Araşdırma

  • 6 953

Azərbaycanı tutduğu haqq yolundan heç bir xarici qüvvə döndərə bilməz - ŞƏRH

image

Bildiyimiz kimi, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı 76 səslə qəbul etdiyi qərəzli Qətnaməyə cavab olaraq bu təsisatla əməkdaşlığı və təşkilatdakı işini qeyri-müəyyən müddətədək dayandırıb. Azərbaycana qarşı belə bir qətnamənin qəbul edilməsi ilə bağlı müxtəlif bəhanələr irəli sürülür. Lakin AŞPA-nın sözü gedən qətnamədə qaldırdığı məsələlərdən ən əsası Azərbaycanın 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində "ermənilərin qaçqın düşməsi" ilə bağlı iddiadır. Halbuki, Azərbaycan Qarabağ ermənilərini qovmayıb, əksinə onların reinteqrasiyası üçün çalışıb, ermənilər isə Azərbaycan vətəndaşı olmaq istəmədikləri üçün könüllü şəkildə Qarabağı tərk ediblər. Bu zaman da onlara qarşı heç bir qeyri-insanı davranış sərgilənməyib.

AŞPA və bu kimi Azərbaycana qarşı qərəzli kompaniyaya qoşulmuş digər beynəlxlaq qurumlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması prosesinə yardım etməkdənsə, sülh yönümlü addımlar atmaqdansa, artıq tarixə qovuşmuş "Dağlıq Qarabağ" mövzusunu gündəmə gətirməklə böyük səhvə yol verirlər. Bütün bunların arxasında erməni lobbisinin xüsusi rolu var. 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞPA-nın bu mövqeyi təmamilə qəbuledilməzdir.

Bu qurum uzun illər Ermənistanın təcavüzkar siyasətinə susmasına baxmayaraq, son zamanlar fəal şəkildə “ikili standartlar” siyasətini həyata keçirir. Azərbaycan bu quruma üzv olduğu gündən dəfələrlə Ermənistanın təcavüzkar siyasətinə qarşı tədbirlərin görülməsini tələb etsə də, Assambleya işğal faktorunun onların mövzusu olmadığını qeyd edib və zaman-zaman bir neçə bəyanatla kifayətlənib. Bu qurumu, Qərbi və Avropanın ermənipərəst islamofob qüvvələrini narahat edən və təşvişə salan başlıca məsələ Azərbaycanın təkbaşına, heç bir xarici kömək olmadan, qurduğu ittifaqlar gücünə beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etməsi, suverenliyini bərqərar etməsi, Azərbaycan Bayrağının ölkənin bütün ərazisində dalğalanmasıdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilib ki, Azərbaycanın təcavüz, işğal, zorakılıq və separatizm üzərində tarixi qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sanra bir daha Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kompaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin təsisat və onun deputatları həmin prinsipi əzərək, tam əksini deyərək Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biyabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir. Bəyanatda həmçinin bildirilib ki, biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kompaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd kimi, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk.

Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq. Parlament Assambleyasından Avropa Şurasına üzv olan bəzi dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Bəzi qərəzli qruplar qurumun əsas prinsiplərindən öz dar maraqlarının təmin edilməsi məqsədilə sui-istifadə edirlər. Ciddi və geri dönməz nəticələrin məsuliyyəti isə təşəbbüskarların üzərinə düşəcək.

Hazırda AŞPA-da irqçilik, Azərbaycanofobiya, islamofobiya mühiti formalaşıb. Belə olduğu halda Azərbaycanın AŞPA ilə əməkdaşlığı davam etdirməsi mümkünsüzdür. Bu qətnamə ilə Avropa Şurası özü özünü ifşa edərək, öz niyyətini açıq şəkildə ortaya qoyaraq çox böyük bir səhvə yol verdi. Onlar düşünürlər ki, bu hərəkətləri ilə Azərbaycanı manipulə edə biləcəklər. Lakin anlamalıdırlar ki, heç kim Azərbaycanla təhdid dili ilə danışa bilməz. Heç bir beynəlxalq təşkilat Azərbaycanın qalibiyyətinə, onun mövqeyinə, onun müstəqilliyinə, apardığı müstəqil siyasətə təsir göstərə bilməz. Azərbaycan həmişə balanslı siyasəti ilə seçilib və öz siyasətinə sadiq qalacaq.

Avropanın enerji təchizatında əsas tərəfdaş dövlətlərdən birinə çevrilmiş Azərbaycanın qərəzli və ikili mövqedən çıxış edən təşkilata ehtiyacı yoxdur, əksinə, Avropanın Azərbaycana ehtiyacı var. Bununla da əvvəlki təşəbbüslər kimi, suverenliyini və ərazi bütövlüyünü bərpa edən ölkəmizə qarşı bu çirkin kampaniya da nəticəsiz qalacaq.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər