"Daşnaqksutyun" Ermənistan hökumətinin istefasını tələb edir
"Daşnaksutyun" Ermənistan hökumətindən yaxın vaxtlarda istefaya getməsini tələb edir.
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, partiyanın parlament fraksiyasının üzvü Artsvik Minasyan daşnakların hazırki hökumətin fəaliyyətinə münasibətini dəfələrlə açıqladığını xatırladıb. Nəhayət, onlar hökumətə yazılı sorğu göndərib, sosial-iqtisadi sahədəki iflasa, miqrantların artmasının qarşısının alınması üçün hansı addımların atıldığına, hökumətin baş verənlərdə özünü nə qədər günahkar sayıb-saymadığına aydınlıq gətirilməsini tələb edib.