Rəcəb Tayyib Ərdoğan "Eurovision-2011"-in azərbaycanlı qaliblərini telefonla təbrik edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Eurovision-2011" mahnı müsabiqəsində qalib gələn Azərbaycan təmsilçilərini təbrik edib. Trend-in "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan Nigar Camal və Eldar Qasımova telefon açıb. Baş nazir hər iki ifaçını ayrı-ayrılıqda təbrik edib.