PDF Oxu

Araşdırma

  • 9 412

Heydər Əliyev - Azərbaycan xalqının milli sərvətidir

image

Heydər Əliyev Çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Zamanın çərçivəsinə sığmayan bu böyük insanı sözün çərçivəsinə sığışdırmaq da çox çətindir. Onun haqqında nə qədər deyilsə də çox azdır. Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri adi istedadı, dərin zəkası fenomal qabiliyyəti unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirirdi.Heydər Əliyev tarixi yaradan bir şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu yaradan Ümumilli liderimiz Heydər Əliyevə çox şey vermişdir- fenomen yaddaş , dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik , dözüm , səlis nitq hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı. Bu gün hər bir azərbaycanlı fəx edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın Vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Ümumilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünki uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993 – cü ilin keşməkeşli iyun günlərində xalqın təkidilə tələb və xahişi ilə yenidən hakimiyyətə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükədən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “Ömrünün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası , cəsarətli və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin - amanlıq, siyasi islahatlar demokratikləşmə, iqtisadi yüksəliş sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən , inkişaf edən ölkəyə çevrildi.

Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirə bir ucalıq, yüksək məna çaları var. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən ,siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Onların ümumilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək , dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar və hər kəs də onu dərhal tanıyar. “ Bu Heydər Əlirza oğlu Əliyevdir – Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən qiymətləndirilən nadir bir şəxsiyyət”!

Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması cə XXI əsr müstəqillik kursunun memerıdır.

Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi “Heydər Əliyev siyasi cəhətdən möhkəm , məntiqli , zəkalı,istədiyini tez çatdıran şəxsiyyət- bir sözlə şəksiz liderdir”

Fransanın Sabiq Prezidenti Jak Şirak Heydər Əliyevə olan heyranlığını gizlətmirdi: “ Bu qeyri – adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirəm...

Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi siyasi iradəyə , zəngin dövlətçilik təcrübəsinə malik müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.

ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş isə açıq demişdi:
“Dünyanın tanınmış, görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörnüşünə və nadir natiqlik istedadına valehəm”.

Türkiyənin Baş naziri olmuş, mərhum Bülənd Ecevitin bir fikri çox maraqlıdır. “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Əliyev Atatürk qədər qüdrətli bir türkdür. Hedər Əlirza oğlu Əliyev min ildən bir yetişən dahilərdəndir” sıralamanı uzatmaq olar. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərindən biridə özündən sonra dövlətçilik işinin daimiliyini təmin edəcək qüdrətli varis və lider yetişdirməsidir.

Heydər Əliyev idarəçiliyi məktəbinin bütün incəliklərini dərindən bilən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 16 ildə möhtəşəm fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişak, böyük quruculuq işləri, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşması insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi - bütün bunlar Azərbaycan dövlətinin bugünkü reallığı olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir!!!

Xanım Əliyeva, Masallı rayonu Mahmudavar kənd tam orta məktəbinin direktoru

Digər xəbərlər