Çin Xalq Respublikasının lideri korrupsioner kadrlara və sahibkarlara müharibə elan edib
Çin Kommunist Partiyasının baş katibi Si Cinpin Mərkəzi İntizam Təftiş Komissiyasında çıxış edərək, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Əsas təhlükə iş adamları tərəfindən məmurlara rüşvət verilməsidir. Si deyib ki, sual partiyanın inanclarını və xarakterini dəyişmədən bu çağırışa cavab verməsini necə təmin etməkdir. Cavab qismən ÇKP-nin mərkəzləşdirilmiş rəhbərliyini saxlamaqdır. Ekspertin fikrincə, bu, rəhbərliyin səlahiyyətlərinin gücləndirilməsi deməkdir və kifayət qədər loyal olmayanlar getməlidir.
Sinin çıxışı barədə partiyanın əsas mətbuat və informasiya orqanı olan “People's Daily” ətraflı məlumat yayıb. Bu mətndən belə çıxır ki, son 10 ildə, yəni Si hakimiyyətə gəldikdən sonra korrupsiya ilə mübarizədə qələbə qazanılıb. Buna baxmayaraq, vəziyyət mürəkkəb olaraq qalır; korrupsiya üçün zəmin haqqında aydın anlayışa malik olmaq lazımdır. Bu baxımdan, Mao Zedonun "hökuməti xalqın nəzarəti altına almaq" vəsiyyəti vacibdir. Amma bundan kənarda partiyanın özünü islahat etməsi lazımdır.
Və belə transformasiyaların uğurlu olması üçün bir sıra qaydalara əməl edilməlidir. Onların arasında ÇKP MK-nın vahid mərkəzi rəhbərliyi də var. Bu, təbii ki, baş katibin əlində tam hakimiyyətin saxlanmasını nəzərdə tutur. Amma həm də sadiq partiya üzvləri yetişdirmək və “kadr işçilərinin cəsarətli, korrupsioner olmaq qabiliyyətinə və istəyinə” mane olmaq lazımdır.
Sinin marksist adlandırdığı bir partiya olan ÇKP-nın 2022-ci ilin dekabrına olan məlumata görə, 98 milyondan çox üzvü olduğunu nəzərə alsaq, əslində vəzifə çox çətindir. Maonun dövründə tənqid və özünütənqid yığıncaqları keçirilirdi. Orada tövbə etməli, həmçinin ümumi xəttdən mümkün sapanları göstərməli idilər. Bu nümunə təkrarlana bilərmi?
Sinin çıxışı ölkənin hüdudlarından kənarda kifayət qədər geniş əks-səda doğursa da, xarici analitiklər bu suala dəqiq cavab vermirlər. Baş katib “həm milçəklərə, həm də qarışqalara qarşı”, yəni müxtəlif pərdələr altında gizlənən xırda korrupsionerlərə qarşı təqiblərə başlayıb. Kütlə bunu dəstəkləyəcək. Lakin 2012-ci ildən, Si hakimiyyətə gəldikdən sonra “pələnglər” – yüksək vəzifəli məmurlar da hücuma məruz qalıb. 2023-cü ildə komissiya ən güclü maliyyə qurumlarının ondan çox direktorunun işlərini araşdırıb. Onların arasında Bank of China-nın keçmiş rəhbəri Liu Liange və dövlətə məxsus həyat sığortası təşkilatının keçmiş rəhbəri Vanq Bin də var.
Sinqapurda yerləşən CNA televiziya kanalı da vurğulayır ki, kampaniyanın hazırkı mərhələsi maliyyə, enerji və infrastruktur kimi iqtisadiyyatın əsas sektorlarına yönəlib. Lakin eyni zamanda, o, baş katibə siyasi opponentləri təmizləməyə kömək edir. 2022-ci ilə kimi, 10 il ərzində 4,8 milyon məmur araşdırılıb. Onlardan 1,5 milyondan çoxu cəzaya məruz qalıb - uzunmüddətli həbs cəzalarından tutmuş işdən çıxarılma və partiyadan xaric olunmaya qədər.
V.VƏLİLİ