PDF Oxu

Araşdırma

  • 10

"Diffamasiya haqqında" qanunun qəbul olunmasına ehtiyac varmı?

"Diffamasiya haqqında" qanunun qəbul olunmasına ehtiyac varmı?

Azərbaycanda mətbuat və söz azadlığının təmini ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olarmı? Bəzi ekspertlər "Diffamasiya haqqında" qanunun qəbul olunmasının zamanı yetişdiyini bildirirlər. Doğrudanmı bu qanunun qəbul olunmasına zərurət yaranıb? Bu suallara aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.

Natiq Məmmədli, "Kaspi" qəzetinin baş redaktoru:
- Azərbaycanda mətbuat və söz azadlığının təmini çox yüksək səviyyədədir. Bu da, Azərbaycan Respublikasının Konstitusiyası, söz və ifadə azadlığının əsas hüquqi təminatı olmasına əsas verir. Azərbaycan dövləti müstəqil mətbuatın inkişafında maraqlıdır.
"Diffamasiya haqqında" qanunun ictimai müzakirəsilə bağlı keçirilən beynəlxalq konfransda mən də iştirak etdim. Bu qanunla bağlı keçirilən konfransda həm dövlətin, həm də beynəlxalq təşkilatların və jurnalistlərin mövqeyi səsləndi. Demək olar ki, "Diffamasiya haqqında" qanunun qəbul olunması ilə bağlı səslənən fikirlər bir-birini tamamlayırdı. "Diffamasiya haqqında" qanunun qəbul olunması məsələsinə Mətbuat Şurası təşəbbüs göstərib. ATƏT-in Bakı ofisi də bu təşəbbüsü bəyəndi və bu qanunun ictimai müzakirəsi keçirildi. Bu "Diffamasiya haqqında" qanunun qəbul olunması ilə ilə bağlı müəyyən təkliflər var. Hesab edirəm ki, "Diffamasiya haqqında" qanun qəbul olunmasına ehtiyac var. Çünki bu, jurnalistikanın təməl prinsiplərini özündə əks etdirən bir qanundur.

Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:

- Azərbaycanda mətbuat və söz azadlığının təmini ilə bağlı kifayət qədər hüquqi baza yaradılıbdır. 2005-ci ildən Prezident İlham Əliyev tərəfindən ölkədə fəaliyyət göstərən qəzetlərə birdəfəlik yardımların ayrılması ilə bağlı bir çox addımlar atılıb. Bu proses, hər il davam etməkdədir. Azərbaycanda KİV-lərin daha yaxşı fəaliyyət göstərməsi üçün həm hüquqi baza yaradılıb, həm də bu hüquqi bazanın həyata keçirilməsi üçün siyasi iradə mövcuddur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin simasında dəfələrlə mətbuata dəstək olduğu bəyan edilib. Azərbaycan mətbuatı hər zaman inkişaf etməkdədir. Eyni zamanda, Prezident İlham Əliyev də ölkə mətbuatının inkişafı üçün hər bir şərait yaradıb. Yaradılan bu şəraitdən də bütün mətbu orqanlar yararlanmaqdadır.
Hüquqi şəxslər deyil, həm də jurnalistika sahəsində çalışanların böyük əksəriyyəti də "Diffamasiya haqqında" qanunun qəbulunun əleyhinə idi. O cümlədən, mən də. Çünki hesab edirdim ki, Azərbaycanda jurnalistikanın inkişaf səviyyəsi o səviyyəyə çatmayıb ki, biz bu kimi, inzibati qaydada jurnalistləri cəzalandıraq. Madam ki, jurnalistlər yazdıqları yazıya görə, yəni bəzi böhtan, təhqir xarakterli yazılara görə, heç bir cəzaya məruz qalmırlarsa, o zaman "Diffamasiya haqqında" qanunun qəbulu, əslində, irəliyə doğru bir addım olardı. Yəni "Diffamasiya haqqında" qanunun qəbul olunmasının vaxtı çatıb.

Digər xəbərlər