Ermənistan adlanan ərazinin toponimləri türk mənşəlidir
Tarix boyu işğalçılıq siyasəti ilə məkrli niyyətlərini həyata keçirməyə çalışan mənfur ermənilər azərbaycanlılara qarşı hər bir sahədə düşmənçilik edərək, məkrli planlarını həyata keçirməyə cəhd göstərirlər. Bu "qərar" onların təkcə silahlı mübarizə ilə deyil, mənəvi abidələrimizə də zərbə vurmaq yolu ilə davam etdirilmişdir. İkitərfli mübarizədə siyasi və ideoloji müharibədə erməni xisləti parlaq bir şəkildə özünü təqdim edir. Bu ideoloji müharibədə məqsəd xalqımızın tarixi kökünü saxtalaşdırmaq üçün həyata keçirilirdi.
Belə ideoloji müharibələrdən biri də xalqımızın yaşadığı torpaqların qədim sakinləri olduğunu göstərən coğrafi adların dəyişdirilməsi ilə müşahidə olunur. Bu gün isə torpaqlarımızın 20 faizi onların əlində olduğundan bu siyasəti daha "uğurla" həyata keçiməyə nail olurlar. Yaxın keçmişimizin olayları nəticəsində vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı Ermənistanda yaşayan azərbaycanlılar 1988-89-cu illərdə SSRİ dövlətinin birbaşa köməyi və yardımı ilə öz tarixi etnik torpaqlarından deportasiya olundular. Bu tarixin fürsətini əldən verməyən ermənilər qısa bir müddət ərizində "qətiyyətli" addım atdılar. Belə ki, iki ildən sonra Ermənistan prezidentinin fərmanı ilə 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi. Bu "rəsmi sənəd" 1991-ci ili əks etdirir.
Tarixi sənədlərdən bəllidir ki, Ermənistanda türk mənşəli toponimlərinin dəyişdirilməsi iki yüz ildən artıq bir zamanı əhatə edir. Ermənilərin tarixi torpaqları olmadığından, özlərini təsdiqləmək məqsədi ilə müxtəlif məqamlara əl atır, öz tarixi keçmişlərini oğurladıqları və hiylə ilə əldə etdikləri sənədlər üzərində qurmağa çalışırdılar. Nə qədər inandırıcı addımlar atmağa cəhd etsələr də, bunun əsasında hiylə durduğundan saxtakarlıqlarının tarix qarşısında təsdiqinə nail ola bilmirlər. Dəlil və mənbələr əsas götürülərək, göstərilən həqiqətlərə inandırıcı sübut olmadığından, cəhdləri birmənalı qarşılanmır. Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi azərbaycanlılar yaşayırdılar. Bu da bir həqiqətdir ki, XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər. Tarixçi alimlər ermənlərin Azərbaycan toponimlərinə təcavüzünü dövrlərə bölərək bu istiqamətdə araşdırmalar aparmışdılar. Həmin araşdırmaların qənaətinə əsasən, türk mənşəli toponimlər erməni adları ilə əvəzlənmişdir. Ardıcıl olaraq bir məqsədə doğru addımlayan ermənilərin saxta tarix siyasəti yazılmış mənbələr vasitəsi ilə təqdim edilir. Tarixi mənbələrdə göstərilir ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir:"Addəyişmənin birinci dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad isə Cəlaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndidir. Onun adı dəyişdirilərək Aleksandrovka qoyulub." Bu ilk addım sonralar daha geniş miqyası əhatə edərək günümüzə qədər gəlib çıxmışdır. Bu gün ilk ad dəyişilmə zamanından 200 il keçir. İki əsrlik tarixi dövrün acı nəticələrini hələ də yaşayırıq. 1918-20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırımına məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yadırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımını da davam etdirdilər. Həmin dövrün materiallarını əks etdirən sənədlərdə qeyd olunur ki, 1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində türk mənşəli adlar Molla Dursun - Şaumyan, Yuxarı Ağdam - Qanzakar (İcevan), Tamamlı - Burastan (Artaşat) və s. erməni mənşəli sözlərlə əvəzləndi. Ermənilər soyqırımı siyasətinin nəticəsində yer adlarımızın da soyqırımı zaman-zaman həyat keçirilib. Tarixi faktdır ki, SSRİ dövründə daha çox Azərbaycan toponimlərinə qarşı iddialı çıxışlar olub. Bunun nəticəsidir ki, imperiyanın ilk illərində Azərbaycana məxsus olan yer adları dəyişdirildi. Belə ki, 1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirildi. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsi müxtəlif tərəflərdən izah olunsa da, kökü həmin adların türk mənşəli olması idi. Leninin ermənipərəst siyasəti və Azərbaycan toponimlərinin erməniləşdirilməsi daha kütləvi xarakter alırdı. Leninin razılığı ilə 1920-ci ildə onlar ərazi iddialarını təmin edə bilmişdilər. Belə ki, azərbaycanlılar yaşayan Zəngəzur və Göyçə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan qoparılıb Ermənistan respublikası yaratmaq naminə ermənilərə bağışlandı. Erməni təcavüzkarları tarixə qarşı da genosid siyasətinə əl atdılar. Məlumdur ki, Ermənistan SSR yaranmamışdan onun zəbt etdiyi Qərbi Azərbaycanda kəndlərin 95 faizdən çoxunun adi türk mənşəli olmuşdur. Kommunist rejimi zamanı isə qısa vaxt kəsiyində azəri toponimləri tam erməniləşmişdir.
Bu genosid siyasətinin bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer üzündən silinməsinə xidmət edirdi. Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi başlandı və ilk olaraq Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1935-ci ildə 195 kəndin, 1945-ci ildə 39 kəndin, 1946-cı ildə 120 kəndin, 1947-1978-ci illərdə 400-dən çox kəndin, 1978-80-ci illərdə 300-dən çox kəndin, 1991-ci ildə isə qalan 94 kəndin adı dəyişdirildi.
Tarixçi alimlərin fikirlərinə istinadən deyə bilərik ki, bir çox hallarda yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir. Dəmirçi-Darpnik, Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik, Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxçaberd-Voxçaberd, Yengicə-Norabats, Xaçaparaq-Xaçpar, Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Barapet, Ağkilisə-Cermakavan, Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis, Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan, Piraqan-Byurakan, Daşqala-Karaberd, Bəzirxana-Dzithankov, Qızıltamur-Vosgevaz, Melikkənd-Melikgyuğ, Güllücə-Vardenis, Gözəldərə-Geqadir, Qamışqut-Yeğeqnut və s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün toponimlərin - çayların, dağların, dərələrin, təpələrin, düzənliklərin adları belə dəyişdirilib erməniləşdirilmişdir. Buna baxmayaraq, əcdadlarımızın qoyduğu müqəddəs adlar tarixin səhifələrinə həkk olunub. Zaman həqiqətləri bərpada güclü silahdır. Bu reallıqlar erməni xislətini, Azərbaycana qarşı iddialı çıxışını əks etdirir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın işğal etdiyi ərazilərdə toponimlərin dəyişdirilməsinin qarşısının alınmasına yönələn fəaliyyət göstərir. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. Nazirliyin milli elektron turizm-naviqasiya sisteminin elektron xəritəsi 60 min maraqlı yeri, 70 şəhəri, 4530 yaşayış məntəqəsini, 3300 tarixi və mədəniyyət abidəsini, 670000 bina və tikilini, 43 min kilometr yolu (yol hərəkəti qaydaları və yol işarələri daxil olmaqla), 23 770 kilometr meşə və yaşıl zonaları və s. əhatə edir.
Dəqiq araşdırılmış faktlar sübut edir ki, indi Ermənistan adlanan ərazinin toponimlərinin əksəriyyətini türk mənşəli toponimlər təşkil edirdi. Lakin işğalçı erməni xalqı başqa şəhərlərdə yaşayan erməniləri Qafqaza, xüsusilə, İrəvan xanlığına köçürməklə ərazinin milli tərkibini öz xeyirlərinə dəyişdirməyə çalışdılar. Onlar bununla kifayətlənməyərək köçdükləri yerlərin adlarını, tarixlərini də dəyişdirməyə çalışaraq, xalqımızı mənəvi soyqırımına da məruz qoydular. İndiki Ermənistanda sonuncu azərbaycanlı kəndi Meğri rayonundakı Nüvədi kəndinin əhalisi qovulmuşdur. 1994-cü ildə də Ermənistan prezidentinin fərmanı ilə Nüvədi kəndinin adı dəyişdirilib Nonadzor qoyulmuşdur.
Ermənilərin türklərin, xüsusilə də, Azərbaycan türklərinin başlarına açdıqları oyunlar yalnız adların, toponimlərin dəyişdirilməsi ilə deyil, bütün sahələrdə özünü göstərir.
Bu, erməni siyasətinin mənfurluğu, öz tarixini Azərbaycanın qədim tarixi üzərində qurmaq ideyasından pöhrələnir.