PDF Oxu

Araşdırma

  • 2 561

Ağdam ağ günlərini yaşayır - ŞƏRH

image

“Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir və çox qədim mədəni-tarixi irsə sahibdir. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilib. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir: “Ermənilərin hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulur. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Ağdam üçün yeni dövr başlayıb, şəhərlər, kəndlər bərpa edilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də bura gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə başısının 2021-ci mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günündə həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verilib. Artıq keçən ildən bəri rayon sakinləri Ağdamın işğaldan azad edilən günün - noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd edirlər”.

Digər xəbərlər