PDF Oxu

Araşdırma

  • 8 269

Cəmil Həsənli Milli Şura sədrliyindən qovulur ANALİZ

image

Ölkəmizin bütün sahələrdə, xüsusilə də, sosial-iqtisadi inkişaf modeli dünyanın əksər aparıcı dövlətləri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək dəyərləndirilir. Bəzi xidmət sahələri var ki, onlar dünyanın aparıcı dövlətləri tərəfindən belə cəmiyyətlərində tətbiq edilir. Misal olaraq ASAN xidmət modelini göstərmək olar. Dünyanın 21 ölkəsi məhz ASAN xidmət modelini cəmiyyətlərində tətbiq etməklə, ondan bəhrələniblər. Təəssüflə qeyd etmək olar ki, AXCP, Milli Şura və Müsavat kimi partiyaların funksionerləri ölkəmizin uğurlarını həzm edə bilmirlər. Xüsusilə də, Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın suverenliyinin bərpa olunması dağıdıcı müxalifət baş bilənlərinin kürkünə birə salıb. Şüurlu şəkildə anlamağa başlayırlar ki, siyasətdə qalmaq imkanları artıq daralır. Bu baxımdan da, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimi əlləri daim xarici maraqlı dairələrin cibində olan daşlaşmış məxluqlar nəzarətsiz poliqon hesab olunan sosial şəbəkələrdə qeyri-ciddi və əsassız məlumatlar yayır, videolar paylaşırlar. Milli Şuranın sədri Cəmil Həsənli yaşına və başına hörmət etməyərək hər gün ağlına deyil, ağzına gələnləri yazıb sosial şəbəkələrdə paylaşır. Deyir ki, 7 fevral növbədənkənar prezident seçkilərinin işğaldan azad edilmiş ərazilərdə təşkil olunması qanun pozuntusudur. Onun dayaz düşüncəsinə görə, əhali tam şəkildə məskunlaşmadığı üçün maliyyə xərcləməklə və insan resursları cəlb etməklə seçkilərin keçirilməsi düzgün deyil.
Cəmil Həsənli hələ də depressiyadadır
Qoca professorun baş-ayaq fikirlərindən belə anlaşılır ki, o, həqiqətən də, depressiya vəziyyətindədir. Çünki ağılı başında olan normal azərbaycanlı, xüsusilə də, özünü siyasətçi hesab edən şəxs bilməlidir ki, hansı ərazidə yaşamasından asılı olmayaq, hər bir kəsin səs vermək hüquq var, hətta seçicinin sayı bir nəfər də olsa, MSK onun səsvermədə iştirakını təmin etməlidir. C.Həsənli isə yazır: "Nə qədər qaçqın, köçkün yerinə yurduna qayıdıb? Axı onların sayı 2-3 minin altındadır. Yenə qaçqınlar Sumqayıtda, Bakıda, Muğan-Mil düzündə səs verməyəcəkmi? Yoxsa onları avtobusa mindirib aparıb Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə səs verdirəcəksiniz". Bu məxluq 2-3 min seçicini nəzərə almır. Hesab edir ki, onlara görə müəyyən resursları səfərbər etməyə ehtiyac yoxdur. Təbii ki, müəyyən dövlət qurumları C.Həsənli kimi məxluqların sayıqlamalarına deyil, qanunlara istinad edir. Qanunlarımız isə bütün ölkə ərazisində seçkilərin təşkil edilməsini və keçirilməsini özündə ehtiva edir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Bunun üçün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi yaradılıb. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlərdir. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır. C.Həsənli, Ə.Kərimli və digərləri hələ də ölkəmizdə baş verən yeniliklərdən, uğurlardan xəbərsizdirlər. Daha doğrusu, xarici maraqlı dairələrin təsiri altında olduqlarında Azərbaycanın qazandığı möhtəşəm nailiyyətləri görmək istəmirlər. Ona görə də, özünü siyasətçi adlandıran, lakin müəyyən məkrli qüvvələrin təsiri altında olan C.Həsənli yanlış fikirlər səsləndirir, statuslar paylaşır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev haqlı olaraq Cəmil Həsənlinin professor adına layiq olmadığını və səviyyəsiz düşüncəli erməni yalağı olduğunu bildirib: "Cəmil Həsənli məcburdur ki, ermənini müdafiə etsin. Erməni ermənini müdafiə etməlidir. Yəni, bunların hamısı bir mənbədən qidalanan adamlardır. Onların hamısı dünyanın hər yerinə səpələnmiş, Azərbaycanı gözü götürməyən erməni lobbisindən və erməni xüsusi xidmət orqanlarından faydalanırlar. Hətta bu gün bilməlisiniz ki, Leyla Yunusun, nəinki Antaliyada, eləcə də, Ermənistanda da evi var. C.Həsənlinin qızının qayınatasının, yəni onun qudasının İrəvanda "Armeniya" mehmanxanasının yaxınlığında "Ani" restoranın yanında böyük mülk və biznesi var. Yəni, bunların hamısı bir adamlardır. Cəmil Həsənli də, Ə.Kərimli də İ.Qəmbər də, L.Yunusu müdafiə edən hər kəs Azərbaycan əleyhinə işlədikcə, onların ciblərinə xaricdən böyük pul axını gəlir. Ona görə də, xaricdə mülklər, bağ evləri və villalar alırlar. Yəni, yaşayışlarını orada qururlar. Bu baxımdan, mən dəfələrlə təklif etmişəm, tələb etmişəm ki, belə adamlar Azərbaycandan deportasiya olunsunlar".
AXCP-dəki narazılıqlar Milli Şurada da çalxalanma yaradıb
Dağıdıcı müxalifətin baş bilənlərinin yanlış siyasətlərinin ağır və acı nəticəsini sıravi partiya üzvləri çəkir. Çünki sıravi üzvlər liderlərinin başları ilə deyil, mədələri ilə düşündüklərini gördüklərindən partiyalara üzv olmaqla ciddi səhvlər yol verdiklərini anlayırlar. Bu halda istefa verməyə və ya hansısa partiyaya transfer olmağa məcbur olurlar. Mövcud vəziyyətin təhlili onu deməyə əsas verir ki, hazırda ən ağır durum AXCP və Müsavat daxilidə hökm sürür. Xüsusilə də, sözügedən partiya sədrlərinin sıravi üzvlərinin fikrini nəzərə almadan 7 fevral prezident seçkilərini boykot qərarı vermələri daxili böhranı daha da dərinləşdirib. Diqqətçəkən məqam ondan ibarətdir ki, AXCP-dəki gərgin durum Milli Şuranı da çalxalandırıb. Hətta Gültəkin Hacıbəyli koordinasiya şurasının iclasında C.Həsənlini tənqid edib, onu sədr kimi öhdəliklərini yerinə yetirə bilməməkdə günahlandırıb. C.Həsənli isə susmaqla G.Hacıbəylinin qarşısında öz acizliyini nümayiş etdirib. Vəziyyətin kritik xarakter alması onu göstərir ki, C.Həsənli Milli Şura sədrliyindən uzaqlaşdırılacaq. Çünki artıq bütün daxili qüvvələr C.Həsənliyə qarşıdır. Vəziyyətdən isə G.Hacıbəyli istifadə etməklə Milli Şuranın sədri olmağa can atır. T.Yaqublunun həbsdə olması ona planlarını reallaşdırmağa imkanlar yaradır. Lakin ortada Ə.Kərimlinin şura üzvlərinə təsiri olduğu üçün G.Hacıbəylinin asanlıqla niyyətini reallaşdıra biləcəyi inandırıcı deyil. Ona görə də, G.Hacıbəyli çox ehtimal ki, Ə.Kərimlinin ayağına getməklə, onun qarşısında bir sıra etirafları edib, öhdəliklər götürməli olacaq. Əks halda, C.Həsənli statusunda qalacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər