PREZİDENT İLHAM ƏLİYEV: “Bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq”
PREZİDENT KASIM-JOMART TOKAYEV: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib”
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart qəbulu zamanı azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqların ənənəvi dostluq və qardaşlıq əlaqələrinə əsrlərə söykəndiyini bildirib: "Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir".
Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”.«Qazaxıstanın uğurlarına bizi sevindirir»,-deyən Prezident İlham Əliyev Prezident Tokayevi və qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik edərək vurğulayıb: “Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik”.
HƏR İKİ DÖVLƏTLƏRİN BAŞÇILARININ MÜNTƏZƏM XARAKTERLİ SƏFƏRLƏRİ ÖLKƏLƏRARASI ƏLAQƏLƏRİN İNKİŞAFINA, YENİ ƏMƏKDAŞLIQ İMKANLARININ YARANMASINA GƏTİRİB ÇIXARIB
Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. O cümlədən azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır (onların üçdəbir hissəsi Türküstan vilayətində). Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 3-də və dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
KURMANQAZI ADINA UŞAQ YARADICILIQ MƏRKƏZİNİN TİKİLMƏSİ İSƏ QARDAŞ DÖVLƏTİN ƏDALƏTLİ MÖVQEYİNİN DAVAMIDIR
Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən birini Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirmək təşkil edir. Xüsusilə, son illərdə bu aspektdə görülən işlər davamlı xarakter daşıyır, dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, imzalanan sənədlər qarşıda yeni əməkdaşlıqlar üçün zəmin yaradır.Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bu barədə danışarkən vurğulayıb ki, bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Bu, bir daha təsdiqləyir ki, ölkəmizin xarici siyasətində bundan sonra da qardaş dövlətlərlə münasibətlər vacib istiqamət olacaq. Bu baxımdan Azərbaycan-Qazaxıstan əlaqələrinin səviyyəsini yüksək dəyərləndirmək olur.
Bəli, ümumiyyətlə, bu gün xalqlarımızın eyni kökdən gəlmələri, ortaq tarixə, mədəniyyətə, dinə sahib olmaları və ən əsası bir dildə danışmaları iki dövlətin dost və qardaş münasibətinin möhkəm təməllərini göstərir. Həmçinin ölkələrimiz müstəqillik qazandıqdan sonra diplomatik əlaqələr qurdular və bu, yeni-yeni sahələr üzrə daim yüksələn xətlə inkişaf edib. Qazaxıstan, eləcə də Azərbaycanın haqq işinə ardıcıl dəstək verən, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyən ölkələrdən olub. Ermənistanın işğalı nəticəsində dağıdılmış, bu gün isə yenidən qurulan Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi isə qardaş dövlətin ədalətli mövqeyinin davamıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşü zamanı deyib ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Dvlətimizin başçısı bunu Qazaxıstanın Azərbaycana qardaş köməyi adlandırıb. Deyib ki, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.Hər bir belə layihənin Azərbaycan xalqının qəlbini riqqətə gətirdiyini vurğulayan dövlət başçısı qeyd edib: “Çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı”.
KASIM-JOMART TOKAYEV: "Qazaxıstan xalqı Azərbaycanın tarixi qələbəsi ilə bağlı böyük sevinc hissi keçirib"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, bu qələbə Prezident İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində əldə olunub: "Bu, Azərbaycan xalqının Sizin strateji kursunuza tam dəstəyinin göstəricisidir. Heç şübhə etmirəm ki, belə mühüm ölkəyə bu prezidentlik fəaliyyətində də bütün sahələrdə - həm siyasətdə, həm də iqtisadiyyatda böyük uğurlar qazanılacaq. Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. Biz bu mövzuda danışmışıq. Mən Sizə təbrik məktubu ünvanlamışam. Zənnimcə, bu, uzun illər ərzində Sizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur".
COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amili olduğunu vurğulayan Qazaxıstan Prezidenti deyib: “Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir”.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək. Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sənədlərin imzalanmasının əhəmiyyətini qeyd edən deputatın sözlərinə görə, regionda yaranmış yeni reallıqlar çərçivəsində Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır və bu məsələdə də ölkələrimizin maraqları üst-üstə düşür. Bir sözlə, bütün bu uğurlar bir daha onu təsdiqləyir ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.
RƏFİQƏ KAMALQIZI