəkləndi. Bir daha sübut olundu ki, ümumilikdə Azərbaycan üzv olmadığı planformalardan heç vaxt kənarda qalmır. Və qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasındadır. Və qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında olmaqla, müstəqil, güclü iqtisadiyyata və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.
Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır.

Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır.

Beləliklə, göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, ölkəmiz artıq son 20 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər