PDF Oxu

Araşdırma

  • 3 291

Üçtərəfli Bəyanat regionda yeni reallıqlar yaratdı - ŞƏRH

image

“Dörd il əvvəl 2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanat birmənalı olaraq Ermənistanın kapitulyasiyasının rəsmi sənədidir. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu Bəyanatla 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər. Məhz bu Bəyanat Ermənistanın təxminən 30 il davam edən işğalına son qoydu. Bununla da münaqişənin hərbi mərhələsi başa çatdı. Bəyanatın imzalanması ilə bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edildi. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Qarabağa isə heç bir status verilmədi. Bütün sərhədlərimiz, o cümlədən 132 km uzunluğunda Azərbaycan-İran dövlət sərhədi bərpa edildi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov seyib.

Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsinin yekunu ilə regionda yeni realliqlar yarandı: “Bütün dünya dörd il əvvəl Azərbaycan xalqının birliyi və siyasi həmrəyliyinin şahidi oldu. Vətən müharibənin yekununda itirilmiş ərazilər tamamilə qaytarıldı. Uzun illər davam edən münaqişə başa çatdı və torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işləri uğurla həyata keçirilir”.

Digər xəbərlər